Tanınmış mühacir jurnalist Almaniyadakı azərbaycanlıların vəziyyətindən danışdı – ÖZƏL
Medeniyyet
Oxunub: 514
30 avq 2019 | 09:53
Tanınmış mühacir jurnalist Almaniyadakı azərbaycanlıların vəziyyətindən danışdı – ÖZƏL

Almaniyada qanunsuz yaşayan miqrantları ölkədən çıxarsa da, mühacirlərə qucaq açmaqda davam edir.

Rəsmi rəqəmlərə görə hər il Almaniya 180 mindən çox mühacir qəbul edir. Bəs Almaniyada mühacirlərin durumu necədir?

Bu barədə Musavat.com-a danışan Almaniyada mühacirətdə olan jurnalist Fərahim Qasımov bildirib ki, ümumilikdə Avropa ölkələrinin qaçqın qəbul etməsi üçün kvotası var:

“Bu, Almaniya üçün ildə 180-220 min arası müəyyən edilib. Yəni Almaniya il ərzində 220 min nəfərə qədər qaçqın qəbul edə bilər. Əvvəlki illərdə isə bu rəqəm adətən 220 mini keçib. Bu barədə Miqrasiya və Qaçqınlar üzrə Federal İdarənin saytında da məlumatlar var. Bu il isə Almaniyaya gələnlərin sayı xeyli dərəcədə azalıb. Keçən həftə Almaniyanın daxili işlər nazirinin müavini məsələ ilə bağlı açıqlama verərək bildirdi ki, ilin sonuna az qalmasına baxmayaraq, bizim hələ də 140-150 min arası qaçqın qəbul etmək imkanımız var. Yəni hələ ki, kvota tam dolmayıb. Bunun səbəbləri isə müxtəlifdir. Belə ki, Almaniya həm deportasiyanı sürətləndirib, həm də miqrasiya haqqında qanunu sərtləşdirib. Bütün bunlarla bağlı müvafiq qanunlar da qəbul edilib ki, bu da Almaniyaya gəlmək istəyən qaçqınları fikirlərindən daşındırıb. Ona görə də sığınacaq üçün ölkəyə müraciət edənlərin sayı hər ay azalır”.

F. Qasımov ölkədə miqrantların durumu barəsində söyləyib ki, Almaniyada qaçqınlara münasibət digər ölkələrdən fərqlidir:

“Yaxşı mənada Almaniya digər ölkələrdən qaçqınlara münasibətdə hər zaman seçilib. Həm qaçqınların yerləşdirilməsi, həm də onlara qarşı dözümlülük hallarının çox olmasına görə fərq nəzərə çarpır. Almaniya digər ölkələr kimi deportasiya ilə bağlı qərarlarda qəti mövqedə olmur. Məsələn, Fransada keçən ay mərakeşlinin adi bir facebook paylaşımına görə onun yaşam icazəsini uzatmayıb, barəsində deportasiya qərarı çıxarmışdılar. Almaniyada isə bu cür deyil. Çünki reallıq budur ki, hazırda burada deportasiya qərarı ola-ola yaşayanlar var. Onlara qarşı xəstəlik və digər problemlərinə görə dözümlülük nümayiş etdirilir. Eyni zamanda Almaniya 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlindən böyük qaçqın axınına məruz qalıb. Ancaq buna baxmayaraq qaçqınların yerləşdirilməsi işini ustalıqla yerinə yetiririrlər. Əvvəllər vəziyyət təbii ki, heç də ürəkaçan deyildi. Belə ki, kamplara ehtiyac var idi və xeyli sayda çadır kamplar da qurulmuşdu. Artıq bu cür belə düşərgələrə rast gəlmirik. Köhnə qocalar evi, yataqxanalar qaçqınların istifadəsinə verilib. Eyni zamanda yaşayış icazəsi olub, kirayə ev tapmağa çətinlik çəkənlər üçün də dövlət sosial ev layihələri var. Hansı ki, dövlət həmin qaçqınları da evi olmayan almanlarla birlikdə müvəqqəti olaraq mənzillə təmin edir. Ancaq hər federal əyalətdə bu, eyni deyil. Bavariya ərazisində azərbaycanlı qaçqınlar kompakt olaraq Degendorf deyilən şəhərdə saxlanılır. Onların oradakı vəziyyəti heç də ürəkaçan deyil. Tez-tez Afrikadan gələn insanlarla söhbətləri, davaları düşür. Məsələn, ötən həftə Nigeriya və Seneqal vətəndaşları ilə azərbaycanlıların kütləvi davası olub. Ümumilikdə hadisədən sonra 5 nəfər saxlanıldı, onlardan iki nəfəri azərbaycanlı idi. Yəqin ki, həmin şəxslər Azərbaycana deportasiya olunacaqlar. Digər əyalətlərdə, Berlin yaxınlığında vəziyyət normaldır”.

Fərahim Qasımov Almaniyanın miqrantlara qucaq açmasının səbəbini aşağıdakı kimi izah edib: “Qəzetdə yazılan məlumata görə, Almaniya önümüzdəki 40 il ərzində hər il 260 min işçi qəbul etmək məcburiyyətindədir. Ona görə də Almaniya miqrantları qəbul etməyə məcburdur. 2020-ci il yanvar ayının 1-dən etibarən Almaniyada miqrasiya ilə bağlı qanunvericiliyə edilmiş dəyişiklik qüvvəyə minir. Bu, o deməkdir ki, əcnəbilər əməkçi miqrant kimi Almaniyaya gəlib, burada işləyə biləcəklər. Qanunlar həm də ona görə dəyişdirilir ki, ölkə böyük qaçqın axınına məruz qalmasın. Çünki səbəbi olan və olmayan yaxşı həyat üçün Almaniyaya gəlib, burada yaşamaq istəyir. Almaniya hökuməti də bunu nəzərə alıb, miqrasiya qanunvericiliyinə müəyyən dəyişiklik etdi və əməkçi miqrant statusu ilə bağlı qanuna düzəliş etdi. Qanunun qüvvəyə minməsi o deməkdir ki, Azərbaycanda istənilən vətəndaş orada dil kursuna gedərək, B1 Avropa standartları olan sertifikatı alıb, burada hansısa şirkətə müraciət edib, işə cəlb ola bilərlər. Əvvəllər isə Almaniyada hər bir iş verən müəyyən əngəllə qarşılaşırdı. Çünki Almaniyanın qanunvericiliyinə görə buranın iş agentliyi iaşə obyektinə, restoranlara və digər yerlərə tələb qoyurdu ki, sizə lazım olan işçini öncə Almaniyada axtarın. Əgər Almaniyada peşə ilə bağlı mütəxəssis tapılmırdısa, Avropa Birliyi ölkələrində axtarırdılar. Orada da tapa bilməyəndə, sonuncu hal kimi xaricə baş vururdular. Artıq bu bürokratik əngəl qaldırılıb. Bu da Almaniyaya işçi qüvvəsi kimi gələnlərin sayını artıracaq. Almaniyada sürətli yaşlanma var. Dövlət idarə və müəssisələrində olan kadrlar artıq yaşları ilə əlaqədar təqaüdə çıxırlar. İxtisaslı kadrlar isə yoxdur. Ona görə də Almaniya üçün vacibdir ki, ixtisaslı kadrları müəyyən müddət dil kurslarına yerləşdirməklə, işlə təmin etsin. Bu dəyişiklik çox faydalı olacaq. Çünki Almaniyaya gələnlərin əksəriyyəti ali təhsillillərdir, öz peşələri ilə bağlı təcrübələri var. Ona görə də yeni qərar həm Almaniya, həm də miqrantlar üçün faydalı olacaq”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO