AZƏRBAYCAN AİLƏSİ VƏ MİLLİ DƏYƏRLƏR
Medeniyyet
Oxunub: 479
14 may 2020 | 12:13
AZƏRBAYCAN AİLƏSİ VƏ MİLLİ DƏYƏRLƏR


Hər bir cəmiyyət müxtəlif ailələrin toplumundan ibarətdir. Adətən, cəmiyyətin ailəyə təsiretmə gücünü o zaman uğurlu saymaq mümkündür ki, bu təsir gücü qarşılıqlı olsun. Qarşılıqlı anlaşma, mövcud problemlərdən çıxış yolunun müəyyənləşdirilməsi və s. məziyyətlər həm ailənin cəmiyyətdəki yerini, həm də cəmiyyətin ailədəki rolunu düzgün formalaşdırır.
BMT-nin Baş Assambleyası 1993-cü ildə 15 mayın Beynəlxalq Ailə Günü kimi təsis edilməsinə qərar verib. Müxtəlif ölkələrin ictimaiyyətinin diqqətini ailələrin çoxsaylı problemlərinə yönəltmək məqsədilə bu günün təsis olunması rəğbətlə qarşılanıb və illərdir ki, dünya xalqları tərəfindən qeyd edilir. Cəmiyyətin əsas institutlarından biri, həmçinin insanın sosiallaşması prosesində ilk pillə olan ailə ətraf dünya ilə birlikdə dəyişir və inkişaf edir. Eyni zamanda özü də cəmiyyətin formalaşmasında əsas rol oynayır. Bu fakt öz təsdiqini tapıb ki, ailə həm də istənilən dövlətdə əsas sabitlik və inkişaf faktorudur.
Əbəs yerə ailəni kiçik dövlətə bənzətməyiblər. Onun da öz qanunları, adəti, ənənəsi, yaşam tərzi, mühiti var. Dünyada mövcud olan bu təbii birliklərin içərisində Azərbaycan ailəsinin özünəməxsusluğu yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Təbii ki, hər bir ailədə valideynlərin öz yeri var. Əslində, iki insanın qurduğu yuva qoşa sahilin körpüsünə bənzəyir. Bu tərəflərdən birinin yerində olmaması hansı fəsadların baş verəcəyini göz önündə canlandırır. Azərbaycan mentallığı üçün ailə xüsusi məna kəsb edir. Cəmiyyətin həyatında ailənin, xüsusən də anaların rolu mühüm əhəmiyyətə malikdir. Bu da səbəbsiz deyildir. Çünki hər bir qadının ən müqəddəs vəzifəsi analıq şərəfinə çatmaqdır, ailənin şah obrazı anadır. İnsanlığın şərəfi, ucalığı, ülviliyi sayılan ana ulu varlıqdır. Aliliyin ucalığında dayanan qadınlıq zirvədirsə, analıq onun tacıdır, şərəfi, ləyaqəti, dəyəri, zibasıdır. Həm qadın olmaq, qadınların nümunəsi olmaq və cəmiyyətinə, el-obasına bütün ürəyi, şəfqət hisslərilə xidmət etmək, həm də ana olub uşaqlarının başında olmaq, onlara verdiyin tərbiyə ilə xalqına xidmətlə ucalan insanlar yetişdirmək bir qadının taleyində ən böyük nemətdir, nailiyyətdir, bəlkə də hər şeydir. Xalqımızın xöşbəxtliyi, bəxtəvərliyi ordadır ki, onun mentalitetində analıq dəyəri qayğıkeşlik, bütün varlığı ilə övladına bağlılıq, bütün ruhu ilə övladlarına sevgi və şəfqət hissləri ilə bağlanmaq, ərinə sədaqətlilik, namusuna düşkünlük, etibarlılıq kimi səciyyələrələ müəyyənləşir.
Azərbaycan qadının səciyyəsi Tomris ananın şücaəti, mətanəti, döyüşkənlik və qəhrəmanlığında, Sara xatunun zəka əzmi və siyaəsitində, diplomatiyasında, Burla xatunun, Banuçiçəyin, Dəli Domrulun və Dirsə xanın xanımlarının sədaqətində, ərinə qahmarında, arxa-köməkliyində, əfsanə obrazlarımızın iffətində, namusu və şərəfində, ləyaqətliliyində, Məhsətinin, Heyran xanımın, Qönçəbəyimin incə, zərif duğularını ifadə, bədii söz qüdrətində, laylalarımızın müəllifləri olan analarımızın şirin kəlməliyinidə, bala məhəbbətində, övlad qayğıkeşliyindədir.
Savadsızlığın, avamlığın, geriliyin hökm sürdüyü əski zamanlarda millətin aydın fikirli, işıqlı insanları - ziyalıları xalqı maarifləndirmək üçün ilk növbədə çalışırdılar ki, bu ləyaqətli missiyanı yerinə yetirmək naminə qadınlar mütləq təhsil alsınlar. Səbəb qadının ana olması ilə bağlıdır. Körpəyə təkcə süd yox, həm də düzgün tərbiyə və təlim verilməlidir. Savadlı qadının bu sahədəki xidmətləri bənzərsizdir. Doğrudur, Azərbaycanın varlı ailələrində bu problem o qədər də çətin həll olunmurdu. Tarixdən də bəllidir ki, bizim bəyzadələrin ailələrində övladların tərbiyəsi ilə məşğul olan dayələr həm də onların savadlanmasını təmin edirdilər. Bəzən deyirlər ki, oktyabr inqilabına qədər Azərbaycanda savadlı qadın olmayıb. Bu, tamamilə yanlış fikirdir. Doğrudur, bizim nənələrin çoxunun rəsmi diplomu olmayıb, amma onlar yaranışdan müdrik, sinəsi söz çeşməli, səbirli, təmkinli, iradəli, nəsildən-nəslə keçən ənənəyə bağlı idilər. Bineyi-qədimdən Azərbaycan ailəsində ağsaqqal-ağbirçək sözü önəmli sayılıb. Böyüyün, kiçiyin öz yeri olub. Abır və həya, namus və qeyrət Azərbaycan ailəsinin ülviliyini, üstünlüyünü şərtləndirən, müqəddəsliyinə təminat verən amillərdəndir.
Azərbaycanın çox cəsur, qeyrətli, qəhrəman, diplomat, savadlı, duyumlu xanımları olub. Xanların, bəylərin əksəriyyətinin xanımı geniş dünyagörüşünə malik savadlı, hazırcavab, mərd qadınlar kimi tanınıblar. Bəşər tarixinin bütün dövrlərində ağıllı, zəkalı qadınlara böyük ehtiyac olub. Çünki həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadınlar öz nurlu əməlləri ilə kara gəlməsinlər, həyatın ağırlığını zərif çiyinlərində daşımasınlar.
Azərbaycan ailəsinin, xüsusilə də qadınların hüquqlarının qorunmasını, azadlıq arzularının təminatçısı olan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət proqlamları, verilən sərəncamlar, həmçinin prezidentimiz İlham Əliyevin bu sahədə apardığı siyasətin ili öndərin bünövrəsini qoyduğu, memarı olduğu, siyasətin üzərində qurulduğunu və davam etdirildiyini, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi diqqət hər bir Azərbaycan vətəndaşına gün işığı kimi aydındır. İctimai rəydən də bəllidir ki, Azərbaycan ailəsinin ən böyük himayədarı Ümummilli Lider Heydər Əliyev olmuşdur. Onun başlatdığı bu kurs bu gün də davam etdirilir. Azərbaycan ailəsi respublika prezidentinin daim diqqətində olan prioritet məsələlərdəndir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bütün həyatı və fəaliyyəti nəsillərə nümunə olmaqla yanaşı, ideal ailə başçısı kimi göstərdiyi örnək də misilsizdir. Onun ailə dəyərlərinə verdiyi qiymət həmişə hörmətlə xatırlanır və xatırlanacaqdır. Cəmiyyəti yaşadan və onun varlığını sübut edən ailə meyarlarına ulu öndərin öz münasibəti, öz yanaşması var idi. Heydər Əliyev həm də öz ailəsinə göstərdiyi qayğı və diqqətlə seçilmiş, milli-mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim böyük önəm vermişdir. Ulu öndər və ömür-gün yoldaşı Zərifə xanım Əliyeva övladlarına və nəvələrinə genetik olaraq çox şey ötürüblər, çox şey də tərbiyə ediblər, amma sözlə, tənbehlə deyil, ilk növbədə şəxsi nümunə ilə... Heydər Əliyev Azərbaycanın suverenlik və müstəqillik rəmzi olmaqla yanaşı, böyük humanizmin, möhkəm və nümunəvi ailə başçısının simvoludur. Onun cəmiyyətin idarə olunmasında, insanlar arasında münasibətlərin formalaşmasında, möhkəm ailə prinsiplərinin yaranmasında və həyata keçirilməsində göstərdiyi nümunə də daim öyrəniləcək və tətbiq ediləcəkdir. Bu nümunə hər bir Azərbaycan ailəsinin etalonuna, meyarına çevriləcəkdir.
Bu məqamda düşünürsən ki, ulu öndərimiz bu qədər zəngin milli xarakter və mənəviyyatımızı öz şəxsiyyətində necə cəmləşdirə bilmişdi? - Cavabını bir şeydə daha çox tapırsan: ailədə, ailə tərbiyəsində. Ümummilli liderimizin özünə və əziz anası İzzət anaya həsr olunan, bir doğmanın, bacının gördüyü, yaşadığı və eşitdiyi xatirə və həqiqətləri əks etdirən “Mənim anam” kitabında da xüsusi olaraq vurğulanır ki, əvəzolunmaz bir dühanı, millətinə şərəflə xidmət edən ziyalıları yetişdirən bu ailədə milli adət-ənənələrə riayət qanun qədər güclü idi: “Lap kiçik yaşlarımızdan anamın bizə öyrətdiyi milli adət-ənənələrə əməl etmək istəyi hər şeyə məsuliyyətlə yanaşmağımızı tələb edirdi. Böyüyə hörmətlə yanaşmaq, özündən yaşlı adamlar qarşısında ucadan danışmamaq, ədəblə oturmaq, böyüklərdən əvvəl süfrəyə əl uzatmamaq onun bizə verdiyi tərbiyə dərsləri idi. ...Evimizdə hökm sürən dəmir intizama öyrəşmişdik. ...Bəlkə də insanın ailə mühitində tərbiyəsinin zəruriliyini qeyd etməyim bəzilərini düşündürəcək. ...Bir həqiqət də var ki, uşağın ailə mühitində tərbiyəsinin çox ciddi üslub tərzi var. Anam da Heydər qardaşımı özünəməxsus tərbiyə üsulu ilə, sanki gələcəyini qabaqcadan gördüyü üçün hərtərəfli böyütmüşdü”. Deməli, bizim bütün gələcəyimiz üçün bir nümunə də var: əsl azərbaycanlı yetişdirmək üçün milli dəyərlərə, adət-ənənələrə sədaqətlə əməl edən ailələr bu vəzifəni həyata keçirəcəkdir. Bu baxımdan ulu öndərimiz ailəsi ilə də, ailə tərbiyəsi ilə də, öz şəxsiyyəti ilə də bütün zamanlar üçün azərbaycanlılığın nümunəsi, etalonudur.
Nəticə olaraq qeyd edək ki, biz bir millət olaraq dədə-babadan ailənin müqəddəsliyinə Quran ayəsi kimi yanaşmışıq. Ailə o zaman müqəddəs, möhkəm və əbədi olur ki, oradakı iki əsas qüvvə bir-biri ilə son dərəcə mehriban, səmimi münasibət qura bilir. Ailə o zaman inkişaf edib böyüyür ki, dünyaya yeni körpələr bəxş edir. Ailə o zaman əbədiləşir, şöhrətlənir, əsl xoşbəxtliyə qovuşur ki, ululardan gələn ənənələr, tərbiyə üsulu, bir sözlə, klassik təlim-tərbiyə müasir ədəb qaydaları ilə qovuşaraq yeni dünyagörüşlü, bitkin, dərrakəli davamçıların ovqatında öz əksini tapa bilsin. Ailə o zaman seçilən ailə olur ki, onun qoynundan dünyaya milli duyğulu, vətən sevgili, bəşəri düşüncəli övladlar pərvazlansın. Biz sevinirik ki, Azərbaycanda belə nümunəvi ailələr var və olacaqdır.
Zülfiyyə İSMAYIL
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
Bu gün, 13:08
Paşinyan Putini təbrik etdi
Bu gün, 13:02
Bayram gününün hava proqnozu açıqlanıb
Bu gün, 12:52
Fövqəladə Hallar Nazirliyindən əhaliyə MÜRACİƏT
Bu gün, 12:48
Paşinyan müharibənin vaxtını açıqlayıb
Bu gün, 11:48
"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır
Bu gün, 10:30
DYP-dən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
Bu gün, 10:25
Paşinyanın Azərbaycan ərazisinə səfəri Ermənistanı bir-birinə vurub – Məsələ ciddiləşir
Bu gün, 10:21
Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq - RƏSMİ
Bu gün, 10:00
Putin NATO-Rusiya və nüvə savaşlarını niyə anons etdi: Üçüncü dünya müharibəsi də olacaq
Bu gün, 09:48
“Azad” və “demokratik” Ermənistan mifinin sonu: Əcnəbi investorlar Paşinyana qarşı
Bu gün, 09:44
Paşinyandan diqqət çəkən açıqlama: Azərbaycanla praktiki mərhələ başlayır
Bu gün, 09:39
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
Bu gün, 09:34
Azərbaycana 5 milyardlıq silah verdik... – Karapetyan
Bu gün, 09:31
Azərbaycan xəritəsi: Zəngəzur da daxil edildi
Bu gün, 09:27
Əraziləri qaytarmalıyıq, müharibə olmamalıdır - Paşinyan
Bu gün, 09:00
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Dünən, 23:28
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Dünən, 16:00
Rəsmi Tiflis Ermənistanın silahlanmasında İŞTİRAK EDƏCƏKMİ? - AKTUAL
Dünən, 15:30
Tiflisin Bakıya ehtiyacı var... - ÇÜNKİ...
Dünən, 14:29
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
Dünən, 14:24
İlham Əliyev Putini təbrik edib
Dünən, 14:22
Paşinyanın daş-kəsəkli və əzablı yolu - GƏLİŞMƏ
Dünən, 14:20
Pakistan Əfqanıstanı bombaladı: çoxlu ölü
Dünən, 14:01
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb, Azərbaycan xalqını bayram münasibətilə təbrik edib - Yenilənib
Dünən, 14:00
Cənubi Qafqazda hind ehtirası - NƏ BAŞ VERİR?
Dünən, 12:37
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı
Dünən, 12:27
Türkiyə nəhəngi Qurban Qurbanovla maraqlanır