Bir mahnıyla şöhrət tapan BƏSTƏKAR – Qəmbər Hüseynli “Cücələrim”ə görə niyə HƏBS OLUNMUŞDU…
Medeniyyet
Oxunub: 492
16 apr 2020 | 18:45
Bir mahnıyla şöhrət tapan BƏSTƏKAR – Qəmbər Hüseynli “Cücələrim”ə görə niyə HƏBS OLUNMUŞDU…


Bəstəkar Qəmbər Hüseynli… Bu ad bəzilərinə tanış gəlməyə bilər… Elə isə “Cücələrim” mahnısını yada salın… Şübhəsiz ki, böyüklü-kiçikli hamının böyük zövqlə dinlədiyi “Cücələrim” mahnısını eşitməyən yoxdur…

Bəli söhbət “Cücələrim” mahnısını bəsətələyən şəxsdən gedir. Bəstəkar Qəmbər Hüseynli milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkarlardan biri olub. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun özünəməxsus yeri var.

16 aprel tarixi Qəmbər Hüseynli doğum günüdür..

Qəmbər Muxtar oğlu Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunub. 1929-cu ildə isə Gəncə Pedaqoji texnikumuna daxil olub. 1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır.

Lakin Qəmbərin musiqi bəstələməyə olan hədsiz marağı onu bir an belə, rahat buraxmır. Bu cəhət o dövrdə texnikumda çalışan görkəmli musiqi pedaqoqlarının da diqqətindən yayınmır. Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. O, burada Q.Z.Buruşteynin sinfində təhsilini davam etdirir. Çox keçmir ki, Qəmbərin bəstəkarlıq üçün çox zəruri olan qabiliyyətləri özünü göstərir. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə “Tellər oynadı” romans-mahnısını bəstələyir.
Bununla da istedadlı bir bəstəkar olacağını təsdiqləyir.
1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilir. O, burada cəmi bir il çalışsa da, əhəmiyyətli işlər görməyə müvəffəq olur.

Bir il sonra Qəmbər Hüseynlini yenidən Bakıya dəvət edirlər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.

O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir Hacıbəylinin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.

Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutur. O, “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” kimi əsərlərin altına imza atır.
Bəstəkarın “Tellər oynadı” romans-mahnısı uzun illrədir sevə-sevə dinləyirlər.
Qəmbər Hüseynli yaradıcılığında bütün dünyanı dolaşan bir sənət incisi də var – “Cücələrim”.
Onun şair Tofiq Mütəllibovun sözlərinə yazdığı bu mahnı 1948-ci ildə ərsəyə gəlib.
1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi “Cücələrim” mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi.
Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək “Cücələrim”i ifa edir və qonaqlara üz tutuaraq deyir:
“Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”
Amma Çarli Çaplinin xəbəri olmur ki, həmin bəxtəvər bəstəkar Qəmbər Hüseynli bəstələdiyi mahnılara görə həbs olunub. Həbsdə ağır xəstəliyə yoluxub və bundan iki il sonra vəfat edib.
Ötən əsrdə Azərbaycan ziyalılarının başının üstünü alan repressiya dumanı Qəmbər Hüseynlidən də yan keçməyib.
Represiya illərində bəsətəkı mühakimə edirkən ona irad tuturlar ki:
– Bu “Cücələrim” nədir? Sən fəhlə sinifini qoyub cücələrə mahnı yazırsan. Bu bizim ideologiyamıza ziddir.
Qəmbər Hüseynli də özünü itirmədən cavab verir:
– Siz niyə dərd çəkirsiz? O cücələr böyüyüb toyuq olacaq, sonra yumurta qoyacaq, fəhlələr də yumurtadan yeyib qüvvətlənəcəklər və daha çox işləyəcəklər.
Bəstəkarın bu sözündən əsəbləşib onu həbs edirlər. Təbii ki, bu cəzanın əsas səbəbi Qəmbər Hüseynlinin mahnılarındakı türk üslubu idi. Ona da “Xalq düşməni” damğası vurmağa çalışırlar.
Bəstəkarın şah əsəri olan “Cücələrim” bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarından biridir.
Yeri gəlmişkən, Sovet multfilm sənayesinin şedevrlərindən olan “Nu, poqodi!” silsilə cizgi filminin seriyalarından birində də bu mahnı məhz Azərbaycan dillində səslənib.

Qəmbər Hüseynli deyəndə “Cücələrim” yada düşür. Mahnı indiyədək 100-dən çox xarici dildə səslənib, 148 xalqının dilinə tərcümə olunub. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması deməkdir.
Sənətşünasları yekdil rəyinə görə, indiyə kimi “Cücələrim” qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci Azərbaycan mahnısı olmayıb.

Q.Hüseynli bu dünyadan çox erkən, 45 yaşında getdi… Bəstəkar 1961-ci il iyulun 31-də işıqlı dünyaya əlvida deyib.
10 may 1961-ci il tarixində Q.Hüseynliyə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı verilib.

25 noyabr 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdı.
2018-ci ilin yanvarında Gəncədə bəstəkarın heykəli ucaldılıb. (modern.az)

Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır