17-10-2020, 17:30 Oxunub: 149

“Bizə qələbə sevincini yaşadan cənab Ali Baş Komandana və rəşadətli ordumuza təşəkkürümü bildirirəm” - Qarabağ qazisi olan xanəndə

“Bizə qələbə sevincini yaşadan cənab Ali Baş Komandana və rəşadətli ordumuza təşəkkürümü bildirirəm” - Qarabağ qazisi olan xanəndə


“Füzulinin azad olunması xəbəri mənim üçün çox xoş xəbər oldu. İyirmi yeddi illik həsrətdən sonra yenə həmin torpağa qovuşmaq çox mohtəşəm bir hissdir. Bizə bu qələbə sevincini yaşadan cənab Ali Baş Komandana və rəşadətli ordumuza öz təşəkkürümü bildirirəm”.
Bu sözləri “Ölkə.Az”a açıqlamasında əslən Füzuli rayonundan olan əməkdar artist Qoçaq Əsgərov doğma rayonunun işgaldan azad olunması xəbərinə münasibət bildirərəkən deyib. Xanəndə gecə erməni terrorçularının yenidən Gəncə şəhərində törətdikləri qətliamdan da ürək ağrısı ilə söz açıb.

“Gecə səhərə qədər yata bilməmişəm. İnanın, orada həlak olan körpələri gördükdən sonra əsəbimdən ağlamışam. Artıq dünya bu faciənin, qətliamın qarşısında susmamalıdır. Erməni terrorçularının bu əməlləri cəzasız qalmamalıdır”.

Müharibənin təkcə cəbhədə deyil, bütün sahələrdə getdiyini bildirən əməkdar artist, hər zaman Qarabağla bağlı həqiqətləri dünyaya çatdırmağa çalışdığını da deyib.

“Mən Qarabağ qazisiyəm. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmışam. Bu gündə döyüşlərdə iştirak etmək üçün könüllü olaraq hərbi komissarlığa müraciət etmişəm. Bundan başqa 2005-2006-cı illərdə Qarabağ həqiqətlərini dünyanın aparıcı media orqanlarında verdiyim müshibələrimdə lazımı yerlərə çatdırmağa çalışmışam. Onlara Qarabağın əbədi Azərbaycan torpağı olduqlarını bildirmişəm. Nyu- York şəhərində keçirilən festival ərzində, mediada mənim haqqımda yazılan məlumatlarda Füzuli rayonunda doğulduğum və o torpağın erməni vandalları tərəfindən işğal olunduğu qeyd olunmuşdur. Bu məlumatlar ABŞ publikasına çatdırılmışdır. Mən hər zaman imkanım çatdığı qədər beynəlxal arenada Qarabağla bağlı təbliğatımı aparmışam. Düşünürəm ki, bu həm döyüşçü kimi, həm də musiqiçi kimi mənim vətəndaşlıq borcumdur”.

Qeyd edək ki, Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
Prezidentə yazırlar: Prezidentə yazırlar: "Bu haqq yolunda canımızla, qanımızla əmrinizdəyik" Sosial Məşhur əməkdar artist də əsgər oldu - Ağdamda xidmət edir - FOTO Məşhur əməkdar artist də əsgər oldu - Ağdamda xidmət edir - FOTO Medeniyyet "İşimə qayıtmağımda jurnalistlərin rolu həlledici oldu" — Əməkdar artist Medeniyyet Prezident Könül Xasıyevanın yuxusunu ÇİN ETDİ: Prezident Könül Xasıyevanın yuxusunu ÇİN ETDİ: "Röyamda gördüm ki..." - İLK TƏƏSSÜRAT Medeniyyet Məşhurlarımız Məşhurlarımız "Qarabağ"ın qələbəsindən yazdılar Idman