“Bilsəydim Anar Ələkbərov mənimlə belə səmimi danışacaq, ondan xahiş edərdim ki…” – Aslan İsmayılov
Medeniyyet
Oxunub: 456
11 dek 2019 | 15:45
“Bilsəydim Anar Ələkbərov mənimlə belə səmimi danışacaq, ondan xahiş edərdim ki…” – Aslan İsmayılov


Tanınmış hüquqşünas Aslan İsmayılovun hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı baş vermiş qəza barədə fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Turkustan.info xəbər verir ki, yenisabah.az mövzu ilə əlaqədar hüquqşünasla əlaqə saxlayıb və ictimaiyyəti narahat edən suallara cavab istəyib.

– Aslan bəy, Oqtay Gülalıyevlə bağlı baş vermiş qəzanın təsadüfi olduğunu əminliklə ifadə etməniz etirazla qarşılanıb. Bizim üçün də maraqlıdır, bu əminlik sizdə hardandır?

– Əvvəlcə onu qeyd edim ki, mən vicdanım qarşısında təmizəm və bu gün məni ittiham edənlərə də müraciət edərək deyirəm ki, vicdanınızın səsinə qulaq asın. Tam səmimi deyirəm ki, çox üzgünəm, hətta əsəbimdən gecə yata bilməmişəm.

Məni ittiham edənlərə, “satılıb” deyənlərə sözüm budur ki, bu işi diqqətdə saxlasınlar, vicdanla araşdırsınlar və araşdırmanın nəticəsinə uyğun olaraq fikir bildirsinlər.

– Əminsiniz ki, araşdırmanın nəticəsi sizin dediklərinizlə üst-üstə düşəcək?

– Bəli. Bu hadisəni bilənlər, bilib mənə təklikdə fikirlərini bildirənlərdən xahiş edirəm ki, susmasınlar. Vicdanlarının səsinə qulaq asıb həqiqətləri açıqlasınlar. Mən ad çəkmək istəmirəm, amma bunu ictimai-siyasi arenada olan xeyli adam bilir.

– Bəlkə konkretləşdirəsiniz. Qeyri-müəyyənlik qaldıqca sizi ittiham edənlər haqlı tərəf kimi görünə bilər.

– Yenə də deyirəm ki, məni ittiham edənlərin əksəriyyəti gözəl bilir ki, nə baş verib. Ola bilər ki, onların arasında çox az adamın əsl həqiqətdən xəbəri yoxdur. Amma çoxu bilir. Mən ad açıqlayacam, lakin adını açıqladığım şəxs onların arasında deyil. Bu şəxs çox hörmət etdiyim, Azərbaycanın peşəkar, dürüst vəkillərindən biri Fuad Ağayevdir. Fuad Ağayev Oqtay Gülalıyevin vəkilidir. O, çox gözəl bilir ki, nə baş verib. Əminəm ki, bu gün onun susması istintaq sirrinin yayılmaması ilə bağlıdır. Amma ondan xahiş edirəm ki, qanun imkan verən kimi əsl həqiqəti ictimaiyyətə açıqlasın.

Əminliyimə səbəb olan başqa amillər də var. Məsələn, məndə olan dəqiq məlumata görə, istintaq müşahidə kameraları vasitəsilə Oqtay Gülalıyevi vuran maşının həmin günki hərəkət trayektoriyasını müəyyən edib. Sürücü həmin gün səhər saatlarında iki uşağını məktəbdən götürüb, daha sonra Suraxanıya gedib, oradan isə qəza baş verdiyi əraziyə gələrək müştərini düşürüb və hərəkətinə davam edərkən bu hadisə baş verib. Yəni, bu şəxs Oqtay Gülalıyevi güdməyib, izləməyib, orada dayanıb onu gözləməyib. Adi məntiq də deyir ki, bu sırf təsadüfdür.

Sadəcə Oqtay Gülalıyev həmin an telefonla danışmasaydı, o maşını görsəydi, qəzanın nəticəsi bu qədər ağır olmazdı.

– Sanki Oqtay Gülalıyevi təqsirkar hesab edirsiniz. Məsələn, demək olardı ki, sürücü bir qədər diqqətli olardı…

– A kişi, mən qəzanın ağır olma səbəbindən danışıram. Ümumiyyətlə isə qəzanın səbəbi təbii ki, sürücünün diqqətsizliyidir. Amma Oqtay Gülalıyev maşını görsəydi, qəza bu qədər ağır olmazdı. Çünki maşın 15 km/saatla hərəkət edib. Oqtay Gülalıyev maşını görən kimi bir qədər dönsə idi bəlkə də müvazinətini saxlaya bilərdi. Bir daha deyirəm ki, burada söhbət Oqtay Gülalıyevi təqsirkar çıxarmaqdan getmir. İstənilən halda təqsirkar sürücüdür.

Mənim ən böyük arzum budur ki, Oqtay bəy tezliklə sağalsın və özü nə baş verdiyini açıqlasın.

Bir məqamı da qeyd edim. Mən adi hüquqşünas deyiləm. 8 il hakim işləmişəm. Hakimlik karyerayımın 4 ili Andropovski rayon Məhkəməsində keçib. Orada sırf nəqliyyat hadisələri ilə bağlı işlərə baxmışam. Bakı-Rostov magistralının 100 kilometri həmin rayonun ərazisinə düşür. Orada çox qəzalar olub və bu işlərə mən baxmışam. Bəlkə də başqalarına bir nəqliyyat hadisəsi ilə bağlı günlərlə araşdırma aparmaq lazım gəlir, lakin mənə qəzanın görüntüsünə 5-10 dəqiqə baxmaq kifayət edir ki, hadisənin necə baş verdiyini müəyyən edim.

– Əgər doğrudan da sürücünün hərəkət trayektoriyası müəyyən edilibsə, sizcə, nədən bu barədə ictimaiyyətə məlumat verilmir?

– İnsanlar haqlı olaraq bu barədə ictimaiyyətə dolğun məlumat verilməsini tələb edirlər. Amma sizə deyim ki, bunların hamısı istintaq materiallarında var. Fuad Ağayev də bilir bunu, mən də məlumatlıyam. Bu barədə ictimaiyyətə açıqlama verilməməsinin səbəbinə gəlincə, ən böyük ehtimalım budur ki, hakimiyyətin daxilində hansısa maraqlı qüvvələr ölkədə gərginlik yaratmağa çalışır. Lakin əminəm ki, dünən yazdıqlarımı oxuyublar, çıxışımı dinləyiblər. Fikrimcə, yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək.

– Bu məsələdə müxalifəti ittiham etməyiniz hakimiyyətə reverans kimi dəyərləndirilir…

– Bir daha təkrar edirəm ki, onların böyük əksəriyyəti əsl həqiqətin nədən olduğunu bilir. Sadəcə mənə dediklərini açıqlamağı etik saymıram. Bunu öz vicdanlarının öhdəsinə buraxıram. Ümid edirəm ki, bildiklərini ictimaiyyətlə bölüşəcəklər. Onlar hər şeyi bilirlər, hətta Heydər Əliyev Fondunun hansı yardımları etdiyini də.

– Yeri gəlmişkən, sizə münasibətdə müəyyən şübhələrə yol açan amillərdən biri də Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun məhz sizə zəng vurmasıdır. Axı bu məsələ barədə ictimai-siyasi seqmentin başqa tanınmış simaları da yazmışdı. Amma Fondun reaksiyasına məhz sizin qısa müraciətiniz səbəb oldu. Bunu necə izah edərdiniz?

– Açığı burada qaranlıq məqamlar axtaranları qınamıram. Əlbəttə bu halda kimsə hansısa şübhələrə düşə bilər. Amma tam səmimi deyirəm ki, Anar Ələkbərovun zəngi mənim üçün gözlənilməz oldu. İnanmazdım ki, çox qısa müddətdə müraciətimə bu səviyyədə reaksiya olsun. İnandırım sizi əgər bilsəydim ki, Anar Ələkbərov mənimlə belə səmimi danışacaq özüm zəng vurub ondan xahiş edərdim ki, hakimiyyət düşərgəsində təmsil olunan bəzi adamların mənə qarşı etdikləri barədə Prezidentə məlumat versin. İndiyə qədər mənə qarşı ən çox hakimiyyət düşərgəsindən kampaniya aparılıb. Amma heç kim zəng vurub soruşmayıb ki, nə olub, nə baş verib?

Onu da deyim ki, Anar Ələkbərovla telefonu danışığımı ictimailəşdirməyim öz qərarımdır. Mən ona sual verdim ki, dedikləriniz ictimailəşdirə bilərəmmi? O da cavaında dedi ki, qərarı özünüz verin. Hətta mən onu da bildirdim ki, bəs bu işləri görmüsünüzsə, niyə bu barədə məlumat yaymırsız. O isə bildirdi ki, Heydər Əliyev Fondu hər gördüyü işləri ictimailəşdirmir. Sadəcə Oqtay Gülalıyevlə bağlı məsələ ajiotaja səbəb olduğuna görə bu barədə ictimaiyyətə açıqlama veriləcək.

Niyə məhz mənə zəng vurduğuna gəlincə, düşünürəm ki, məni tərəfsiz, obyektiv, düz bildiyim şeyləri çəkinmədən deyən şəxs kimi tanıyırlar. Bilirlər ki, mənə verilən informasiyadan öz maraqlarım üçün istifadə edən deyiləm. İndi bəlkə də Fond bəyanat yayıb deyəcək ki, Aslan İsmayılov yalan deyib, ona heç kim zəng etməyib.

– Bu ehtimalınız nədən qaynaqlanır?

– Mən artıq gördüklərimdən heç nəyə təəccüblənmirəm, hər şey ola bilər.
Bu gün, 14:22
Qərb İrəvanda buna imkan verməyəcək - Ekspert danışır...
Bu gün, 13:14
Ölkəyə gələn turistlərin sayı kəskin artıb
Bu gün, 13:08
Paşinyan Putini təbrik etdi
Bu gün, 13:02
Bayram gününün hava proqnozu açıqlanıb
Bu gün, 12:52
Fövqəladə Hallar Nazirliyindən əhaliyə MÜRACİƏT
Bu gün, 12:48
Paşinyan müharibənin vaxtını açıqlayıb
Bu gün, 11:48
"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır
Bu gün, 10:30
DYP-dən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Bu gün, 10:25
Paşinyanın Azərbaycan ərazisinə səfəri Ermənistanı bir-birinə vurub – Məsələ ciddiləşir
Bu gün, 10:21
Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq - RƏSMİ
Bu gün, 10:00
Putin NATO-Rusiya və nüvə savaşlarını niyə anons etdi: Üçüncü dünya müharibəsi də olacaq
Bu gün, 09:48
“Azad” və “demokratik” Ermənistan mifinin sonu: Əcnəbi investorlar Paşinyana qarşı
Bu gün, 09:44
Paşinyandan diqqət çəkən açıqlama: Azərbaycanla praktiki mərhələ başlayır
Bu gün, 09:39
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
Bu gün, 09:34
Azərbaycana 5 milyardlıq silah verdik... – Karapetyan
Bu gün, 09:31
Azərbaycan xəritəsi: Zəngəzur da daxil edildi
Bu gün, 09:27
Əraziləri qaytarmalıyıq, müharibə olmamalıdır - Paşinyan
Bu gün, 09:00
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Dünən, 23:28
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Dünən, 16:00
Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL
Dünən, 15:30
Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...
Dünən, 14:29
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
Dünən, 14:24
İlham Əliyev Putini təbrik edib
Dünən, 14:22
Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ
Dünən, 14:20
Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü
Dünən, 14:01
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib
Dünən, 14:00
Cənubi Qafqazda hind ehtirası - NƏ BAŞ VERİR?