Təranə etiraf etdi: Spirtli içki qəbul etmişdim – VİDEO
Medeniyyet
Oxunub: 1 187
2 dek 2015 | 07:45
Təranə etiraf etdi: Spirtli içki qəbul etmişdim – VİDEO













“Qaydalar onu pozmaq üçün yaranıb”

ANS TV-də Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Deməsək, olmaz” verilişində qonaq olan tanınmış prodüser Təranə Səmədova bir neçə gün əvvvəl avtomobilini idarə edərkən içkili olduğunu etiraf edib.

O, baş verənlərə görə günahkar olduğunu deyib:

“Etiraf etmək istəyrəm ki, bəli, spirtli içki qəbul etmişdim və “Ayıq sürücü” xidməti çağırmalıydım. Baş verənlərə görə, günahı tək özümdə görürəm. Özü yıxılan, ağlamaz.

Bir balaca spirtli içki qəbul etmişdim, yəqin onun təsirindən belə aqressiya yarandı. Bu aqressiya polislərə qarşı deyildi, insan öz səhvini dərk edəndə, aqressivləşməyə başlayır.

Tanınmış olduğuma görə, bu məsələ respublika səviyyəsində müzakirə olundu.

Əslində qaydalar onu pozmaq üçün yaranıb. Qaydanı pozmuşam və cəzasını çəkmişəm, hələ də çəkirəm.

Qanun çərçivəsində mən həbs oluna, sürücülük vəsiqəsindən məhrum ola bilərdim. Lakin xanım olduğum üçün mənə hörmət etdilər. Amma məhkəmə səviyyəsində yüksək məbləğdə cərimə ödədim. Avtomobilim isə cərimə meydançasından buraxılıb”.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində, Hüseyn Seyidzadə küçəsində “Hyundai” markalı avtomobilə “Saxla!”əmri veriblər.

Sürücü əmrə tabe olmayıb və qaçmağa cəhd göstərib. Yol polisi avtomobili təxminən 3-4 kilometrdən sonra süni tıxac yaratmaqla saxlaya bilib.

Məlum olub ki, sürücü, tanınmış prodüser Təranə Səmədova spirtli içki qəbul edib. Avtomobildən düşmək istəməyən Təranə Səmədova növbəti dəfə qaçmağa cəhd edib və bu zaman “Tofaş” markalı başqa bir avtomobili əzib.

Faktla bağlı protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına yerləşdirilmişdi.

Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?