“Nazir hər gün məşqi izləyirdi” – “Sığmazam”da yer alan sənətçilər danışdı
Medeniyyet
Oxunub: 536
10 sen 2019 | 15:17
“Nazir hər gün məşqi izləyirdi” – “Sığmazam”da yer alan sənətçilər danışdı

Azərbaycan əsilli müğənni Sami Yusufun mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı yeddi dəqiqəlik kompozisiya sosial şəbəkələrin əsas gündəmlərindən biri olub.

Marağa səbəb olan əsər Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində təqdim olunub. Tədbirdə təkcə Saminin çıxışı yox, Əməkdar artist Təyyar Bayramovun muğam, Əməkdar incəsənət xadimi Samirə Əliyevanın aşıq ifası da diqqət çəkib.

“Qafqazinfo” səs-küy yaradan layihədə yer alan fəxri adlı sənətçilərin rəyini alıb. Əməkdar artist Təyyar Bayramov açıqlamasında bildirib ki, əvvəlcə layihədə iştirakla bağlı onun oğluna təklif olunub:“Nazir hər gün məşqi izləyirdi” – “Sığmazam”da yer alan sənətçilər danışdı“Bu layihə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılışında təqdim olunub. Konsertdə Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Kompozisiya iyunun 30-da səsləndirilib. Mənə bir neçə ay əvvəl Sami Yusufun Azərbaycanda konserti olacağı barədə məlumat verdilər. Əvvəlcə, Saminin oğlum Kənan Bayramlının səsini bəyəndiyini, onun da layihədə yer alacağını dedilər. Təxminən 1 ay sonra təklif olundu ki, səhnədə çıxış edim.

Konsertə 10 gün qalmış ağır məşqlər keçdi. Məşqlərin hər günündə demək olar ki, Mədəniyyat naziri Əbülfəs Qarayev iştirak edirdi. Gördüyünüz orkestr azərbaycanlılardan ibarətdir, heç bir əcnəbi yoxdur. Üstünlük tar, kaman, balaban ifaçılarına verilmişdi. Uşaq xorundan da istifadə olunmuşdu. Çox həvəskar idik, səhərdən axşama kimi çalışırdıq. Hamı həyəcanlı idi, əsərdən heç kəsin xəbəri yox idi. Çünki Sami Yusuf “Sığmazam”ı yeni bəstələmişdi. Hamı yüksək səviyyədə bunun öhdəsindən gəldi”.“Nazir hər gün məşqi izləyirdi” – “Sığmazam”da yer alan sənətçilər danışdıƏməkdar icəsənət xadimi, aşıq Samirə Əliyeva isə birinci layihəyə sadəcə olaraq saz ifa etmək üçün dəvət olunduğunu qeyd edib:

“Əvvəl mənim konsertdə solist kimi oxumaq fikri yox idi. Çünki Sami Yusufu Azərbaycan musiqi alətlərindən ibarət orkestr müşayiət edirdi. Mənim öhdəmdə isə saz ifaçıları idi və biz Samini saz ifamızla müşayiət edəcəkdik. Lakin daha sonra hər şey müəyyənləşəndən sonra düşündülər ki, muğamla birgə aşıq ifası da səslənsin. Aşıq boğazı fərqlidir, bir beyt oxudum. Məqsəd bu əsərdə bir daha Azərbaycan musiqisinin zənginliyini göstərməkdir.

Mənim üçün qürurvericidir. Ona görə, tədbirin özü tarixi mövzuda olan bir tədbir idi. Orkestrdə 5 nəfər aşıq var idi. Onlar da Mədəniyyət və İncəsənət Universitetinin tələbələri idi. Çox az müddətdə hazırlaşdıq. Əsas məşqlər konsert günü oldu. Bir şey yaxşı idi ki, əsər notlara yazılaraq qarşımıza qoyulmuşdu. Bu da bir qədər bizə kömək etmiş oldu. Sami Yusuf elə ilk günü söylədi ki, hamımız bu layihənin əsgərləriyik, hamı yaxşı alınmağı üçün çalışsın. Böyük-kiçik bilmədən çalışdıq. Sonunda isə gözəl bir layihə ortaya çıxdı”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO