Murad Dadaşovun adından təhqir etdilər, özünü və ailəsini hədələdilər - MÜRACİƏT
Medeniyyet
Oxunub: 1 199
8 okt 2015 | 17:22
“Həmin əməli törədən şəxslər barəsində istintaq araşdırmaları artıq başlayıb”
Murad Dadaşovun adından təhqir etdilər, özünü  və ailəsini hədələdilər - MÜRACİƏT
"Son vaxtlar mənim mobil nömrəm və sosial şəbəkələrdə olan şəxsi hesablarımdan (Facebook, İnstagram, WhatsApp və.s) dostlarım, yaxınlarım, hətta tanımadığım şəxslərə heç bir etik normaya sığmayan mesajlar göndərilir. Hətta özlərini başqa adamların adıyla təqdim edərək, mənimlə uydurma yazışmalara da əl atırlar".

APA-nın xəbərinə görə, bu barədə ictimaiyyətə müraciətində əməkdar artist Murad Dadaşov bildirib.

M. Dadaşov qeyd edib ki, son illər müasir dünyanın aparıcı sahələrindən olan rabitə və kommunikasiya həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib: “ İnsanlar arasında operativ ünsiyyət, əlaqə, informasiyanın asan əldə olunması, məlumatlı olmaq kimi faktorlar müsbət haldır. Lakin bu üstünlüyün mənfi tərəfləri də var. Çox təəssüf ki, müasir dünyamız belə hallarla mübarizə aparmaqda bəzən çətinlik çəkir.

Ölkə ictimaiyyətinin nəzərinə çatdırmaq istəyirəm ki, belə bir xoşagəlməz hadisə ilə son zamanlar mən və ölkənin digər tanınmış şəxsləri də qarşılaşır və heç də təsadüfi deyil. Belə ki, bunlar respublikamızda ictimai sabitliyi pozmaq, insanlar arasında neqativ münasibət yaratmaq və hətta ölkəmizdəki mühüm siyasi hadisələr ərəfəsində ( parlament seçkiləri və.s) gərgin mühitə səbəb olmaq, bir sözlə təxribat məqsədi daşıyır”.

O qeyd edib ki, ölkənin tanınmış şəxsləri daima ictimaiyyətin diqqət mərkəzində olduqları üçün bəzən xoşagəlməz hadisələrlə qarşılaşmağa öyrəşiblər: “Çox təəssüf ki, son zamanlar bu analoji hal ilə mən də üzləşirəm. Mobil nömrəm və sosial şəbəkələrdə olan şəxsi hesablarımdan (Facebook, İnstagram, WhatsApp və.s) dostlarım, yaxınlarım, hətta tanımadığım şəxslərə mənim adımdan heç bir etik normaya sığmayan mesajlar göndərilir. Hətta özlərini başqa adamların adıyla təqdim edərək, mənimlə uydurma yazışmalara da əl atırlar. Hər kəsin nəzərinə çatdırmaq istəyirəm ki, mənim də hesablarım hakerlərin təcavüzünə məruz qalıb. Əlbəttə ki, belə bir mənfi halla qarşılaşmağı heç kim istəməz və bundan sığortalanan yoxdur”.

M. Dadaşov bu hadisəni xuliqanlıq kimi qiymətləndirib: “Amma son zamanlar adımızdan göndərilən, həmçinin adımız, ailə üzvlərimiz, yaxınlarımızın ünvanına səslənən hədə-qorxu, təhdid və təhqir dolu mesajların artması məni bununla bağlı ciddi məşğul olmağa vadar etdi. Bu məsələ ilə bağlı müvafiq hüquq-mühafizə, təhlükəsizlik orqanları və kiber cinayətkarlığa qarşı mübarizə aparan beynəlxalq qurumlara rəsmi müraciət etmişəm. Həmin əməli törədən şəxslər barəsində istintaq araşdırmaları artıq başlayıb”.

M. Dadaşov bu məsələni işıqlandıran KİV nümayəndələrini də diqqətli olmağa, şişirdilmiş, sensasiya xarakterli və uydurulmuş məlumatlardan istifadə etməməyə çağırıb: “Məsələ ciddi nəzarət altında olduğu üçün həmin media qurumları haqqında sərt tədbirlər görüləcək. Unutmayaq ki, yalanı yaratmaq və yaymaq özü bir cinayətdir. Xahiş edirəm, diqqətli olun!”

O, həmçinin bu məsələ ilə bağlı narahatlıq yaşayan şəxslərə göstərdikləri anlayış və alicənab rəftara görə təşəkkür edib.
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb
Dünən, 10:56
Sülhməramlılar hara gedir? - "Bild"