“2 saat 40 dəqiqəyə dörd kəndimizi azad etdik” - CƏBHƏ XƏTTİ
Medeniyyet
Oxunub: 1 829
15 avq 2015 | 07:48
“2 saat 40 dəqiqəyə dörd kəndimizi azad etdik” - CƏBHƏ XƏTTİ

















“Cəbhə xətti”ndə Qarabağ qazisi Əkbər Rüstəmovdur

Əkbər bəy 1947-ci ildə Ağdam şəhərində anadan olub. 1965-ci ildə Sənaye Pedaqoji Texnikumunu bitirərək, 1967-1969-cu illərdə sovet ordusunda xidmət edib. Sonralar gimnastikayla məşğul olub, müxtəlif cempionatlarda uğurlu çıxışlar edib. Bir müddət peşə məktəbində idman müəllimi işləyib. Bugünkü “Qarabağ” futbol komandasının yaradıcısıdır. Hacı Əkbər Rüstəmov həm də “Qapımı vətən döydü”, “Qalx ayağa vətən oğlu”, “Sənan əfsanəsi” adlı kitabların da müəllifidir. Oğlu Sənan Qarabağ savaşında şəhid olub. Hazırda müəllimlik edir.

Əkbər bəy Qarabağ savaşında ilk döyüşündən son döyüşünəcən keçdiyi yolu “Cəbhə xətti”nə danışır

Xocalı hadisəsi gözümüzün qabağında oldu


- İlk dəfə “Daşlaşma dövrü”ndə başladı bu hadisələr. Biz ilk şəhidlərimizi verdik. Məni daha çox kövrəldən 6-7-ci sinif uşaqlarının əllərinə taxta parçası götürüb gəlməsiydi. Onların qarşısını almaq olmurdu. Artıq bütün rayonlardan Qarabağa yardım gəlirdi. Bu yardımları mən kəndlərə çatdırırdım. Bizim əlimizdə müdafiə üçün ancaq ov tüfəngləri vardı, amma ermənilərə silah vermişdilər. Bütün yollar bağlanırdı yavaş-yavaş. 1991-ci ildə artıq Ordumuzu formalaşdırmağa başlamışdıq. İlk dəfə Şirin Mirzəyevi dəvət etdik. O, oktyabrın 4-də Ağdam rayon 50 nömrəli peşə məktəbində 700-dən çox mülki əhalini hərbiyə qeydə aldı. Həmin adamların 80 faizi Xaçınıstroy deyilən yerdə məskunlaşdı. Şirin Mirzəyev də briqada komandiri oldu.

1000 nəfərə 32 avtomat

1992-ci ildə Əsgəran istiqamətində böyük hücum zamanı 8 şəhid verdik, 5 yaralımız oldu. Xoramurd kəndini ermənilərdən azad etdik. Sonra Xocalı hadisəsi (gecə saat 11-də) gözümüzün qabağında oldu. Bizim 1000 nəfərlik batalyonun 32 avtomatı, bir pulemyotu vardı. Bu silahı da döyüşdə öldürdüyümüz rusdan, ermənidən götürmüşdük. Gəldik camaatı şumluqdan xilas etməyə. Gördük ki, yüzə yaxın adamı, əsas da qadınları ayağından vurublar. Onları kürəyimizə atıb, atəş aça-aça gətirib maşınlara təhvil verirdik. Oradan da Ağdama aparırdılar. Məni duyğulandıran bir şey oldu orda...

Hələ bu gün də heç kimə məlum deyil ki...

Bir yaşlı adam məni görüb sevincək boynuma sarıldı. Nə də olsa, qorxu pis şeydi də... Biz həmin vaxt bir evdən 4 nəfər döyüşürdük – 3 oğlum, bir də mən. Oğlumun biri Şirin Mirzəyevin dəstəsində döyüşürdü. Sonra ermənilər Abdal-gülablıya hücum elədilər, 60 evi yandırdılar. Həmin döyüşlərdə Şirin Mirzəyevin batalyonu xeyli erməni məhv etmişdi. Bir BMP ələ keçirmişdilər. Ermənilərsə bizim helikopteri vurub pilot Şivaryovu əsir almışdılar, onu əlibağlı aparan yerdə oğlum Sənan erməniləri tərksilah edib, onu xilas etmişdi. Sənan qayıdandan sonra demişdilər ki, bəs ikinci pilot girov qalıb. Gedib onu gətirəndə şəhid olmuşdu!.. Hələ bu gün də heç kimə məlum deyil ki, Sənan erməniləri necə məhv edib Şivaryovu onlardan alıb gətirib. Mən özüm indi mayor sayılıram, öncə rota komandiri, sonra batalyon komandiri olmuşam. Bu gün də əsgərlərimlə münasibətim var.

84 günün hər günü

Daha sonra iyunun 12-də Azərbaycan Ordusu hərtərəfli hücuma keçdi. Biz həmin hücumlarda iki saat 40 dəqiqəyə Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulağı azad etdik, 84 gün də orada qaldıq. Orada itkimiz az oldu. Ancaq Allahverdi Bağırov minaya düşüb şəhid oldu. 84 günün hər günü hücumlar oldu. Ermənilər nə qədər güclü hücumlar etsələr də, onları məhv etdik.

Komandir, evinin işığı yanır...

Sizə bir xatirəmi danışım. Balaca bir qızım vardı. Ağdamda evlərimizi dağıtmışdılar deyə, qızımı oğlumla göndərdim, dedim, bunu Bakı qatarına mindir, qayıt. Özümün vaxtım yox idi hərəkət etməyə. Həmin vaxtlarda da əsgərlər gedib bizim həyətdən meyvədən-zaddan yığıb gətirirdilər. Bir də eşitdim ki, əsgərlər deyir, komandir, evinin işığı yanır. Dedim, axı orada kimsə yoxdur. Bir də xəbər tutduq ki, qardaşı bunu qatara mindirib qayıdan kimi qızım qaçıb gəlib evə. Qardaşı yenidən bunu yolladı Bakıya. Bir gün mən də 6 aydır uşağı görmürəm deyə, Bakıya gəlmişəm. Mənə deyirlər ki, qızın getdi Ağdama. Ondan sonra avtovağzaldan hansı avtobusla getdiyini öyrənib taksiylə qabağlarını kəsdim. Avtobusdan düşürdüm.

Bax belə xatirələr olub. Bu, məni çox duyğulandırmışdı.

Əkbər müəllim, oğlumu ver!

İki qardaş vardı - Şakirlə, Zeynal. İkisi də mənim tələbəm olmuşdu. Ermənilər Çıraqlı kəndini vurdular. Kənd 3 saat qaldı ermənilərdə. Sonra mən bütün batalyonlara müraciət etdim. Köməkləşib erməniləri oradan çıxardıq. Bizdən Cəfər adlı oğlanın sol qolun kəsdilər, bir nəfər həlak oldu, amma Şakiri çıxara bilmədik. Çünki bizim ən güclü silahımız avtomatdı, erməni isə tanklarla idi. Orada Şakirin anası gəldi, tutdu yaxamdan, dedi “Əkbər müəllim, oğlumu ver!” Anadı da, nə deyim ona.. Ağlaya-ağlaya məni qucaqladı. Birdən baxdı üzümə. Öpdü üzümdən, dedi, sən komandirsən, sənin günahın yoxdu, ancaq oğlunun da, oğlumun da qanını al.

Məni arxadan vurun, basdırın...

Sonra ermənilər güclü hücumlar edib bizi Qərvəndən çıxaranda qarşısını ala bilmədik. Deməli, gecədi, üzüm bağlarındayıq. Baxdım ki, ayağım getmir. Uşaqlara dedim ki, dayanın, burda dayanaq, gedə bilmirəm. Şagirdlərimdən biri yanımda döyüşürdü, mənə dedi ki, müəllim, qoy səni belimdə aparım. Qayıtdım ki, Bayram, oğul, ayağım gedir e, ürəyim getmir! Yanımda da bir əsgərim vardı, ayağından vurulmuşdu. Mənə dedi ki, müəllim, bizi qırğına verirsən Dedim, yox, sizi qırğına vermirəm, amma burdan da getmək istəmirəm, məni arxadan vurun, buradaca basdırın. Ya da gəlin, burda səngər qazaq, post quraq. Doğurdan da uşaqlar 10 gün idi ac-susuz idilər, onların haqlı olduğunu bilirdim, nə edim, oraları da tərk edə bilmirdim. Anidən özümdən asılı olmayaraq, əyilib yerdən palçığı götürüb yedim, dedim ki, bu, vətən torpağıdı, bunu çörək əvəzi yeyib, yağış suyu içəcəyik, amma buradan geri çəkilməyəcəyik!

Baxdım ki, əsgərin başı yoxdur...

Avtomatı bunlara tuşladım, dedim, gedən olsa, vuracam. 30 nəfər olardıq. Ya orda ölməliydik, ya da geri çəkilməyəcəkdik. Gecəylə Bərdəyə gedib onlara yemək-içmək gətirdim. Döyüşlərin birində tank atəşi eşidildi. Səsi eşitdım, dönüb baxdım ki, yanımda vuruşan əsgərin başı yoxdur! Bu, dəhşət idi.

Son güllə

1994-cü ildə ikinci kantuziyamı almışam - Cavahirlidə. Olduğum yerə 6 raket mərmisi düşdü. Məni nətəhər tulladısa, gedib düşdüm kolluğa. Amma sonra da ordan necə çıxdığımı bilmədim. Yadımda bircə o oydu ki, torpaq altda qalmış bir əsgərimi ordan çıxarmışam. Məni, yaralı idim deyə, Papanin hospitalına gətirdilər, amma həkimi aldadıb yenidən səngərə döndüm. Bizim hər birimizin boynunda bir patron vardı, yaralansaq, əsir düşməyək deyə, özümüzü o patronla vuracaqdıq. Bu, əsir düşməkdən daha yaxşı idi! Bir dəfə Ergi düzündə ermənilər güclü hücum etdilər, orda mühasirəyə düşəcəkdik. Fikirləşdim ki, özümü vurum, onlara əsir düşməyim. Amma ordan salamat çıxdıq.

Xanımlardan biri makinamda yazmışdı ki...

- Sıralarımızda qəhrəman xanımlar olub. Onlardan Familə, Atlas, Çimnaz, Yasəmən xanım (rəhmətlik) vardı. Hamısı da ziyalı idi. Onlar doğurdan da qəhrəman idilər.
Deməli, biz xanımları səngərə qoymurduq deyə, bir dəfə gəldim ki, otağımdakı makinaya xanımlardan biri belə bir şey yazıb “Əkbər bəy, məni bağışla! Mən arxa cəbhədə qala bilmərəm, buna ürəyim razı olmur”. Bu məni həm əsəbiləşdirdi, həm də kövrəltdi. Bax, belə xatirələr olub! Sonra o xanımı səngərdə görüb, yaxın getmədim, dedim, qoy vuruşsun.

İçimdən ikinci bir səs gəldi...

1992-ci ildə Əsgəranda böyük döyüşümüz oldu. Nizami həkim kiçik oğlum Kənanı da ora gətirmişdi. Əsəbiləşib, əvvəl həkimi ordan uzaqlaşdırmaq isdədim. Sonra dedim, bu uşaqdı, bunu niyə bura gətirmisən Sən özün də həkimsən, gərək yaşayasan ki, əsgərləri də yaşadasan. Bunları ordan qaytardım. Orda bir anlıq bir şey düşündüm. Görəsən mənim övladlarım haradadır, içimdən ikinci bir səs gəldi ki, burdakılar hamısı sənin övladın deyilmi

Balakənli qızı qaçırtdırdım...

Rövşən adlı bir əsgərim vardı. Balakən rayonundandı. Sevdiyi qızı ona vermirdilər. Bir başqa balakənli uşağı yolladım, qızı ordan qaçırtdırdım Ağdama. Amma Rövşənə bir şey olmasın deyə, oğlum Sarvanı onun yerinə qoydum. Dedim, bunların toyunu da Ağdamda edəcəm. Rövşəni də, qızı da ailəsinə verdim, getdilər toy eləməyə. Onların toyunda iştirak etdik.

Sentyabrın 5-də

Sonuncu döyüşüm 1995-ci il sentyabrın 5-də olub. Həmən döyüşdə ermənilər çox güclü idi. Əslində, ruslar idi bizə qarşı döyüşən. Nəmirli Şotlantı istiqamətindəki yolu da vururdu ermənilər. Xeyli atışıb sakitləşdik.

1997-ci ildə tərxis olmuşam. Ağdam Şəhər Sovetinin müavini idim. Ailəmlə 7-ci mikrorayonda yerləşmişik. Dövlətin heç bir imtiyazından yararlanmıram.

“2 saat 40 dəqiqəyə dörd kəndimizi azad etdik” - CƏBHƏ XƏTTİ
“2 saat 40 dəqiqəyə dörd kəndimizi azad etdik” - CƏBHƏ XƏTTİ
“2 saat 40 dəqiqəyə dörd kəndimizi azad etdik” - CƏBHƏ XƏTTİ
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)