DataLife Engine / “Eurovision-2016” mahnı müsabiqəsinin vaxtı açıqlanıb

“Eurovision-2016” mahnı müsabiqəsinin vaxtı açıqlanıb

İsveçdə “Eurovision-2016” mahnı müsabiqəsinin vaxtı açıqlanıb.
“Eurovision-2016” mahnı müsabiqəsinin vaxtı açıqlanıb
APA-nın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, əvvəlki illərdə olduğu kimi bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq. Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək.
Müsabiqə Stokholmda “Globen Arena”da keçiriləcək.
Bu il müsabiqədə 43 ölkənin nümayəndələri iştirak edəcək. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıblar. Ötən ilin debütant ölkəsi - Avstraliya iştirakını davam etdirir, Portuqaliya isə iştirakçısını göndərməkdən imtina edib.
Xatırladaq ki, 2015-ci ildə Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Beləliklə, “Eurovision” müsabiqəsini keçirmək hüququnu İsveç qazanıb.
13-03-2016, 13:21
Geri dön