12-08-2019, 12:19 Oxunub: 238

Rəqqasə Nərmin Tunisin prezidenti olmaq istəyir

Rəqqasə Nərmin Tunisin prezidenti olmaq istəyir

Tunisdə 21 yaşlı effektli şouları ilə tanınan müğənni və göbək rəqsi ifaçısı olan Nərmin Sfar sentyabrın 15-də baş tutacaq prezident seçkilərinə namizədliyini irəli sürür.

Bu barədə Sfar özünün 294 min abunəçisi olan “Instagram” səhifəsində məlumat verib.

Rəqqasə artıq 35 min seçicinin imzasını toplayıb ki, bu da seçkilərdə iştirak üçün labüd olan minimum saydan üç dəfə çoxdur.

O bildirib ki, prezident seçiləcəyi təqdirdə, çörəyin qiymətini endirəcək, eləcə də qadınlara məcburən hicab geyindirməyi qadağan edəcək. Bunun əvəzində isə Nərmin Tunis sakinləri üçün ənənəvi yerli paltarı təklif edir.

21 yaşlı namizəd, həmçinin qeyd edib ki, kişiləri evlənmək vəd edib, lakin sözlərini tutmadığı halda, cərimə gözləyəcək. O, vərəsəlik haqqında qanuna da dəyişiklik edəcəyini bildirib. Yeni qanuna görə, əmlakın üçdə iki hissəsi qadına çatacaq.

Nərmin Sfarla yanaşı, prezident postu uğrunda daha 55 namizəd mübarizə aparacaq.

Xatırladaq ki, Tunisdə vaxtından qabaq prezident seçkiləri ölkə başçısı Əl-Baci Haid əs-Sebsi iyulun 25-də öldüyü üçün keçirilir. O, hərbi xəstəxanada 92 yaşında dünyasını dəyişib.
Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadənin yeni məhkəməsi olacaq Mübariz İbrahimovu təhqir edən Nərmin Şahmarzadənin yeni məhkəməsi olacaq Medeniyyet Məhkəmədən Nərmin Şahmarzadə ilə bağlı qərar Məhkəmədən Nərmin Şahmarzadə ilə bağlı qərar Hadise Rusiyada prezident seçkiləri: Bakıdakı məntəqədə 500-dən çox seçici səs verib — FOTO+VİDEO+YENİLƏNİB Rusiyada prezident seçkiləri: Bakıdakı məntəqədə 500-dən çox seçici səs verib — FOTO+VİDEO+YENİLƏNİB Siyaset Tunisdə etiraz aksiyaları zamanı 423 nəfər həbs edilib Tunisdə etiraz aksiyaları zamanı 423 nəfər həbs edilib Dunya Milli Məclisə seçkilərdə 125 yer uğrunda 769 nəfər mübarizə aparacaq Milli Məclisə seçkilərdə 125 yer uğrunda 769 nəfər mübarizə aparacaq Siyaset