On yaşlı saytın baş redaktoru: “Deputatlardan biri zəng vurdu ki, şəklimi niyə o zəhləmgetmişlə yanaşı vermisiniz?” – MÜSAHİBƏ
Medeniyyet
Oxunub: 532
30 avq 2019 | 15:17
On yaşlı saytın baş redaktoru: “Deputatlardan biri zəng vurdu ki, şəklimi niyə o zəhləmgetmişlə yanaşı vermisiniz?” – MÜSAHİBƏ

“Modern.az” xəbər portalının 10 illik yubileyidir.

“Report”un məlumatına görə, portal 2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayıb. Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan “Modern.az” portalı gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, tərəfsiz mövqeyi oxucuların rəğbətini qazanıb.

Hər gün on minlərlə oxucunun ziyarət etdiyi “Modern.az” xəbər portalının təsisçisi və baş direktoru Elşad Eyvazlı, baş redaktoru Əfqan Qafarlıdır.

“Report” “Modern.az”ın 10 illik yubileyi ilə bağlı baş redaktor Əfqan Qafarlının müsahibəsini təqdim edir.
On yaşlı saytın baş redaktoru: “Deputatlardan biri zəng vurdu ki, şəklimi niyə o zəhləmgetmişlə yanaşı vermisiniz?” – MÜSAHİBƏ
Modern.azın ilk kollektivi

– “Modern.az”ın 10 illik tarixini necə qiymətləndirirsiniz?

– Özümüzü tərifləmək niyyətində deyiləm, amma qeyd etməliyəm ki, “Modern.az” xəbər portalı bəzi media orqanlarından fərqli olaraq, 10 yaşına asan, hamar yolla gəlib çatmayıb. Bu gün 10 rəqəmli zirvədən boylanıb geriyə baxanda hansı əziyyətləri çəkdiyimizi, necə enişli-yoxuşlu yollardan keçdiyimizi görə bilirəm. Bəlkə də kənardan çoxlarına elə gəlir ki, biz də bir çoxları kimi hər şeyə asan yolla nail olmuşuq. Asan yol deyəndə ilk başdan rahat ofis şəraiti, işləməyə hazır kollektiv, yaxşı avadanlıq, arxasında bəlli bir maliyyə mənbəyi, informasiya ilə təminata dəstək verilməsi kimi şeyləri nəzərdə tuturam. Biz 2009-cu il sentyabrın 1-də 3-4 nəfərlə fəaliyyətə başlayanda bunların heç biri yox idi. Sonlarkı illərdə də bir çox məsələlər sarıdan çətinliklərimiz çox olub. Bəzən aylarla məvacib ala bilməmişik və bunu kənardakı heç kəsə bəlli etməmişik, amma başladığımız işi yarıda buraxmamaq naminə gecə-gündüz, istirahət və bayram günləri demədən, məzuniyyət nə olduğunu bilmədən çalışmışıq. Əlbəttə ki, bunları qeyd edərkən təkcə Modern.az-ın rəhbəri Elşad Eyvazlı ilə özümü nəzərdə tutmuram. Bu illər ərzində bizimlə birgə olan yoldaşlarımızın, kollektivimizdə çalışmış, sonradan yollarını ayırmış digər həmkarlarımızın da əməyini danmaq insafdan olmaz. Yaxşı-pis günləri geridə qoyub, 10 yaşa gəlib çatmışıq. Bu rəqəmi kiçik bir yubiley yaşı da hesab etmək olar. Bu gün əminliklə deyə bilərəm ki, kimlərinsə ağız büzməsinə baxmayaraq, Azərbaycanın son 10 ildəki media tarixində “Modern.az”ın da imzası var…

– Rəhbərlik etdiyiniz xəbər portalının ölkə mediasındakı yerini necə görürsünüz?

– “Modern.az”ın siması yarandığı gündən öz yolu, öz dəsti-xətti və xarakteri ilə formalaşıb. Biz çalışmışıq ki, təqdim etdiyimiz materiallarla oxucularımızı razı salaq, onların hörmətini qazanaq. Hərçənd ki, oxucunu razı sala bilmək çətin məsələdir. O, sənə yalnız bu gün təqdim etdiyin yaxşı yazıya görə “çox sağ ol” deyir, amma sabah da yenilərini gözləyir. Tempi saxlamaq isə həmişə mümkün deyil. Kobud şəkildə desək, oxucunun gözü doymur, elə hey yaxşı informasiya, maraqlı müsahibə, reportaj, araşdırma istəyir… Bax saytda işləməyin çətin tərəfləri də budur… Biz heç vaxt sensasiya və reytinq dalınca sürünməmişik. Sifarişli, ucuz, bayağı yazılardan, dedi-qodudan mümkün qədər uzaq qaçdıq, əxlaq normalarını gözlədik, milli maraqlara zidd olan materiallar dərc etmədik. Bu gün “Modern.az” yalnız tanınan sayt kimi deyil, həm də inanılan və etibar edilən elektron mətbuat orqanı kimi qəbul olunursa, yayımladığımız materiallara istinad edilirsə, yazılarımıza rəsmi və qeyri-rəsmi qurumlardan reaksiya gəlirsə, gündəmə müəyyən qədər təsirimiz dəyirsə, deməli, ölkə mediası sırasında bəlli yerimiz və mövqeyimiz var. Biz ilk “5-lik”də, ilk “10-luq”da, nə bilim “15-lik”dəyik. Amma demək istəyirəm ki, biz də Modern.az olaraq, media məkanında varıq və qəbul olunuruq…
On yaşlı saytın baş redaktoru: “Deputatlardan biri zəng vurdu ki, şəklimi niyə o zəhləmgetmişlə yanaşı vermisiniz?” – MÜSAHİBƏ
– Oxucuların irad və təklifləri əsasən nə ilə bağlı olur?

– Deyim ki, oxuculardan həm maraqlı təkliflər, həm də maraqlı iradlar gəlir. Məsələn, təklif edirlər ki, kriminal xəbərlərin sayını artıraq, şou-biznes informasiyalarına geniş yer verək. Bizim bir “Fotosöhbət” adlı layihəmiz var, çoxdandır o layihəyə ara vermişik, amma onun davam etdirilməsini istəyirlər… Fərdi şikayətlərin işıqlandırılmasına geniş yer verilməsini istəyənlər də var. Bəzən zəng vurub deyirlər ki, niyə siyasi proseslərdən az yazırsınız… deyirik ki, siyasi gündəm yoxdursa, siyasətçilər prosesləri ölü nöqtəyə endiribsə, biz siyasi hadisəni necə yaradaq? Ya da kimlərsə “siz niyə Afaq Aslanın soyunmağından, Rəqsanənin hamilə qalmağından, Aygün Kazımovanın sevgililərindən, Manaf Ağayevin “razborkaları”ndan, müğənnilərin intim həyatından niyə yazmırsınız?” deyir. Bilmirəm bunları irad adlandıraq, yoxsa təklif… Hər halda, oxucuya hörmət naminə gərək bunları da nəzərdən keçirək…

– Qarşıdakı müddətdə hansı yeniliklər gözlənilir?

– Artıq mətbuat üçün yay mövsümü demək olar ki, başa çatır, məzuniyyətə gedənlər geri qayıdır, sentyabrdan yeni mövsüm başlayır, proseslərdə aktivlik yaranır. Biz də digər media orqanları kimi işimizi buna görə qurmağa çalışacağıq. Yeni mövsümə layihələrimizin, müsahibələrimizin sayını artırmağa çalışacağıq. Fasilə verdiyimiz layihələri yenidən aktivləşdirəcəyik. Eyni zamanda, sıralarımızda yeni əməkdaşları da görə bilməyimiz mümkündür.
On yaşlı saytın baş redaktoru: “Deputatlardan biri zəng vurdu ki, şəklimi niyə o zəhləmgetmişlə yanaşı vermisiniz?” – MÜSAHİBƏ
– Yəqin ki, bu müddət ərzində yadda qalan əhvalatlar da olub…

– Əhvalatlar həmişə olur. Yadda qalanı da var, yaddan çıxanı da… Bəzən görürsən ki, kimlərsə yazıya verdiyimiz şəkildən narazı qalır. Məsələn, bir deputat zəng edib səs-küy salmışdı ki, “mənim o şəklimi niyə vermisiniz, orda burnum iri düşüb!”. Burun yekədirsə, şəkildə necə balaca düşə bilər axı? Üç deputatın şəklini yanaşı vermişdik, biri zəng vurdu ki, “mənim şəklimi o zəhləmgetmişlə yanaşı vermisiniz, bir də belə eləsəniz, müsahibə verməyəcəm!”.

Bu yaxınlarda keçmiş Xarici İşlər naziri Hüseynağa Sadıqovla maraqlı müsahibəmiz olmuşdu. Müsahibənin böyük əks-sədası oldu. Yazıda sabiq nazirin müxtəlif rakurslardan çəkilmiş 7-8 şəklini yerləşdirmişdik. Üç-dörd gün keçəndən sonra 80 yaşlı Hüseynağa müəllim zəng vurub dedi ki, “şəkillərdə çox qoca düşmüşəm, fotoqrafınız məni qocaldıb, hamısını silin getsin!”. Güclə birini saxlatdıra bildik ki, şəkilsiz müsahibə olmaz, qalanlarını sildirdi… Öz əməkdaşlarımızla bağlı da maraqlı əhvalatlar olub, indi çoxlarını yada sala bilmirəm. Bu yaxınlarda bir dəfn mərasimi vardı, fotoqrafımız səhər işə gələn kimi, dedik ki, qaç ora, şəkillər çəkməlisən. Əvvəlcə soruşdu ki, dəfn harda olacaq? Mərasimin yerini-yurdunu başa saldıq. 10 dəqiqə sonra yoldan qayıtdı ki, ora neçə nömrəli avtobus gedir? Avtobusun nömrəsini dedik, getdi… Aradan 20-25 dəqiqə keçdi, indi hamımız “WhatsApp”, e-mail ünvanına baxırıq ki, yəqin, artıq olay yerinə çatıb, bu saat şəkillər göndərəcək, biz də tez, hamıdan qabaq sayta yerləşdirəcəyik… Birdən fotoqraf qapını açıb dedi ki, “Əfqan müəllim, orda konkret kimlərin şəklini çəkməliyəm?!”.

“Report” İnformasiya Agentliyinin kollektivi “Modern.az” xəbər portalında çalışan həmkarlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayır.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb