Zamiqin anşlaqla keçən konsertində nələr yaşandı? – Fotolar
Medeniyyet
Oxunub: 534
13 avq 2019 | 10:30
Zamiqin anşlaqla keçən konsertində nələr yaşandı? – Fotolar

Müğənni Zamiq Hüseynov Naxçıvanda solo konsert verib.
Minval.info xəbər verir ki, sənətçi Saat Meydanında təşkil olunan gecə üçün özəl hazırlaşıb. Belə ki, meydanda quraşdırılan səhnənin dekorasiyası, işıqlar və səs avadanlıqları Bakıdan gətirilib. Zamiqin komandasına daxil olan 30 nəfər tədbirə cəlb olunub. Bundan əlavə, sənətçi gecə üçün xüsusi repertuar seçib. O, pərəstişkarları üçün 1 saat 45 dəqiqə ərzində 20 hitini səsləndirib. Onu səhnədə öz ansamblı və 4 rəqqas müşayiət edib. Həmçinin pop ifaçısı səhnədə iki fərqli geyimdən istifadə edib. Zamiq konsertdə mahnılarını canlı səsləndirib. Müğənni “Sən necə də gözəlsən…”, “Kaman”, “Bəyaz mələyim”i ifa edən zaman anşlaq yaşanıb.
Zamiqin anşlaqla keçən konsertində nələr yaşandı? – Fotolar
O, Naxçıvan konsertdən əvvəl KİV nümayəndələrinin suallarını cavablandırıb. Sənətçi qeyd edib ki, Heydər Əliyev Sarayındakı repertuarına əlavələr edərək açıq hava konsertinə uyğunlaşdırıb. “Heydər Əliyev Sarayındakı özəl konsertimdə repertuara daxil olan bəzi mahnıları yenə səsləndirəcəyik. Daha sonra rəqs qrupları cəld etmişik. Çalışmışıq ki, saraydakı konsertin yaxşı tərəfini açıq hava konsertinə uyğunlaşdıraq. Mahnılarımı canlı ifa edəcəm. Bir-iki mahnını fonoqram səsləndirəcəm. Çünki hazırlamağa vaxtımız olmadı. Geyimlər üzərində yenə özüm çalışmışam. Səhnədə istədim ki, ağ və rəngarəngliyin vəhdəti təşkil olunsun”.Bundan əlavə, ifaçı hər bir sənətçinin konsert və toylarda canlı mahnılar oxumasının tərəfdarı olduğunu bildirib: “Sevindirici haldır ki, indi sənətçilərin əksəriyyəti konsertlərdə canlı ifa edir. Hətta toylarda da belə addım atırlar. Mənə elə gəlir ki, sənətçilərin öz ansamblı olmalıdır. ZH qrupu ilə artıq 15 ildir ki, bir yerdə çalışırıq. Bir-birimizə baxanda belə nə istədiyimizi bilirik. Bu səbəbdən deyirəm ki, hər bir ifaçının belə ansamblı olsa, toylara öz qrupları ilə gedərlər. Canlı ifada tamaşaçılara xüsusi enerji gedir. Fonoqramda bunu ala bilmirlər. Canlı tamam başqa bir şeydir. Məncə müğənnilər buna diqqət yetirməlidirlər. Toy qonorarlarını artıq alsınlar, amma öz komandası ilə getsinlər”.Zamiq toy və böyük tədbirlərdə bütün işlərlə özünün maraqlandığını söyləyib: “Böyük bir komandamız olsa da, hər şeylə özüm maraqlanıram. Bəzi hallarda axsamalar olur. Özüm o halda məsələyə qarışıram, çatışmazlıqları aradan qaldırıram. Bu zaman əziyyət çəkirəm. Konsert, toyqabağı əsəb keçirirəm. Bir az haldan düşürəm, fikrim başqa yerə yönəlir. Əslində mən bu tədbirlərdə sadəcə ifa haqqında fikirləşməliyəm. Bu, bir az məni yorur, arxaya atır. İstəyərdim ki, daha da böyüyək. Yaxın gələcəkdə yaxşı planlarım var”.

Müğənni artıq bir ifaçı götürərək onu yetişdirmək barədə düşündüyünü deyib: “İstəyirəm ki, solo ifaçı götürüb yetişdirim. Belə bir planım var. Məsələ belədir ki, hər bir sənətçi müəyyən yaşdan sonra estafeti başqasına verməlidir. Bizdən qabaq var idi, bizdən sonra da olacaq. Bu məsələlərə real baxmaq lazımdır. Düşünmək lazımdır ki, gələcəkdə yerin yaxşı olsun və gənclər sənin haqqında yüksək fikirdə olsunlar. Örnək olmaq lazımdır”.Zamiq bölgələrdə insanların keyfiyyətli musiqilərə qulaq asmağı üçün konsert turların təşkil olunacağını da vurğulayıb: “Naxçıvandan sonra digər regionlarda konsert turu təşkil etmək fikrindəyəm. Bilirəm ki, bölgələrdə yaxşı şərait var. Oradan qazanc güdmürəm. Sadəcə olaraq insanlara yaxşı musiqini aşılamaq istəyirəm. Bəzi bölgələrin insanları bayağı musiqiyə meyilləniblər. İstərdim ki, onlar da tez-tez əsl Azərbaycan popunu və klassik musiqilərimizi dinləsinlər”.Zamiqin anşlaqla keçən konsertində nələr yaşandı? – Fotolar
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...