Şəbnəm yenidən ana olacaq: “Əxlaqsız hərəkətim yoxdur” – MÜSAHİBƏ
Medeniyyet
Oxunub: 556
16 sen 2019 | 10:02
Şəbnəm yenidən ana olacaq: “Əxlaqsız hərəkətim yoxdur” – MÜSAHİBƏ

Müğənni Şəbnəm Tovuzlu Lent.az -a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Sənətdə arzuladığınız yerdəsiniz?

– Şükürlər olsun ki, sənətdə istədiyim yerdəyəm. Bu yerlərə elə belə, təsadüfü gələn insanlardan deyiləm. Əziyyət çəkmişəm. İndinin özündə də mahnılar, kliplər, fotosessiyalar həyata keçirirəm. Təbii ki, bu işdə mənə heyətim də dəstəkdir. Mahnılarımın sevilməsi məni bir müğənni kimi sevindirir. Sonuncu təqdim etdiyim “Mən hələ ölməmişəm” adlı mahnım isə, sözün əsl mənasında sevildi. Hər kəs bu mahnıdan danışır. Amma bu da son deyil, qarşıda mahnılar çoxdur.

– Mahnılar, kliplər təqdim edirsiz, amma sizin işlərinizi tənqid edənlər, bəyənməyənlər çoxdur….

– Deyirlər ki, bar verən ağaca daş atarlar. Bir ağac bar vermirsə, qurudursa, ona kimdir daş atan? Mən artıq buna alışmışam.

– Sizi tənqid edənlərin əksəriyyəti həmkarlarınızdır?

– Mən şəxsən sağlam rəqabət aparıram. İstəyirəm ki, mənim ifam daha yaxşı, daha sevimli olsun.

– Şəbnəm Tovuzlu həyat yoldaşını niyə mediadan gizlədir?

– Bu mənim şəxsi istəyimdir. Bu məsələ özümdə qalsın. Mənimdirsə, məndə qalsın. Paylaşmağı sevmirəm. Heç zaman onun şəklini də paylaşmayacağam. Qoy danışa-danışa qalsınlar.

– Bəlkə bu həyat yoldaşınızın qadağasıdır?

– Heç bir qadağası yoxdur. Biz əvvəldən, 6 il öncədən öz aramızda bir söz verdik. O, dedi ki, reklamı sevmirəm. Mən də onun fikrinə hörmət edirəm.

– Növbəti dəfə ana olmaq istəyiniz varmı?

– Bəli, çox istəyirəm. Bu istəyimə heç nə mane olmur. Yaxınlarda bu xəbəri də eşidə bilərsiniz. Sadəcə övladı verən Allahdır. Mən uşağı çox sevirəm. Özüm tək böyümüşəm deyə, uşaq üçün ölürəm. Allah bütün balaları qorusun, 2 övladım var, amma yenə uşaq istəyirəm. Bu barədə artıq düşünürük. Qismət Allahdan. Dünyaya gələcək olan uşağın cinsiyyətinin nə olmasının önəmi yoxdur. Çünki qızım da var, oğlum da. Bundan sonra nə olsa, qəbulumdu.

– Həmkarlarınız söyləyir ki, “Oğlumuza müğənni qız almarıq”…

– Şəxsən mən alaram. Bu gün heç kim deyə bilməz ki, Şəbnəm pisdir. Şəbnəm ailəsinə də, ata-anasına, çevrəsinə də gözəldir. Əxlaqıma heç kim heç nə deyə bilməz. İnsanın çətin, əzablı günləri ola bilər. Amma kimsə deyə bilməz ki, Şəbnəm nəsə pis hərəkət edib. Şəbnəmin həyatı bir dəfə uğurlu olmaya bilər. Amma belə bir söz var ki, əvvəlin gəlincə, axırın yaxşı gəlsin. Mənim 2-ci evliliyim uğurlu oldu. Elə insanlar var ki, həyatı 1-2 dəfə gətirməyib. Bu qismətdir.

– Hesab etmirsiniz ki, bu kimi açıqlamaları verməyə bəzi müğənnilərin özləri səbəb yaradıb?

– Bəzi adi qadınlar var ki, evdə oturub, başqa-başqa işlərlə məşğuldurlar. Onlar da müğənnidir? Müğənnilər onların yanında yalandır. Dodaq slikon, yanaq botoks. Amma mən müğənniyəm, üzümdə bir əməliyyat görə bilərsiniz? Məndən də qorxaq insan yoxdur, heç vaxt da əməliyyat etdirmərəm.

– Bir müddət öncə açıqlamanızda söylədiniz ki, Həcc ziyarətinə gedəcəksiniz. Bu açıqlamanıza “Şəbnəm də Həccə gedir” şərhini verdilər…

– Şəbnəmə nə olub ki? Şəbnəm o sözü deyənlərdən artıqdır. Xasiyyəti və xanımlığı ilə. Gəlib mənim evimin içini görə bilirlərmi? Bilirlərmi ki, necə xoşbəxt ailəm, övladlarım var? Mən avara həyatı sürməmişəm. Hər zaman xanımlığımla, mədəniyyətimlə seçilmişəm. Şükürlər olsun ki, əxlaqsız hərəkətim yoxdur. Bir insan özünə hörmət etmirsə, ona heç kim hörmət etməyəcək.

– Bəzi müğənnilərimiz tanınmaları yolunda maşınlar, evlər satdılar. Bəs Şəbnəm bu yolda nələr etdi?

– Düzdür, çox əziyyətlər çəkdim. Getdiyim toylardan 5 manat qazandımsa, onun 3 manatını efirlərə verdim. Populyar olmağım üçün bunu etdim. Mən görsəydim ki, insanlar məni sevmir, qəbul etmir, davam etməzdim, pul tökməzdim. Şükürlər olsun ki, mən çox pul tökmədən mahnılarım sevildi. Allahıma çox şükür ki, uduzmadım. Sevənlərim var. Bu gün deyirlər ki, bayağı mahnı var. Bayağı mahnı yoxdur, bayağı ifaçı var. Mən də özümü bayağı ifaçı saymıram. Çünki mən vokalı bitirmişəm. Hər janrda mahnı oxuya bilirəm. Muğam da oxuyuram, estrada da. “Xəstəyəm” mahnısı bayağıdırmı? 30 milyondan yaxın baxış yığıb.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE