DataLife Engine / "Nə olsun ki, qadın kimi geyinirəm, qeyrətim də, namusum da var" - Samiraldo

"Nə olsun ki, qadın kimi geyinirəm, qeyrətim də, namusum da var" - Samiraldo

"Nə olsun ki, qadın kimi geyinirəm, qeyrətim də, namusum da var" - Samiraldo














Tanınmış prodüsser Tarix Əliyevin (Tolik) həmyerlimizə pozğun deyən insanları Samiraldo ilə müqayisə etməsi çox keçmədi ki, qarşı tərəfi də biganə qoymadı. Belə ki, Tolik Türkiyədə terror zamanı dünyasını dəyişmiş həmyerlimiz Nuranəni sosial şəbəkədə pozğun adlandıran şəxsləri sərt şəkildə təndiq edib və onları Samiraldo ilə müqayisə edərək: "Samiraldo sizdən qeyrətlidir” deməsi stilist Samir Əliyevi (Samiraldo) də danışmağa məcbur etdi.

Danışan Samir Əliyev bir çox insandan qeyrətli olduğunu, yeri gələndə istənilən xanımı, istənilən bəyi qorumağa, müdafiə etməyə gücünün-qüvvətinin və qeyrətinin olduğunu bildirdi:

"Əvvəla onu qeyd edim ki, çox yalnış bir hərəkətdir hər hansısa bir Azərbaycan qadınını pozğun adlandırmaq, onu təhqir etmək monitor arxasından. Bu yeni il gecəsidir, o sözügedən gecə klubu isə çox səviyyəli bir yerdir. Yüzlərlə insan mədəni şəkildə yeni ili qarşılamaq üçün yola çıxır. Kimisi ailəsi ilə, kimisi barda, kimisi gecə klubunda, kimisi restoranda yeni il gecəsini qeyd edir. Bu nə cür yanaşmadır? İndi kimsə yeni ili küçədə qeyd edirsə demək ki, o küçə adamıdır? İkincisi də ki, o monitor arxasından yazanlar heç vaxt o insanın ailəsinin, doğmalarının qarşısına çıxıb o sözləri onların doğmalarına deyə bilməzlər. Elə monitor arxasından şirə dönüb qan qaratmaqdan başqa bir şey bilmirlər.

O ki, qaldı Tolikin məni onlarla müqayisə etməyinə mən onu deyim ki, mən bir çoxlarından qeyrətliyəm, yeri gələndə hər hansısa bir xanımı, yaxud hansısa bir bəyi müdafiə etməyə, qorumağa, tərəfin saxlamağa, müdafiə etməyə qeyrətim də, namusum da, gücüm də çatır. Mən indiyə qədər heç kimi təhqir etməmişəm, heç kimin xanımı haqqında nalayiq ifadə işlətməmişəm. Nə olsun ki, mən qadın kimi hərəkət edirəm, nə olsun ki, mən qadın kimi geyinirəm, mənim qeyrətim də, namusum da var. Tolikin sözündə həqiqət var. Çünki mən onlardan qeyrətliyəm, onlardan mərdəm”.
///Cebhe.info
3-01-2017, 16:10
Geri dön