9-10-2019, 10:02 Oxunub: 205

Şəhid ailəsi prezidenti və xanımını toya dəvət etdi — FOTO

Şəhid ailəsi prezidenti və xanımını toya dəvət etdi — FOTO

Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Daha sonra dövlətimizin başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində olublar. Bildirilib ki, dördotaqlı mənzil bütün mebellərlə təchiz olunub.

Söhbət zamanı ev sahibəsi Prezident və xanımını oğlunun toyuna dəvət edib:
"Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz”.

Ölkə başçısı isə bu dəvətdən məmnun olduğunu bildirib: "Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin. Tarixi məlumdur? Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik”.

Birinci xanım Mehriban Əliyeva da dəvətdən məmnunluğunu ifadə edib: "Böyük məmnuniyyətlə gəlib iştirak edərəm”.
Prezidentlə xanımı köçkünlər üçün tikilən kompleksin açılışında Prezidentlə xanımı köçkünlər üçün tikilən kompleksin açılışında Siyaset Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak ediblər Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak ediblər Siyaset Prezident Kürdəxanıda məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib Prezident Kürdəxanıda məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksinin açılışında iştirak edib Iqtisadiyyat Prezident və birinci xanım MİDA-nın Yasamal yaşayış kompleksinin açılışında - Yeni kompleksin təməli atılıb Prezident və birinci xanım MİDA-nın Yasamal yaşayış kompleksinin açılışında - Yeni kompleksin təməli atılıb Siyaset Prezident məcburi köçkünlər üçün salınan yaşayış kompleksinin açılışında Prezident məcburi köçkünlər üçün salınan yaşayış kompleksinin açılışında Siyaset