İtdirsəyi niyə çıxır, ev şəraitində hansı üsullarla müalicə etmək olar?
Medeniyyet
Oxunub: 513
5 sen 2019 | 09:36
İtdirsəyi niyə çıxır, ev şəraitində hansı üsullarla müalicə etmək olar?

İtdirsəyi-göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır. Xəstəlik əksər hallarda immuniteti zəif olanlarda, əsasən uşaqlarda meydana çıxır. Bu, badamcıq, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və bir sıra digər xəstəliklər fonunda yaranan problemdir.

Medicina.az bildirir ki, xəstəlik ilkin olaraq göz qapağı kənarında meydana çıxan ağrılı nöqtə ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. İki-üç gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli “başcıq” əmələ gəlir. Bu zaman irin xaric oluna bilər. Eyni zamanda bir neçə itdirsəyi əmələ gələr və onların birləşməsi baş verərsə, bu zaman xəstənin ümumi vəziyyəti ağırlaşa bilər. Xəstədə temperaturun yüksəlməsi, çənəaltı və qulaqaltı limfa vəzilərinin böyüməsi kimi əlamətlər yarana bilər. Belə olduqda mütləq olaraq oftalmoloqa müraciət etmək lazımdır.

Müalicə antibiotiklərin köməyi ilə aparılır. İtdirsəyi tez-tez əmələ gəldikdə isə mütləq immunoloqa müraciət olunmalıdır.

Formalaşmaqda olan irinciyin səthinə nöqtəvi şəkildə brilyant yaşılı (zelyonka), yod və ya spirt vurmaq olar. Antiseptikin gözə düşməməsinə diqqət yetirmək mütləqdir.

İrin əmələ gəldikdə göz nahiyəsinə isti bir şey, misal üçün isitqac, içərisi isti qum və ya duz ilə doldurulmuş kisəcik qoyulduqda yaxşı effekt görmək olar. Dərman məhlulu ilə isladılmış pambıq və ya tənzif qoyulması isə məsləhət görülmür. Heç bir halda irinciyi sıxmaq və ya deşmək olmaz. Bu zaman infeksiya gözə yayıla bilər.

İtdirsəyi müalicəsi zamanı adətən tetrasiklin və ya eritromisin məlhəmindən, 20 faizli sulfasil-natrium (albusid) və ya digər müasir göz damcılarından istifadə olunur. Bir neçə gündən sonra itdirsəyi adətən keçib gedir.

Bəzən də elə olur ki, itdirsəyi keçib getməyin əvəzinə göz qapağının içərisində kiçik şiş kimi qalır. Buna xalyazion deyilir. Xalyazion ağrımır, lakin kosmetik qüsura gətirib çıxarır. Xalyazion çətinliklə müalicə olunur. Buna görə də o əmələ gələn kimi dərhal oftalmoloqa müraciət etmək lazımdır.
İlkin olaraq xalyazionu quru istilik, göz damcıları və xüsusi məlhəmlərlə müalicə etmək olar.

Fizioterapiya üsullarından da istifadə oluna bilər. Bu üsullar nəticə vermədiyi halda xüsusı iltihab əleyhinə olan preparatlar istifadə olunur. Bu preparatlar xalyazionun içərisinə nazik iynə ilə yeridilir və xalyazion tədricən çəkilir. Lakin bu üsul da hər zaman xalyazionun tam çəkilməsinə kömək etmir. Bu halda cərrahi əməliyyat lazım olur. Əməliyyat bir neçə dəqiqə davam edir. Hazırda lazer üsulu ilə aparılan bu əməliyyat daha az travmatik və tikişsiz olur.

Xalyazion yenidən əmələ gələ bilər. Onun əmələ gəlməsinə bir çox faktorlar təkan verir. Bunlar soyuqlama, immunitetin zəifləməsi, kontakt linzaların taxılması, şəkərli diabet, yağlı dəri, gigiyenik qaydalarına tam riayət edilməməsi kimi səbəblərdir. Xalyazion tez-tez əmələ gəldikdə immun sisteminin möhkəmləndirilməsi mütləqdir. Bunun üçün vitamin-mineral kompleksləri qəbul etmək, açıq havada gəzmək, yaxşı qıdalanmaq lazımdır.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi