Ermənistan 2 illiyə “Putin NATO-su”nun başına keçir: Azərbaycana təhlükə? - NƏ ETMƏLİ?
Siyaset
Oxunub: 367
2 avq 2021 | 20:47
Ermənistan 2 illiyə “Putin NATO-su”nun başına keçir: Azərbaycana təhlükə? - NƏ ETMƏLİ?


Ermənistan 16 sentyabr 2021-ci ildən etibarən 2 il müddətinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edəcək. “Yeni Müsavat” xəbər verir ki, bu barədə hakim “Mənim addımım” blokunun deputatı Ruben Rubinyan deyib.

Sözsüz ki, xəbis qonşular bu fürsətdən də Azərbaycana qarşı maksimum yararlanmağa çalışacaqlar. Siyasi çevrələrdə daha çox “Putin NATO-su” adlandırılan KTMT-yə Ermənistanın iki il sədrlik etməsi ilə anti-Azərbaycan addımlar atılmasına səylər göstəriləcək. Lakin 44 günlük müharibə də təsdiqlədi ki, bu alyansın əsas ağası olan Rusiya KTMT-ni ölkəmizə qarşı yönəltmək fikrindən uzaqdır.

Baxmayaraq ki, baş nazir əvəzi Nikol Paşinyan yenidən KTMT müşahidəçilərini Azərbaycan-Ermənistan sərhədinə dəvət edib və bölgədə stabillik yaradılmasına çağırıb. Bununla İrəvan “Rus NATO-su”nu israrla sərhəd intriqalarına qatmağa çalışır. Hərçənd blokda əsas söz sahibi Rusiyadır. Ona görə əslində rəsmi Bakının bir o qədər də narahat olmasına ciddi səbəblər olmamalıdır.

Yeri gəlmişkən, Paşinyan təklif edir ki, Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhədçilərinin dayaq məntəqələri, eləcə də KTMT-nin monitorinq missiyası yerləşdirilsin və dərhal əlavə edir ki, “əgər KTMT tərəfindən belə missiyanın həyata keçirilməsi mümkün deyilsə, bizim üçün başqa beynəlxalq formatlar, o cümlədən ATƏT-in Minsk Qrupu çərçivəsində formatlar məqbuldur”.

Bu təklif əvvəlcə “beynəlxalq müşahidəçilər” olaraq gündəmdə idi və bütün sərhəd boyunca yox, Kəlbəcər istiqaməti nəzərdə tutulurdu. Seçkilərdən öncə gündəmə gələn “beynəlxalq müşahidəçilər” təklifində Qərbin öz, Paşinyanın öz maraqları var idi: Qarabağ münaqişəsinin həllindən kənarda qalan ABŞ və Fransa sərhəd məsələsi üzərindən bölgəyə gəlmək istəyir. Paşinyan isə Qərb və Rusiya arasında ikili oyun oynamaqla hədəflərinə nail olmaq istəyir.

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, KTMT ölkələrində söz sahibi Rusiya olduğundan bloka sədrlik sadəcə, rotasiya sistemi ilə dəyişir. N.Cəfərli xatırlatdı ki, bundan əvvəl Tacikistan idi, indi növbə Ermənistana çatıb: “Orada ən mühüm qərarlar Kremldə verilir. Ermənistan ən yaxşı halda iki illik sədrliyi dövründə toplantıların sayını artıra, iclasları tez-tez çağıra, Azərbaycanla bağlı müəyyən məsələləri gündəmə gətirə bilər. Amma gəlin nəzərə alaq ki, bu alyansda Azərbaycana dost türkdilli ölkələr var, xüsusən Qazaxıstanın adını çəkmək olar, o cümlədən Belarus bizimlə münasibətləri əsla korlamaq istəməz. Ona görə KTMT-də Azərbaycan əleyhinə hansısa addımlar atılacağını düşünmürəm”.

N.Cəfərli qeyd etdi ki, bunu yalnız Rusiya istəsə, mümkündür: “Moskva hansı məsələləri həll edə bilər. Amma bu gün Rusiyanın Azərbaycanla bağlı belə mövqeyi yoxdur. O baxımdan Ermənistanın 2 illik sədrliyi formallıq təşkil edəcək, Azərbaycana qarşı ciddi qərarlar gözlənilmir”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli qeyd etdi ki, KTMT-də qərarlar kollektiv qəbul olunmalıdır: “Amma orada söz sahibi Rusiyadır. Sədr özbaşına deyil ki, hansısa qərar qəbul etsin. Hətta bir neçə il qabaq sədr Ermənistandan idi və sonra ona cinayət içi açdılar. Bu blok Rusiyanın nəzarətindədir, o baxımdan Ermənistan formal sədrlik edəcək”.

Partiya sədrinin sözlərinə görə, KTMT-də Azərbaycanla yaxşı əlaqələrə malik ölkələr var: “Qazaxıstan, Qırğızıstan, Belarus bizimlə münasibətləri pisləşdirmək istəməzlər. Üstəlik, Ermənistanın sədrliyi o demək deyil ki, onlar yekdilliklə hansısa məsələnin qəbul olunmasına nail olacaqlar. Bundan əvvəl də Ermənistan KTMT-yə müraciət edib, müharibə dövründə Paşinyanın çağırışları olub. Amma blokdan bildirilib ki, müharibə Ermənistan ərazisində getmədiyi üçün heç bir müdaxilə səlahiyyətləri yoxdur. Bu günlərdə də yenə Paşinyan bu alyansa ağız açdı, nəticəsi olacağını gözləmirəm. O mənada Azərbaycan üçün təhlükə görmürəm”.

Qeyd edək ki, KTMT 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı postsovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Üç digər postsovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı - Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə KTMT adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi.
“Yeni Müsavat”
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...