Brilliantın fotosessiyası, kasıblayan Eldar Qasımov, qadın satan kişi müğənnilər, Aygünün "3000 kişilik" açıqlaması və "İmperator" — ŞOUMIZ
Medeniyyet
Oxunub: 467
25 fev 2020 | 11:16
Brilliantın fotosessiyası, kasıblayan Eldar Qasımov, qadın satan kişi müğənnilər, Aygünün "3000 kişilik" açıqlaması və "İmperator" — ŞOUMIZ


"Ölkə.Az" Vüsalə Balayevanın təqdimatında "Şoumız" rubrikasını (4-cü say) təqdim edir.

Xalq artisti Faiq Ağayev Flora Kərimovanın heç zaman unudulmayacağını deyib. Baxmayaraq ki, uzun müddətdir iki Xalq artistinin arasından “qara pişik” keçib, amma yenə də Faiq şəxsi münasibətlərini bir kənara qoyub, əsl sənətə qiymət verib. Burada məncə, Ağayevə böyük bir “Əhsən” düşür.

Bundan başqa Faiqin Xalq artisti Brilliant Dadaşova ilə də türklər demiş arası “limoni”dir. Faiq Ağayev onun tezliklə unudulacağını açıqlayıb. Nə deyək, hər şeyi zaman göstərəcək. Dadaşovadan söz düşmüşkən, onun şortikdə etdiyi fotosessiyaya baxdım, necə deyirlər, igidi öldür, haqqını yemə. Xalq artisti yaşına görə çox ideal biçimdə qalıb. Nə düşmüsüz üstünə, “sən nənəsən, özünü cavan qız kimi aparma”. Bəlkə xalq artisti rusiyalı, 60 yaşında “İnstagram” fenomeninə çevrilən nənəni özünə ideal seçib. Bağ onun, bağça onun, istəyər meyvələri satar, istəyər bağışlar. Lap kefinə düşər, bağı satıb "novostroyka"dan üç otaqlı 200 kvadratmetrlik mənzil alar.

O dəfə də qeyd etdiyim kimi, hər həftə “Şoumız”ın baş qəhrəmanını seçəcəm. Bu dəfə qalibimiz Manaf Ağayev olub. Elə həftə təzə başlamışdı ki, Ağayev bombanı partlatdı. Deməli, Rövşanə Ağasəfqızının qonağı olan ifaçı əvvəl onu pərt etməklə özfəaliyyətinə başlayıb. Onu bayağı adlandıran aparıcıya, canlı efirdə “səni də hamı sevmir” kəlməsini işlədib. Hə, elə bilirsiniz baş qəhrəman ona görə elan olunub? Yanılırsınız. Sonradan isə Manaf müəllim deyib ki, bizə sənət yox, çörək lazımdır. Verilişin digər qonağı olan bəstəkar Nadir Əzimovun “bəs zövq?” məsələsində isə Azərbaycan xalqının zövqsüz olduğunu iddia edib. O, bəstəkara bildirib ki, “zövqlər qurtarıb”.

Təklif edirəm ki, papağımızı qoyaq qarşımıza düşünək. Bəlkə elə Ağayevin dediklərində günahkar bir balaca da özümüzük. Bəlkə elə biz dəyərimizi, Üzeyirlə, Qarayevlə, Sabitoğlu ilə soyuq məzara basdırmışıq? Elə olmasaydı, “Google”da Üzeyir adını yazdıqda, Üzeyir Mehdizadənin adı Üzeyir Hacıbəyovdan əvvəl çıxmazdı.

Elə istəyirdim deyim ki, sözüm elə burada bitsə yaxşıdır, yadıma Manafın həftə ərzində etdiyi o biri “qəhrəmanlığı ” düşdü. Bir qalmaqal unudulmamış, Manaf yenə öz “ampluasında” çıxış etdi. Dedi ki, “qadının bir kəlməyə görə başını kəsərəm”. Dünya sivilizasiyasında məşhurlar qadına şiddətə son adı altında birləşəndə, biz hələ də efirdə çıxıb millətə "örnək verib", "baş kəsirik". Bundan əlavə, o, bildirib ki, heç vaxt üzr istəməyib. Ancaq sonradan məlum oldu ki, Manaf üzr də istəyib, dediyi sözlərə görə peşman da olub. Ancaq Ağayev xalqın qarşısında deyil, çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində üzr istəyib.

O gün oxudum ki, İbrahim Tatlısesi oriental rəqqasə məhkəməyə verib. O, iddia edib, 20 yaşı olanda “imperator” ona qarşı seksual təcavüzdə “bulunub”. Deyirəm, öz şou biznesimizə min şükür e. Biz belələrindən uzağıq. Heç gör Aygün Kazımova bir zamanlar verdiyi "3000 kişi ilə yatmışam" açıqlamasındakı bircə kişiyə qarşı hansısa iddiada bulunurmu? Bulunmaz, abi!

Bizdə olsa-olsa canlı efirdə müğənniyə elçi düşmək olur. O da əlli yaşdan sonra. Məsələn, Tolik deyəsən yaman Mənzurəni ərə vermək istəyir. Elə olmasaydı, qız efirə gələn kimi bütün adaxlı nümayəndələri efirin "qaynar xətt"ini “dağıtmazdılar”. Tolik təklif edir ki, nə olsun ki, alınmayıb, bu o demək deyil ki, yenə də olmayacaq. Mənzurə isə canlı efirdə ərə getmək istəmədiyini, efirə anasının baxdığını bildirib.

Əməkdar artist Sevinc Sarıyeva isə bildirib ki, kişi müğənniləri yanlarında apardıqları qadın ifaçılarını satırlar. Hətta iş o yerə gəlib çıxıb ki, onlar, yəni kişilər qadınları açıq geyinməyə belə məcbur edirlər. Sonda ifaçı bildirib ki, “deyirəm və sözümün arxasında da dururam”.

Vallah, bu yerdə nə deyək, biz qulaq günahkarıyıq, intəhası, burada mənə bir məsələ maraqlıdır. Məgər qadın ifaçılar əşyadırlar ki, onları satmaq olsun? Ağılları var, başları var. Kimə lazımdırsa, elə özü-özünü satar da. Makler nəyinə lazımdır ki, kiməsə də faiz versin?
Rəvayətə görə, cənnətdə 2 kreslo var. Orada axıra qədər mehriban dolanan qaynana ilə gəlin oturacaq. Xalq artisti Gülyanaq Məmmədova o kresloda oturmağa namizəddir. Deməli, ifaçı canlı efirdə qaynanasının qarşısında baş əyərək, “ana, səni sevirəm” deyib. Allah mehriban etsin.

Dünyaca məşhur rejissor Stiven Spilberqin qızı porno aktrisa olmaq istəyir. Yuxarıda da qeyd etdiyim kimi bizim şou biznes aləmi “toya gediləsidir”, gör dünya necə “korlanıb”. Bizdə olsa Eldar Qasımov kimi çalma taxıb, Şahruk Xan olmaq istəyən olar. Yaxşı ki, belədir. Ona görə, gəlin onları şou-biznesimizi qoyaq toy lampası kimi başlarına fırlanaq. Yeri gəlmişkən, Eldardan bir balaca nigaranam. Çoxdandır saçının rəngini dəyişmir. Birdən uşağın əli aşağı düşər, xəbərimiz olmaz. Sonra Avropada biabır olarıq ki, o boyda "Eurovision" qalibi 5 manat verib bir qab "kraska" alıb başını rəngləyə bilmir.

Elə ki, Moskvada havalar soyuyur, Rəqsanə başlayır “İnstagram”da fəallaşmağa. Paylaşdığı fotolarla gündəmi mülayim havalara bürüyür. Ancaq izləyiciləri yazığa “gün verib, işıq vermirlər”, o da fotolarına olan şərh bölümünü bağlayır.

Deyirəm nə yaxşı ki, o vaxt televiziya icad olunub. Yoxsa bu şou-biznes nümayəndələri məsələlərini harada həll edərdilər. Bu yaxınlarda canlı efirdə dava düşüb. Sən demə, müğənni Aynur Dadaşova şairə Nazilə Səfərlinin müəllifi olduğu mahnını ifa edib, ancaq pulunu verməyib. Nazilə də eləmə tənbəllik, məsələni canlı efirdə aç, tök. Olanlar da elə bundan sonra olub. Əsəbdən rəngi-ruhu saralan ifaçı, ödənişi çoxdan etdiyini, Nazilə isə pulu almadığını bildirib. İşin əsli isə belədir ki, sən demə bəstəkar Ruslan Səfəroğlu ödənişi Aynurdan alıb. Sadəcə Səfərlinin payını (söhbət pul payından gedir ha) verməyə unudub. Statistikaya görə, dünyada hər 10 nəfərdən biri Altsheymer xəstəsidir. Allah şəfa versin.

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub. Şükür, sənətkarın vəziyyəti yaxşıdır, bu barədə o, özü məlumat verib. Çox yaşayın, əsl incəsənət xadimləri. Heç olmaya sizin sayənizdə arada da olsa əsl sənət görə bilək, Manaf demiş zövqümüz pozulmasın.

Sən demə, Xalq artisti Naibə Allahverdiyeva tez-tez nəzərə gəlirmiş. Getdiyi məclislərdən gəldikdən sonra, halı dəyişir. Bunu nəzərə alan həyat yoldaşı onun üçün tez-tez üzərlik yandırıb, başına dolandırıb, kürəyinə vurur. Ancaq Xalq aristi özü, qətiyyən nəzərə inanmır.

Bu hadisəni qonşuluqdakı Pakizə xalaya danışmışam. Neçə gündür qadın əsəbdən saralıb. Deyir, gör mənim başıbatmışım bir dəfə də olsa başıma eləcənə üzərlik demirəm, quru otdan zaddan nəsə fırladıb. Vallah, gərək heç danışmazdım, xalxın evinə dava saldım.

Deyir Nadir də axır ki, arzusuna çatır. Tezliklə evində toy çaldıracaq. Özüdə o, bəzi müğənnilər kimi kiminlə qohum olacağını gizlətmir, deyir qızın atası diplomatdır. Qız özü də Amerikada, Əlcəzairdə, Fransada yaşayıb. Burada rəhmətlik Nəsibə Zeynalova yadıma düşdü, deyir “Maşın-maşın cehizi var, gəlnimin ay gəlnimin”.

Deyir, Rusiyada kişi bişirdiyi yeməyi bəyənmədiyi üçün, arvadının qabırğalarını sındırıb. O, məsələ necə oldu?
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb