İlhamə Quliyeva ilə bağlı son dəqiqə xəbəri
Medeniyyet
Oxunub: 4 798
27 fev 2016 | 10:57
İlhamə Quliyeva ilə bağlı son dəqiqə xəbəri








Vəkili müğənninin yeyib-içdiklərinə müxtəlif dərmanlar qatıldığını iddia edir, ailəsi ekspertiza tələb edib; prokurorluqdan ilkin ekspertiza nəticələri gəldi

“İlhamə Quliyevanın qəfil dünyasını dəyişməsində Mehriban Hüseynova günahkardır. O, İlhamə Quliyevanın yeyib-içdiklərinə müxtəlif dərmanlar qatmasaydı, sənətkar 80 il də yaşayardı”.

“Report” xəbər verir ki, bunu İlhamə Quliyevanın vəkili Elmira Məmmədova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İlhamə Quliyeva ilə bağlı məhkəmə prosesini davam etdirəcək: “Mən bu məsələni belə qoymayacam. Məndə elə faktlar var ki, onları ictimaiyyətə açıqlaya bilmərəm, amma istintaqa vermişəm”.

Vəkil qeyd edib ki, Mehriban Hüseynovaya haqq qazandıranlar istintaqa təqdim olunan faktlarla tanış olsalar, fikirlərini tamamilə dəyişərlər.

İ.Quliyevanın torpağa tapşırıldığı gün olduqca ciddi fiqurun, onun rəsmi nümayəndəsinin, vəkilinin belə bir açıqlama verməsi, hər halda, sıradan hadisə sayılmaz. Xalq artisti dünyasını dəyişdiyi gün prokurorluq əməkdaşları onun evində zəruri istintaq hərəkətləri aparıb və əl izləri də götürüblər. İlkin versiyalara görə, hüquq-mühafizə orqanları əməkdaşları sui-qəsd versiyasını da araşdırırlar. Buna səbəb isə İ.Quliyevanın ötən ilin oktyabrında keçirdiyi mətbuat konfransında ona qarşı sui-qəsd hazırlandığı və öldürülməsinə cəhdlər edildiyi barədə çıxışlar etməsi idi.

Fevralın 25-də İ.Quliyevanın nəşinin Patoloji Anatomiya Birliyinə ekspertizaya gətirilməsi də bu istiqamətdə ciddi şübhələrdən xəbər verirdi.

“Yeni Müsavat” xatırladır ki, İ. Quliyeva 2015-ci ilin 17 oktyabrında keçirdiyi mətbuat konfransında keçmiş köməkçisi Mehriban Hüseynovanın onu zəhərləmək üçün cəhdlər etdiyini bildirmişdi. Onun sözlərinə görə, il yarım bundan əvvəl Mehriban Hüseynova (Bəylərqızı) onun evinə köməkçi-xadimə kimi işə götürülüb: “Oğlumun dostu ilə dil tapıb, ona deyib ki, İlhaməni öldürmək istəyirəm, mənə zəhər tap. Deyirmiş, onun var-dövləti mənə qalsın. Oğlumun dostu mənə dedi ki, İlhamə xanım, evə kiçik kamera qoyun. Mən psixotrop dərmanları soyuducudan tapdım. O, evimdə olduğu müddətdə özümü çox pis hiss edirdim. Sən demə, yeməyimə dərman qatırmış. Sonra evimdən 5000 min manat və 2000 dollar oğurlayıb, gedib mənim adımdan saxta vəsiyyətnamə hazırlatdırıb. Bundan başqa, evimdən qızıllarımı, bahalı xəz paltolarımı oğurlayıb. Evimdə cadu edib, qıfıllar asıb. O, bu işləri başqalarının da başına gətirib”.

Ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb. Amma bununla belə, ortada ciddi suallar qalmaqdadır. 73 yaşlı qadının trombdan ölməsi hər nə qədər inandırıcı olsa da, ölümündən öncə özünə sui-qəsd ehtimalı barədə dəfələrlə danışması, üstəgəl, prokurorluq əməkdaşlarının bu istiqamətdə müəyyən istintaq hərəkətləri aparması şübhələri artırır.

Ümumiyyətlə, gizli sui-qəsd üsulları ildən-ilə mükəmməlləşir. Onlar indi az qala elm kimi formalaşıb. Hazırda bu mövzunu dərinliyinə qədər bilən toksikoloqlar, kimyagərlər, həkimlər, mühəndislər ixtisaslaşdırılıb. Nəticədə isə ağlınıza gələ biləcək hər şey gizli sui-qəsd vasitəsi ola bilər. Xüsusən də zəhərlər bu işdə əsas rolu oynayır. Keçək gizli üsullara:

- Qida və içkilərə zəhər qatmaq
- Zəhərli spreylər
- Zəhərli diş pastası
- Zəhərli diş çöpü
- Zəhərli kitab
- Zəhərli üzük
- Zəhərli stul
- Zəhərli ülgüc
- Zəhərli siqaret və ya qəlyan
- Zəhərli çətir
- Zəhərli əlcək, salfet
- Qaz zəhərlənməsi.


Bundan başqa, infarkt keçirdəcək dərmanlar, insan sağlamlığına zərbə vuran mikrob kokteylləri, mikrodalğa və ya radioaktiv şüalarla insanın fiziki varlığı hədəfə alınır.
Statistikaya görə, açıq sui-qəsdlər daha çoxdur. Xüsusən keçmiş dövrlərdə, saraydaxili intriqalarda və iqtidar müharibələrində gizli sui-qəsdlər çox geniş yayılmışdı. Hər padşah və ya kral zəhərlənmə riski altında olub. O səbəbdən də yanlarında hər zaman yeməklərini öncədən dadan insanlar saxlayıblar. Hazırda da prezidentlərin şəxsi heyətlərində belə şəxslər var. Onlar prezidentlərə yemək təqdim etməzdən əvvəl onun dadına baxırlar.

Elmi ədəbiyyatlarda antisovet yazıçısı Lev Rebetin 1957-ci ildə infarktdan ölməsi faktı da öz əksini tapıb. Belə ki, yazıçının ölümündən bir neçə il sonra DTK-da onun ölümünü təşkil edən şəxs xaricə qaçıb və Rebetin üzünə zəhərli qaz fısqırdığını, bunun isə infarkta səbəb olduğunu etiraf edib.

Ritsin adlı zəhərlə zəhərlənən şəxs qrip və qızdırmadan əziyyət çəkir, bir neçə gündən sonra isə dünyasını dəyişir. Son dövrlərə qədər bu zəhərə çarə tapılmayıb. 1978-ci ildə Londonda dünyasını dəyişən dissident Georgi Markovun bu vasitə ilə aradan götürüldüyü deyilir. Onun bədəninə dayanacaqda avtobus gözlədiyi zaman “təsadüfən” ucunda zəhərli iynə olan çətir dəyir. Bir neçə saat sonra isə o, qızdırmadan dünyasını dəyişir.

“Tetraetilqurğuş” adlı zəhər mərkəzi əsəb sistemini sıradan çıxarır. Beyinə güclü təsir edən bu xoşətirli qazın cüzi miqdarı beynin funksiyasının pozulmasına səbəb olur. Bir müddət davam edən xəstəlik ölümlə nəticələnir.

Digər təhlükəli zəhər Poloniyum-210-du. Adətən nüvə araşdırmalarında istifadə edilən bu maddənin 7 pikoqramı (1 pikoqram - qramın trilyonda bir hissəsidir) insan üçün ölümcül doza sayılır. Zəhər 138 günə insanın bütün orqanlarını sıradan çıxarır. Bu zəhərin yaradıcısının qızı isə kapsulun sındığı laboratoriyada bir neçə saat işləyəndən sonra xərçəng xəstəliyinə tutulub.

Yuxuda ölüm gətirən zəhərlər də az deyil. Belə zəhərlər hələ orta əsrlərdən məlumdur. Zəhərlənən insan heç bir ağrı və narahatçılıq hiss etmir. Lakin yuxuya gedəndən bir müddət sonra ürəyi dayanır. Bu zəhərlərin əksəriyyətini sonradan orqanizmdə aşkar etmək mümkün olmur.

Hər halda, bunlar müasir elmə məlum olan son növ zəhərlərdir.

Təbii ki, biz xüsusi xidmət orqanlarının əlində olan, nadir tapılan, bahalı zəhər növlərinin İ.Quliyevanın köməkçisi səviyyəsindəki şəxsin əlinə düşəcəyi ehtimalını inandırıcı hesab etmirik. Bununla belə, zəhərlənmə versiyası az qala ildırım effekti verdi. Çünki ölümündən sonra bu versiyanı səsləndirənlərdən biri də onun yaxın qohumu, müğənni Əli Mirəliyev idi. Ə.Mirəliyev bildirmişdi “İlhamə Quliyevanın nəşinin Patoloji Anatomiya Birliyinə ekspertizaya gətirilməsinə səbəb onun keçmiş köməkçisi Mehriban Hüseynova tərəfindən zəhərlənməsi ilə bağlı verdiyi açıqlama olub”.

Ə.Mirəliyevin ilk günkü açıqlamasına görə, ekspertiza İ.Quliyevanın ürək çatışmazlığından, yaxud zəhərlənmədən öldüyünə aydınlıq gətirəcək.

Sözügedən mövzu ilə bağlı fevralın 26-da Respublika Prokurorluğu da rəsmi məlumat yaydı. Prokurorluqdan “Yeni Müsavat”a daxil olan məlumatda qeyd olunub ki, fevralın 25-də saat 12:30 radələrində İlhamə Quliyevanın yaşadığı ünvanda vəfat etməsi barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. Məlumata görə, baxış zamanı meyit üzərində zorakılığa xas olan xəsarət və xəsarət izləri aşkar edilməyib.

İlkin araşdırmalarla müəyyən edilib ki, 8 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım briqadası çağırış əsasında həmin gün saat 11:25-də İ.Quliyevanın yaşadığı ünvana gəlib və tibbi müayinə zamanı ölüm faktını qeydə alıb. Mərhumənin oğlu Orxan Nadirov və yaxın qohumlarının xahişi ilə meyit ölümün səbəblərinin müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Yasamal rayon şöbəsinə göndərilib.
Birliyin Yasamal rayon şöbəsi tərəfindən aparılmış ilkin müayinələrlə müəyyən edilib ki, ölümə səbəb hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması olub.

Hazırda rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO