Bakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTOLAR
Medeniyyet
Oxunub: 502
10 sen 2019 | 14:30
Bakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTOLAR

Sentyabrın 10-da Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur. Aşua günü ilə əlaqədar ölkədəki məscidlərdə İmam Hüseynə (ə) əzadarlığı keçirilir. Minlərlə insan məscidlərə gələrək mərasimlərdə iştirak edib, şəhid İmam Hüseyni (ə) və onun ailəsini, səhabələrini anır, göz yaşı axıdırlar.

Məclisdə xütbələr oxunur, Kərbəla qiyamının fəlsəfəsindən və İmam Hüseynin (ə) həyatı və şəxsiyyəti barədə danışılır.

Ətrafdakı marketlər ötən illərdən fərqli olaraq bu il açıqdır. Ehsan vermək istəyənlər su alaraq əzadarlara paylayırlar.
Qeyd edək ki, paytaxtda Aşura mərasimləri sakit, heç bir insident yaşanmadan keçirilir. Burada din xadimlərinin də xüsusi rolu var ki, onlar 10 gün ərzində keçirilən əzadarlıq məclislərində etdikləri xütbələrdə insanları dinc şəkildə, Kərbəlanın mahiyyətinə və şəninə uyğun əza saxlanılmasını təbliğ edirdilər.

İnsanlar məscidlərə gəlib dini ayinləri icra edir, qanvermə aksiyalarında iştirak edirlər.

Hüquq mühafizə orqanları da dini icmalarla birlikdə məscidə gələn insanların təhlükəsizliyini təmin edirlər.

Din xadimləri də vurğulayır ki, Aşura əslində insanları həmrəyliyə, birliyə, mərhəmətə dəvət edir. Aşura eyni zamanda şəhidlərin anım günüdür. Ona görə də bütün məscidlərdə Kərbəla şəhidləri ilə yanaşı, Azərbaycan şəhidləri yad edilir. Qarabağın düşməndən azad edilməsi üçün dualar oxunur.

Daha sonra “Məşədi Dadaş” məscidində olan müxbirimiz, burada da əzadarların sinə vuraraq mərsiyələr oxuduğunu bildirdi. Məscidin həyətində insan sıxlığından içəri daxil olmaq mümkün olmayıb. Məscidə gedən yollar və ətraf küçələrdə insan izdihamı müşahidə olunur. Oxunan rozə və mərsiyələrin ardından məscidin axundu Hacı Şahin Həsənli xütbə oxuyaraq, Kərbəla şəhidləri haqqında insanlara məlumat verib. O, İmam Hüseyn (ə) şəhidliyinin bu günə qədər yaşamasının sirrlərindən danışıb. Qeyd edib ki, bu yeganə hadisədir ki, yalnız Allah üçündür, heç bir şəxsi mənfəət yoxdur. Oxunan xütbələr səsgücləndiricilər vasitəsilə ətrafküçələrdə də eşidildiyindən insanlar ayaq saxlayıb dinləyir, Kərbəla şəhidlərini anırlar. Hacı Şahin xütbəsində Azərbaycan şəhidlərini də anaraq, hər birimizin onlara borclu olduğunu vuğuladı.

Onu da qeyd edək ki, ölkə üzrə ümümilikdə 32 məscid və ona yaxın ərazilərdə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən askiya təşkil edilib.

Verilən qanlar Qanköçürmə İnstitutu tərəfindən yoxlanaraq talasseminayadan əziyyət çəkənlərə göndəriləcək. Aşura günü ilə bağlı olaraq paytaxtın yollarının bəzilərində gediş-gəliş məhdudlaşdırılıb. Polis isə gücləndirilmiş rejimdə çalışıb.

Öncədən xəbərdarlıq edildiyi kimi, müəyyən edilmiş yerlərdən başqa ərazilərdə mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə qətiyyətlə imkan verilmir.Bakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTOLARBakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTOLARBakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTOLARBakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTOLARBakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTOLARBakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTOLARBakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTOLARBakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTOLARBakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTOLARBakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTOLARBakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTOLARBakıda Aşura günü keçirilir, məscidlərdə izdiham yaşanır – FOTOLAR
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?