Azərbaycanın ən möhtəşəm yarışması başladı
Medeniyyet
Oxunub: 1 183
25 sen 2015 | 15:39
Gənclər ilk beynəlxalq lisenziyalı yarışmada səslərini sınayacaq.
Azərbaycanın ən möhtəşəm yarışması başladı
"Səs Azərbaycan" (The Voice of Azerbaijan) yarışmasının münsiflər heyəti məlum olub.

ANS PRESS-in məlumatına görə, münsiflər heyətinin sırasına Faiq Ağayev, xalq artisti Mübariz Tağıyev, Manana Caparidze və Tünzalə Ağayeva daxildir.

Bütün dünyada yayımlanan və məşhurlaşan "Səs" (The Voice) yarışması noyabrın 1-dən etibarən AZ TV-də yayımlanacağı gözlənilir. Yarışmada iştirak etmək istəyənlər www.thevoice.az saytı vasitəsi ilə qeydiyyatdan keçiblər. Səs Azərbaycan yarışmasının bir qrup üzvü avqustun 23-dən sentyabrın 1-ə qədər 10 şəhərdə olub və xüsusi səsə, istedada malik olan gəncləri seçiblər.

Bu zaman ərzində 300 potensial konkursantın qeydiyyatdan keçdiyi göstərilir. Ümumilikdə isə yarışmada iştrak etmək üçün ərizə göndərənlərin sayı 1500-ü keçib.

"Səs Azərbaycan" yarışmasının münsiflər heyətinin üzvlərindən biri Tünzalə Ağayeva bu layihənin Azərbaycanda keçirilməsinin çox qürurverici hadisə olduğunu qeyd etdi.

"Mən çox şadam ki, bütün dünyada tanınan layihədə münsiflər heyəti kimi çıxış edirəm. İstedadlı gəncləri seçmək, onların üzə çıxarılmasında, tanınmasında həm həmkarlarımın, həm də mənim rolum olacağına görə çox şadam. İnanıram ki, doğurdan da səsi olan insanlar bu layihəyə qatılacaq, ümid edirəm ki, kim layiqdirsə o da qazanacaq" - deyə müğənni bildirb.

Bu beynəlxalq müsabiqənin ölkəmizdə keçirilməsinin bir çox müsbət tərəflərinin olduğunu qeyd edən əməkdar artist yarışmanın ilk növbədə istedadlı gənclərin ölkəmizdən kənarda tanınması üçün geniş imkanlar atacağını dedi.

"Layihənin adına uyğun olaraq güclü səsi olan, maraqlı, qeyri adi, istedadlı, yadda qalan olacaq insanları axtarıb onlar arasında seçim edəcəyik. Mənim seçəcəyim gənclər bu istedada malik olmalıdır. Səs texnikası, səs tonu, rəngləri maraqlı olmalıdır. Digər müsabiqələrdə olduğu kim hər cür səsə malik olan insan gələ bilər yeni başlayan təcrübəsi olmayan və eyni zamanda da təcrübəli insanlar müsabiqədə iştrak edə bilər. Səsin potensialına baxacam. Əgər bu səsdən güclü bir səs etmək olarsa bunu edəcəm. Mənim üçün səs zəngin texnika çox önəmlidir."

Amma müğənni hazırda ölkəmizdə keçirilən bir çox müsabiqələrin həm keyfiyyət, həm də kəmiyyət baxımından aşağı səviyyədə olduğunu qeyd etdi. O,özünün də iştrak etdiyi və qalib olduğu Bakı Payızı müsabiqəsini nümunə gətirən əməkdar artist indi belə müsabiqələrin olmadığını vurğulayıb.

Digər münsif əməkdar artist Manana Caparidze yarışmanın böyük uğur qazanacağına inandığını deyib:

"Mənə bu layihədə münsif kimi çıxış etməyi təklif edəndə böyük məmnuniyyətlə qəbul etdim. Bu layihədə istedadlı gənclər iştirak edəcək. Mən və mənim həmkarlarım gəncləri dəstəkləyəcəyik. Azərbaycanda heç kimə tanış olmayan gözəl ifaçılar tapsaq, bu, böyük qələbə olacaq. Mən vokalçı pedaqoq kimi öz bildiklərimi gənclərə öyrədəcəm. Birinci növbədə səsdir. Səsdən başqa iştrakçılarda xarizma olmalıdır. Səhnə mədəniyyəti də çox vacibdir."

Manana Caparidze bildirib ki, "Səs Azərbaycan" yarışması Azərbaycanda ilk beynəlxalq lisenziyalı yarışmadır: "Çox güclü komanda heyəti var. İstər Azərbaycandan, istər Ukraynadan, istər də Gürcüstandan peşəkarlar cəlb olunub".

Onun sözlərinə görə, hazırda seçimlər davam edir. Oktyabrın ortalarında və ya sonunda efirə getməsi gözlənilir.

Bu müsabiqə dünyanın 50-dən çox ölkəsində, o cümlədən Azərbaycanın qonşuları olan Türkiyə və Rusiyada da yayımlanır.

Azərbaycanı bu il "Eurovison" yarışmasında təmsil edən Elnur Hüseynov Türkiyədə sözügedən müsabiqənin – "O ses Türkiye"nin qalibi olmuşdu. Azərbaycandan bir çox musiqiçi qonşu ölkələrdə keçirilən həmin müsabiqədə özünü sınayıb.

"The Voice" yarışması ilk dəfə Niderlandda yaranıb və 2010-cu ildə isə "The Voice" yarışması sonra bütün dünyaya yayılaraq məşhurlaşıb. Dünyanın 50 ölkəsindən çoxunda reytinqlərdə birinci yerdə qərarlaşaraq özünə əməll-başlı pərəstişkar ordusu yığıb. Bu yarışmanın Azərbaycan tamaşaçısı tərəfindən geniş kütlə ilə yayılan Türkiyədə (O ses Turkiye) və Rusiyada ("Голос") yarışması özünə geniş kütlədə tamaşaçı yığıb.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ