Bürclər: 17 avqust
Medeniyyet
Oxunub: 551
17 avq 2019 | 09:00
Bürclər: 17 avqust

Qoç – gözlənilməz hadisələr və xoş sürprizlərlə dolu gündür. Eksperimentlər, yeni planların reallaşması, qeyri-adi açıqlamaların mümkün olacağı zamandır.

Karyera müstəvisində irəliləmək və ya çoxdan arzuladığınız işi, vəzifəni, sifarişi almaq imkanları var.

Bunun üçün sürətlə hərəkət etmək, qətiyyətlə davranmaq gərəkdir.

Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Ciddi tanışlıq ehtimalı azdır, amma ötəri münasibətlər olacaq.

Maliyyə məsələlərində ehtiyatlı olun. Bədxərclik eləməyin.

Borc almayın.

Buğa – çətin gündür, lakin çətinliklərin öhdəsindən gələcəksiniz.

Əsas məsələ, depressiv əhval-ruhiyyənin təsirində qalmayın. Doğrudur, yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil.

Amma ümumi fəaliyyətlə bağlı razılığa gəlmək olar. Rəhbərlik sizdən çox iş tələb edir, qarşınıza yeni tapşırıqlar qoyur. Əlavə işlər görməli olacaqsınız.

Günün ikinci yarısında maliyyə fonu əlverişli deyil. Sərfəli anlaşma, yaxşı sifariş və ya gəlirə bel bağlamayın.

Bununla belə, ümidi kəsməyin. Hər şey yaxşı olacaq.

Əkizlər – işdə və evdə yaşanan dəyişikliklər planları dəyişdirəcək.

Buna sevinin, axı istifadə edə biləcəyiniz yeni imkanlar yaranır. İşdə rəhbərlik və həmkarlarla qeyri-formal şəraitdə ünsiyyət üçün yaxşı gündür.

Önəmli danışıqları özünüzü rahat və yaxşı hiss edəcəyiniz yerdə keçirin.

İş üçün gərəkli əşyalar, alətlər və texnika almaq olar.

Günün ikinci yarısında intellektual potensial yüksəkdir. Dürüst qərarları sürətlə qəbul edin, qarışıq situasiyalarda doğru yolu seçin. Ağıllı insanlarla ünsiyyət sizə xoş emosiyalar bəxş edəcək.

Xərçəng – yaşanan hadisələri dərhal adekvat dəyərləndirə bilməyəcəksiniz. İlk əvvəl narahat olacaq, təşvişə düşəcəksiniz.

Lakin az sonra anlayacaqsınız ki, dəyişikliklər yaxşılığa doğrudur. İş yerini dəyişmək, qüvvə və potensialınızı fərqli sahədə yoxlamaq imkanları yaranır.

Yeni ideya və planların reallaşması üçün əlverişli zamandır.

Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə də təşəbbüskar ola bilərsiniz.

Günün ikinci yarısında uzunmüddətli səfərə yollana bilərsiniz. Evdə qalsanız, darıxmayın. Sizi dostlarla görüş, ya da romantik macəra gözləyir.

Şir – günün ilk yarısı çətindir. Problemlər var, günün emosional fonu əlverişli deyil. Bu səbəbdən də yaşanan hadisələri bədbin çalarlarda görürsünüz.

İşlə müqayisədə şəxsi münasibətlər barədə çox düşünməyin. Belə olarsa ən sadə proseslərdə səhvlərə yol verəcəksiniz.

Rəhbərliklə fikir ayrılıqları yarana bilər.

Günün ikinci yarısında situasiya stabilləşəcək. Pozitiv təmayüllər güclənəcək, özünüzü daha rahat hiss edəcəksiniz.

Axşam saatları qeyri-adi əyləncələr, maraqlı insanlarla görüş zamanıdır.

Sevdiyiniz insanla münasibətləriniz qısqanclıqla korlanmasın.

Soyuqqanlı, səmimi olun.

Qız – günün ilk yarısında narahatlıq və təlaş ola bilər. Peşə fəaliyyəti sahəsində çətinliklər və maliyyə itkiləri istisna deyil.

İşlər çoxdur, onları yerbəyer etmək asan deyil. Aktual olan işləri ikinci dərəcəli məsələlərdən ayırın.

İşdə rəhbərlik və həmkarlarla anlaşılmaz situasiyaların yaranmasının təhəbbüskarı olmayın. Əks təqdirdə nüfuzu qorumaq asan olmayacaq. Söhbət və danışıqlarda ehtiyatlı olun. Sözlərinizə fikir verin.

Günün ikinci yarısında pozitiv təmayüllərin təsiri artır.

Çətinliklərin əksəriyyəti qət olunacaq, qarşınızda yeni imkanlar yaranacaq.

Axşam saatları ailə üzvləri ilə xoş ünsiyyət, çoxdan bəri normal təmaslarınız olmayan insanlarla dil tapmaq üçün əlverişli zamandır.

Tərəzi – diqqətli, huşyar olun. Ən müxtəlif işlər səlis yanaşma tələb edir. Bir işi yarımçıq qoyub başqasına başlamayın.

Yeni ideyalar çoxdur. Amma onları reallaşdıra bilmədiniz deyə, sinirlənməyin.

Sürətlə hərəkət edin, amma ifrata varmayın.

Əks təqdirdə ətrafınızdakı insanlarda narazılıq yaranaraq münaqişəyə rəvac verə bilər.

Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Axşam saatları xüsusilə əsəbi keçəcək.

Əks cins mənsubu, xüsusilə də yaşlı qohumla dil tapmaq çox çətindir.

Ən kiçik məsələ əsəbləri tarıma çəkə bilər.

Əqrəb – peşəkar fəaliyyət sahəsində asan uğurlara bel bağlamayın.

Nəyəsə nail olmaq istəyirsinizsə, zəhmət çəkməli olacaqsınız. Kimsə sizə yardım etmək, problemlərinizin bir qismini öz üzərinə götürmək niyyətində deyil.

İş yoldaşları ilə dil tapmaq asan deyil.

Günün ikinci yarısı araşdırmalar, tədqiqatlar, bilik və təcrübənin artırılması üçün əlverişli zamandır.

Dəvət aldığınız bütün tədbirlərə qatılmayın. Yorulacaq, usanacaqsınız.

Axşam saatları gəzinti və aktiv istirahət üçündür.

Oxatan – günün ilk yarısı maraqlı və hadisələrlə zəngin olacaq.

Qətiyyətli, inadkar, əzmli olsanız, məqsədlərinizə çata bilərsiniz. Tənbəllik etməyin, ətalətli davranmayın.

Yeniliyi əxz etməyə, fəaliyyətinizdə innovasiyalara yer verməyə çalışın.

Başqalarının səhvlərini təhlil edin ki, özünüz həmin səhvləri təkrarlamayasınız.

İşgüzar danışıqlarda uğur əldə etmək istəyirsinizsə güzəştə getməyin, nəyə nail olmaq istədiyinizi müəyyənləşdirin.

Günün ikinci yarısı ailə üzvləri ilə birlikdə çalışmaq, istirahətlə bağlı planları müzakirə etmək üçün əlverişlidir.

Alış-veriş edin, simic davranmayın.

Oğlaq – ən müxtəlif işlər üçün uğurlu və əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla asanlıqla dil tapacaqsınız.

Əvvəllər anlamadığınız, başa düşmək istəmədiyiniz insanların problemlərini dərk edin.

Əks cins mənsubu ilə söhbətdə ehtiyatlı olun.

Qəfil hədiyyə, gəlir istisna deyil. Qarşınızda yeni işgüzar perspektivlər yaradan təklif alacaqsınız.

Günün ikinci yarısında neqativ təmayüllər üzə çıxacaq. Əhvalınız pozulacaq, kiçik anlaşılmazlıqlar yaranacaq.

Lakin ruhdan düşməyin, qətiyyətlə və inamla çalışın.

Özünüzü sevindirməyin yollarını tapın.

Dolça – sizi maraqlandıran sahələrdə əməkdaşlıq üçün əlverişli zamandır.

Nikbin və qətiyyətli olun.

Ətrafınızdakı insanlar sizin əzminizdən ruhlanmalıdır.

Çoxdan bəri görmədiyiniz insanlarla görüşlər effektiv nəticə verəcək. Anlayacaqsınız ki, qarşılıqlı rəğbət və maraq yox olmayıb.

Zəifləmiş romantik münasibətləri bərpa etmək şansı var. Lakin bu addımı atmazdan əvvəl düşünün: belə bərpaya ehtiyac duyulur?

Günün ikinci yarısında əldə edilən razılaşma və sövdələşmə gəlir vəd edir. Yeni işə başlayırsınızsa, ümidləriniz doğrulacaq.

Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə səlis və diqqətli olun.

Balıqlar – yaxın ətrafınızdakı insanlarla münaqişəyə rəvac verməyin. Mübahisə edənləri sakitləşdirin, küsənləri barışdırın.

Yaxşı tanıdığınız insanlardan birinin yardıma ehtiyacı var. Ona kömək edin. İşgüzar danışıqlar yaxşı keçəcək. Həssas və diqqətli olun.

Yeni işə başlamaq üçün əlverişli zamandır. İlk uğur tezliklə əldə olunacaq. Hətta ən çətin problemlərin öhdəsindən asanlıqla gələcəksiniz.

Dəvət aldığınız tədbirə qatılın.

Dostlarla görüşün, ailəvi istirahət edin.

Pozitiv emosiyalar ala bilərsiniz.

Milli.Az
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub