Fərqanə və Alim Qasımovların konsertində insident yaşandı - Fotolar
Medeniyyet
Oxunub: 1 235
11 okt 2015 | 15:11
Oktyabrın 26-da Bakıda Beynəlxalq Muğam Mərkəzində caz festivalı başlayacaq. Dünyanın bir çox caz ustası öz məharətlərini göstərmək üçün Bakıya toplaşacaq.

Ancaq həmin saatlarda kiminsə könlündən bulvardakı “Sədəf” restoranında kabab yemək keçsə, cazmenləri müşayiət edənlər arasında Bakı Muğam Mərkəzinin siqnalizasiya sistemi də ola bilər. 2 gün qabaq Azərbaycan muğamının fərqli səsi Fərqanə Qasımovanın konsertində olduğu kimi...

Fərqanə xanım bu dəfə seyrçilərinə uzun illərdir ki, Azərbaycanda ifa olunmayan “Nəva” muğamını təqdim elədi. “Nəva”nı dəstgah kimi Azərbaycanın yaşayan xanəndələrindən heç kim oxumayıb. Ancaq torpaqlarımızın və mədəniyyətimizin ortağı İranda bu muğamı oxuya bilməyən əsl xanəndə sayılmır. Orada hesab edirlər ki, böyük məharət istəyən “Nəva”nı üsulu, qaydası ilə oxuya bilən, ustadlardan “əhsən” alan xanəndəni artıq sənətkar saymaq olar.

Bu mənada Fərqanə xanım gənc olmasına baxmayaraq, böyük cəsarət göstərib, mədəniyyətimizin unudulan parçasını yenidən canlandırmaq üçün xeyil zəhmət çəkib, “Nəva”nın saysız ifaçılarını dinləyib, uzun aylaq məşq edib, köhnə-yeni muğamı Azərbaycan seyrçisinə daha gözəl çatdırmaq üçün gecəsini gündüzünə qatıb, Bakıda təşkil etdiyi muğam məclisinə İrandan, Turandan xeyli sayılıb-seçilən şəxsləri və musiqi, sənət bilicisini dəvət edib.

Konsert gözəl başladı. Alim və Fərqanə Qasımovların musiqi gecələrinə gedənlər bilir, digər konsertlərdən fərqli olaraq onların məclisində çox səmimi ortam olur. Tar-kamanı ifaçılar, seyrçiləri Alim müəllim kökləyir, musiqiyə söz verilməmişdən öncə ustad qonaqlarına özünəməxsus “xoşgəldin” deyir, bir-iki baməzə sözlə məclisdəkilərin ovqatını təzələyir, ifalar bundan sonra başlayır. Bu dəfə də gələnək pozulmadı. Dopdolu zala “gələn ayaqlarınız var olsun, “Nəva”nı mən öyrənmək istəyirdim, Fərqanə dedi, ay dədə, olar mən özümü yoxlayım, dedim, buyur. Çalışacağıq bu gün gözəl gecə olsun, hamınız bizdən razı gedəsiz”i Alim müəllim dedi, qısaca “Nəva”dan danışdı, Bakılı, Təbrizli musiqiçiləri təqdim elədi. Fərqanə xanım ifaya başlayanda artıq hamı musiqidən feyziyab olmağa hazır vəziyyətdəydi.

Allahdan birinci dəstgah oxunmadı. Yoxsa, ifa yarımçıq qalacaqdı... Konsert təsnif və bəstəkar mahnıları ilə açıldı. Fərqanə xanım Şövkət Ələkbərovanın repertuarından tanıdığımız Elza İbrahimovanın “Bir əlimdə yaz, birində bahar” mahnısını şirin-şirin ifa edirdi ki, qəfildən salonu siqnalizasiya səsi başına götürdü. Birinci dəfə ifa dayanmadı, siqnalizasiyanın səsi musiqiyə yenildi. İkinci dəfə avadanlıq daha uzunmüddətli “ötdü”.

Yanğın təhlükəsinə duyarlı səs sisteminin üçüncü “zənguləsində” artıq musiqi susmuşdu. İşıqlar yandı, hamı nə olduğunu bilmək üçün qapılara tərəf boylandı, görəvlilərin qaçaqaçı başladı. Təxminən 2-3 dəqiqə sonra susmaq bilməyən siqnalizasiya səsinə avtomatik işə düşən kondinsionerlərin səsi də qoşuldu. Zalda temperatur kəskin düşdü, ventilyasiya sistemi konsert ab-havasını da çəkib salondan çıxardı. Səhnədə qripdən yenicə ayılmış və çox çətin muğamı ilk dəfə təqdim edəcək çarəsiz sənətçi, salonda “yanırıq???” sualı ilə nə baş verdiyini anlamağa çalışan yüzlərlə seyrçi vardı.

Aradan 10 dəqiqə keçməmiş Alim Qasımov gülə-gülə səhnəyə çıxana qədər gərginlik idi: “Narahat olmayın, qonaqlarımızdan kimsə konsertdən çıxmağı üçün qonşu restorana kabab sifariş verib, onun tüstüsü də gəlib dolub bu binaya, siqnalizasiyalar avtomatik işə düşüb. Narahat olmayın”.

Qarışıqlığı salan “Sədəf”in manqalından qalxıb 2 addımlıqdakı Muğam Mərkəzinə dolan tüstü imiş...

Sonra salonda elə bir musiqi nəvalandı ki, dünya da yansa adamın vecinə olmazdı...

Bu öz yerində. Ancaq kim təminat verir ki, sabah eyni durum təkrarlanmayacaq? Ağlımız özümüzə getməsin, Fərqanə xanım konsertində ovqatı təlx elədiyi üçün “Sədəf”i məhkəməyə verməz, amma ayın 26-da başlayacaq caz festivalında “saksofonist Cefri” buna görə Azərbaycanı lap hərbi tribunala da verər.

Mədəniyyət və gödəniyyət məsələləri arasında məsafə qoymaq vacibdi...

musavat.com
Fərqanə və Alim Qasımovların konsertində insident yaşandı - Fotolar
Fərqanə və Alim Qasımovların konsertində insident yaşandı - Fotolar
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ