Bakıdakı qəbir yeri boş qalmış Ceyhun Hacıbəyli - FOTO
Medeniyyet
Oxunub: 1 515
13 sen 2014 | 16:38
Bakıdakı qəbir yeri boş qalmış Ceyhun Hacıbəyli - FOTOMühacirət həyatının son illərini daha da ağır nisgillə keçirən Ceyhun Hacıbəyli xatirələrində çox xəfif və kövrək bir şəkildə ötənlərə boylanaraq yazırdı: "Doğmalarımdan ayrılmağımın həsrətini bu qırx il ərzində tez-tez çəkirəm. Ən çox da yadıma düşən bacılarımdı. Bəzən də anamın və ortancıl qardaşımın surətləri bacılarımın surətlərini əvəz edirdi. Yadımdadı, mən Fransaya gələndə bacılarım necə acı göz yaşları tökdülər. Anamın dolu gözləri xəyalımdan çəkilmir. Mən onları inandırırdım ki, cəmisi iki aylığa gedirəm. Nə üçün ağlayırsınız? Amma mən özüm də bilmədən onları aldatmışam. İndi məmləkətimdən ayrılmağımın 41 ilini yaşayıram. Onları bir daha görmədim və heç vaxt da görməyəcəyəm. Doğmalarım - kişilər və qadınlar bir-birinin ardınca dünyadan köçürlər. Elə mən özüm də köçəcəyəm....

Bunu yazanda həmin adam az qala 70 yaşı haqlayacaqdı. Amma qürbətə gələndə onun cəmi 28 yaşı var idi. O, Azərbaycan istiqlal mücadiləsinin, azadlıq hərəkatının ən gənc mühaciri olmaqla yanaşı, qürbətdə ən acı və ən çox ömür keçirən bir şəxs kimi yadda qaldı:

Modern.az saytının Qürbətin doğma məzarları rubrikasında bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin müşaviri, maarifçi-publisist Ceyhun Hacıbəyli haqqında danışacağıq.

1891-ci ilin fevralında Şuşada anadan olmuş Ceyhun bəy nüfuzlu Hacıbəylilər ailəsinin Azərbaycan maarifçiliyinə daha bir hədiyyəsi idi. Əsasən bədii, elmi ədəbiyyat və publisistika ilə məşğul olmasına baxmayaraq, bir şuşalı balası kimi musiqi sahəsində də qardaşı Üzeyirə kömək edirdi. Şərqin ilk operası olan Leyli və Məcnunun ərsəyə gəlməsində onun da müəyyən xidmətləri var. Hətta 1908-ci ildəki ilk premyerada Ceyhun Hacıbəylinin İbni Səlam və Nofəl rolunu da oynadığı deyilir.

Amma təbii ki, ictimai arena onu özünə daha çox çəkirdi. Murtuza Nağıyevin maliyyə dəstəyi hesabına əvvəlcə Sankt-Peterburqda, daha sonra isə o zamanın ən nüfuzlu universiteti sayılan Parisin Sorbonn Universitetində Siyasi işlər fakültəsində təhsil alıb. Bu təhsil sayəsində Ceyhun bəy geniş dünyagörüş qazanmaqla yanaşı, bir neçə xarici dili də öyrənməyə macal tapdı. Elə bu üzdən də 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin Versal sülh konfransında müşaviri təyin olunur. Əlimərdan bəy Topçubaşov komandasının əsas simalarından olan C.Hacıbəyli bundan əvvəl parlamentin rəsmi orqanı olan Azərbaycan qəzetində redaktor kimi də öz bacarığını göstərmişdi.

Versal Sülh Konfransı respublika üçün ciddi əhəmiyyət daşıdığından 1919-cu ilin yanvar ayının 7-də orada iştirak edən Ceyhun bəylə birgə bütün heyətə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski və Adil xan Ziyadxanovun imzası ilə general mandatı təqdim olunur.

Versala ezam olunan nümayəndə heyəti öz işini çox böyük ustalıqla yerinə yetirir. Fasilələrlə davam edən konfransın yekununda Antanta ittifaqı Azərbaycanın müstəqilliyini tanıyır. Bu, təbii ki, sovet Rusiyasını qəzəbləndirməyə bilməzdi.

Nümayəndə heyəti məcburiyyət qarşısında qalıb elə Avropada məskunlaşmalı olur. Ceyhun Hacıbəyli də vətənə qayıda bilməyəcəyini qərarlaşdıraraq, ailəsini Fransaya gətirtməli olur. Həyat yoldaşı Zöhrə Hacıqasımova-Hacıbəyli 2 yaşı hələ tamam olmamış uşağını da götürüb Ceyhun bəyin yanına gedir.

O zaman Ceyhun bəyin cəmi 28 yaşı var idi. O hələ bilmirdi ki, həyatdakı bütün çətinliklər məhz bundan sonra başlayacaq. Doğrudur, o, hələ daha gənc ikən qürbət şəhərlərdə aclığın , səfalətin dadını görmüşdü. Elə bu səbəbdən də təhsilini yarımçıq qoyub Bakıya qayıtmışdı. Amma bu dönəm tamam ayrı bir dönəm idi.

Üzeyir və Ceyhun Hacıbəyli qardaşları

Siyasi mühacir kimi heç yanda iş tapa bilməyən Ceyhun bəy məcburiyyət qarşısında qalaraq ödənişli məktəbdə oxuyan oğlunu da məktəbdən xaric etdirir. Yalnız Parisdə yaşayan dostu Topçubaşovun məktəb direktoruna yolladığı xahiş məktubundan sonra oğlu yenidən dərsə bərpa edilir. Bu haqda əvvəlcə Zülfüqar Hacıbəyovla məktublaşır. Öz ağır güzəranını ondan gizlətməsə də, böyük qardaşı Üzeyirin həssas olduğunu bilib ondan sirr kimi saxlayır. Amma təbii ki, tanınmış bəstəkar da qardaşının vəziyyətindən bir gün xəbər tutur. Bütün gücü ilə onun vətənə qayıtmasına çalışır. Amma hakim dairələr arasında böyük nüfuzu olan Üzeyir bəy də çox qabağa gedə bilmir.

Ceyhun bəy özü də inanmırdı ki, Sovet rejimi onu nə zamansa bağışlaya bilər. Amma Bakıdakı ailəsi, xüsusən də Üzeyir bəy onun vətənə dönüşünü ömrünün sonuna qədər gözləyib.

Araşdırmaçı-jurnalist Qərənfil Quliyevanın Modern.az-a danışdığı bir fakt bunun əyani sübutudur:

Fəxri Xiyabanda Hacıbəylilər ailəsinin dəfn olunduğu hissədə Üzeyir bəyin məzarının yanında bir boş yer var ki, onu da Ceyhun Hacıbəyli üçün saxlamışdılar. Ailəsi istəyirdi ki, o, Üzeyir bəyin yanında dəfn olunsun. Yəni onun vətənə qayıdacağına axıradək inanırdılar.

Ceyhun bəy isə buna heç inanmırdı. Elə yazının əvvəlində onun adından verilən qeydlərdə bildirildiyi kimi, Ceyhun bəy ömrünün axırına qədər bunun acısını çəkib: Onları bir daha görmədim və heç vaxt da görməyəcəyəm. Doğmalarım - kişilər və qadınlar bir-birinin ardınca dünyadan köçürlər. Elə mən özüm də köçəcəyəm....
Onu haqqında xatirələrin birində deyilir: Ceyhun bəy Parisə özü ilə birgə daim həsrətini çəkdiyi, ömrünün sonuna qədər xəyallarında yaşatdığı Qarabağı da gətirmişdi. O, qürbətdə iki həyat yaşayırdı - bir real Paris həyatını, bir də xəyallarında qurub-yaratdığı nisgillərdən, gümanlardan, xatirələrdən ibarət vətən həyatını.
Azərbaycanı Avropada tanıtdıran bir şəxsi sovetlər birliyi təbii ki, bağışlaya bilməzdi. Lap elə bağışlasaydı da, onun özü buna razı olmazdı. Baxmayaraq ki, Şuşa üçün az qala burnunun ucu göynəyirdi. Bunun səbəbini Qərənfil Quliyeva belə əsaslandırır:
1960-cı ildə Ceyhun bəy Fransanın bir jurnalına verdiyi müsahibədə ona ünvanlanan suala cavab olaraq yaxın zamanlarda SSRİ-nin çökəcəyini deyib. Qeyd edib ki, mən inanmıram ki, o quruluş 100 il yaşasın.

Ceyhun Hacıbəyli bu müsahibədən 2 il sonra dünyasını dəyişdi. Parisdə dəfn edilən Ceyhun Hacıbəylinin vətəndə də hələ qazılmamış məzarı var. Üzeyir bəy hələ də onu gözləyir....

Milli.Az
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"