Afətin uşaq götürməsi, Fədayə Laçının fotosu, Elzanın ulağı, Xalq artistinin koronavirus qorxusu… — ŞOUMIZ
Medeniyyet
Oxunub: 548
9 mar 2020 | 12:38
Afətin uşaq götürməsi, Fədayə Laçının fotosu, Elzanın ulağı, Xalq artistinin koronavirus qorxusu… — ŞOUMIZ


"Ölkə.Az" Vüsalə Balayevanın təqdimatında "Şoumız" rubrikasını (6-cı say) təqdim edir.

Deyirəm, necəsiniz, 8 mart qadınlar gününü necə keçirdiniz? Əsas odur ki, feminist xanımların mitinqində qarışıqlığa düşüb əzilmədiniz? Sözü uzatmayıb keçim həftənin əsas mətləblərinə.

Bu həftə şou-biznes yaman əsdi, kükrədi. Aparıcı Mətanət demiş “Bu da bir külək idi, əsdi keçdi”. Ancaq deyəsən Bakı küləyi kimi gilavar idi, küləkdən sonra gözlərimizi qumla doldurdu.

Pakizə xalanın da son vaxtlar dili dinc durmur, oturub bütün verilişlərə baxır, yolda da məni görən kimi başlayır müzakirəyə. Deyir əvvəl sənətkarlar var idi, efirdə şəxsi həyatdan danışmaq dəb deyildi. Amma indi kimin kimi övladlığa götürməyi, kimin kimdən uşaq doğmağı gündəm olur. Eşitmisən, Afət Fərmanqızı da yenidən ana olmaq istəyir. Ancaq bioloji yolla deyil, o, Suriyadan uşaq götürmək istəyir. Sən demə, qadının bir oğlu var, bir dənə də qız götürüb, onu tərbiyə etmək istəyir. Heç dəxli var? Bu, sizin ailənin daxili işidir, tamaşaçıya nə var? Deyirəm, ay Pakizə xala, sən bunları haradan bilirsən, deyir ay bala, indi əvvəlki kimi qəzet-jurnal oxumağa gərək qalmır, elə televizorda hər şeyi müzakirə edirlər, qeybətə də ehtiyac yoxdur, hər şey efirdə var.
Fədayə Laçın da durub soyuq Rusiya ellərinə el məclisinə gedib, orada da axtarışda olan meyxanaçı Vahid Qədim çıxıb qarşısına.

Atalar demiş “Mərdimazarı axtarmaqla deyil ki”, Vahid də Fədayə ilə şəkil çəkdir, “İnstagram”da paylaş. Pah, yenə salıb qızı dilə-dişə, başlayıblar Fədayəni “ağ-yuyub, qara sərməyə”. Bir adam sizin dilinizə düşməsin də, düşdüsə, müflis etməmiş əl çəkmirsiniz.

Türklər demiş indi də keçək “Haftanın turu”na. Mən də qardaşlarımız demiş istəyirəm şou-aləmdə bir tur atım.

Vasif Məhərrəmlidə etmə tənbəllik de ki daş daşımaq müğənnilikdən yaxşıdır. Maraqlıdır, birdə görürsən Vasif gündəmdən kənar qalır. İldə 2-3 dəfə “güclü” bir açıqlama verir, 1-2 il ona bəs edir.

Vasifin bəzi ifalarına qulaq asmaq fəhləlik eləməkdən çətindir. O səsə hər qulaq dözməz, vallah.

Nadir Qafarzadənin yenə öz ampluasında olan açıqlaması olub. O, hətta bir qədər də irəli gedərək, deyib ki, “İnstagram”da kişiyə yazan qadın bütün pis sözlərə layiqdir.

Sitat: “İnstagram”a girib, müğənniyə, başqa kişiyə nə gəldi yazan qadın bütün pis sözlərə layiqdir”.
Xalq aristi Məleykə Əsədova da koronavirusdan qorxan məşhurlardandır. O da Teymur əmi demiş “maç-maç, quc-quc” dan qaçır. Verilişə gəlib, ancaq aparıcılarla görüşməkdən imtina edib.
Rəqsanənin qızı Aysunun açıqlaması isə hamıya yaman maraqlı gəlib. O gün görürəm ki, Pakizə xala yığıb qadınları başına, hazırlıq edir. Soruşuram xeyir ola, deyir ay bala, bəlkə sən də Aysunun nömrəsi olar? İstəyirəm onu qonaq çağırım, efirdə deyib ki, hara gedirəmsə, bahalı hədiyyələr aparıram, bəlkə bizə də gələndə yaxşı bir sovqat gətirər. Yayda balaca uşağı evləndirmək istəyirəm, xonçaya qoyaram, xərcə düşmərəm. Deyirəm ay Pakizə xala, o qız heç yerdən əliboş qayıtmır, əvəzində sən də gərək ona bahalı bir şey verəsən. Yazıq qadının bu arzusu da puç oldu.

Beləcə, gəlib çıxdıq həftənin əsas hadisəsinə. Elza Seyidcahan, Mətanət Əsədova və Manaf Ağayevin qalmaqal üçbucağına.
Heç şübhəsiz ki, ötən həftənin şou gündəminin adamları bu üçlük olub. Deməli, Mətanət Əsədova Manafla Tolikin verilişinin qonağı olub. Dava, Elza xanımın "Gənclərin zövqünü korlayan manaflar, mətanətlər var" ifadəsindən sonra başlayıb. Söhbət sənətdən düşəndə efirə telefonla qoşulan əməkdar artistin Mətanətə "At yerində ola-ola gəlib özünü ulaq yerində saxlamağını mən istəmirəm" deməsi Mətanəti özündən çıxarıb. Sənətçi bir anlıq efirdə 10 milyonluq xalqın qarşısında olduğunu unudaraq, (hələ dünyanın digər yerlərindən baxan, həmvətənlərimizi saymadım) Elzaya “mədəni” cavab verib.
“Bir dəqiqə ay qız. Onun səsini kəsin. Danışma Elza, telefonu söndür. Səsini bağla, onu eşitmək istəmirəm. Ulaq özünsən. Ya durub gedəcəm, ya saxlayın səsi. Elza, məni heç kimlə səhv salma. Bir az ehtiyatlı ol. Ayıb olsun sənə. Bəstəkar, Əməkdar artist adı ayıb olsun. Utanmırsan, ulaqdan, atdan danışırsan? Hələ ki, səni ulaq yerinə qoyub, çırpırlar. Ağıllı ol, tərbiyən olsun. Təkbətək görüşüb, cavabını verərəm. Çaşma", - deyərək nəinki Elzanı, hətta canlı efiri susdurmağı bacarıb. Əhsən, bir daşla iki quşu vurmaq buna deyərəm e.

Hələ bu azmış kimi Manaf da “Kaş sizin yerinizə bu sözü hansısa kişi deyərdi. Onu həmin gecə yoluna qoymuşdum” deyib. Hə, burada deyirlər e “sən də az aşın suyu deyilsən”.

Deyirəm ki, bu şou- əhlinin yeri deyəsən səhv düşüb. Səhnə ilə haranınsa yerini qarışıq salıblar. Bu yerdə nədənsə ağlıma şairimiz Cabir Novruzun bir misrası düşdü.

“Müsibət oluruq biz, səhv düşəndə yerimiz”.

Sizə nə var ki, efirdə vuruşub, sonra da hansısa məclisdə bir-birinizi görüb yenə qucaqlaşıb, öpüşəcəksiz, olan Tolika oldu, verilişi bağlandı. Özü demiş “Buradan müğənnilərə demək istəyirəm ki, mən sizin hər birinizi yaxşı tanıyıram, iç üzünüzü bilirəm. Amma bu dəfə mən sizin qurbanınız oldum. Sizin tərbiyəsizliyinizin qurbanına çevrildim”.

Yadınıza gəlirsə, bir dəfə də belə bir hadisə olub. Mətanət Əsədova, adaşı Mətanət İsgəndərli ilə qalmaqal yaşamışdı, 2 gündən sonra bir məclisdə qol götürüb, şıdırğı rəqs etmişdilər.

Bu soxhasoxda Zaur Kamal yenə verilişində müğənniyə sataşıb. Bu dəfə onun qurbanı Xatun olub. Deyib "Tez-tez niyə kameraya fırlanırsan ki, başa düşmürəm. Kimə acığ verirsən? Poz verirsən elə bil”. Hələ bu azmış kimi axırda lap kuliminasiya nöqtəsini qoyub. Divanda ona yer göstərərək "gəl, otur, görüm otura biləcəksən ki" deyərək onun ombasını lağa qoyub. Nə isə, məsələ çox uzandı...

Eşitdim Şəbnəm Tovuzluya it hədiyyə ediblər, adını “Martin” qoyub. Doğru söhbətdir?
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO