Sərdar Cəlaloğlu Əli Kərimlini yıxıb sürüdü “Nədən çəkinirsən, Əli Kərimli?”
Siyaset
Oxunub: 861
12 mar 2016 | 19:24
Sərdar Cəlaloğlu Əli Kərimlini yıxıb sürüdü “Nədən çəkinirsən, Əli Kərimli?”
“Əli Kərimli hələ ki müraciətimizə rəsmi şəkildə cavab verməyib. Amma onun ətrafında olanlar guya təklifimizə ironiya ilə yanaşdıqlarını nümayiş etdirmək istəyirlər

Mən anlamıram, əgər partiya sədrinə məktub göndərilibsə, ona niyə başqası münasibət bildirməlidir ki? Gənclər təşkilatı nümayəndəsi və ya qərargahda çalışan adi işçi müraciəti cavablandırmaq səlahiyyətini kimdən alıb? Onda belə çıxır ki, AXCP-də nizamsızlıq hökm sürür və partiya sədrinin səlahiyyətləri mənimsənilib”.
Bu sözləri “Kaspi”yə açıqlamasında müxalifətin “Antiböhran Koalisiyası”na üzv Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AXCP-nin qurumun müraciətinə qeyri-ciddi yanaşması ilə bağlı fikirlərini bölüşərkən dedi və sözügedən partiyanın müxalifətdaxili inteqrasiyadan yayınması ilə bağlı mümkün hesab etdiyi səbəbləri açıqladı. Qeyd etdi ki, AXCP-yə göndərdikləri məktuba Ə.Kərimlidən başqa kiminsə cavab vermək hüququ yoxdur: “Hətta onun birinci müavini də bəyanat versə, biz onu məktubumuza cavab kimi dəyərləndirməyəcəyik. Əgər müraciət Əli Kərimliyə göndərilibsə, nəyə görə başqası məsələyə müdaxilə edir? İndiyə qədər Azərbaycan Demokrat Partiyasının rəhbərliyinə ünvanlanan məktuba rəhbərdən başqa heç kim cavab verməyib. Partiya adından danışmaq səlahiyyəti yalnız partiya sədrinə aiddir. Əgər Əli Kərimli başqalarına onun adından danışmaq səlahiyyəti verməyibsə, deməli, bütün deyilənlər boş və əsassızdır. Görünən odur ki, o partiyada sədr ağzını açmamış, məsələyə münasibət bildirməmiş, kim istəsə danışa bilər. Deməli, Əli Kərimli sədr kimi işinin öhdəsindən gələ bilmir. Ona görə də müraciətimizə başqaları münasibət bildirir. Ay insan, sən nə bilirsən, bəlkə sonra Əli Kərimli başqa cür qərar verəcək? Nəzərə çatdırım ki, AXCP-dəki bu cür münasibətlər sistemi onlar üçün xarakterikdir və partiyanın dağılmasının əsas səbəblərindən biri olub. Bu gün AXCP sıralarını tərk etmiş adamların əksəriyyəti əvvəllər bu cür davranışlar sərgiləyiblər. Bəlkə də üzvlər belə fikirlər səsləndirəndə Əli Kərimliyə xoş gəlir. Amma o, bir az keçmişi yadına salsın və partiya təcrübəsini xatırlasın”.

S.Cəlaloğlu bildirdi ki, Ə.Kərimli müraciətə cavab verməsə, bu, debatdan imtina kimi qəbul ediləcək: “Belə başa düşəcəyik ki, onun camaat içinə çıxmağa üzü yoxdur. Biz normal təklif irəli sürmüşük. Deyirik ki, bir zala yığışaq və məsələləri üzbəüz müzakirə edək. Partiyalararası münasibətlərin müzakirəyə ehtiyacı var. AXCP sədri ilə gənclərin və ya digər partiya üzvlərinin virtual aləmdə, əsasən də Feysbukda “lotuluq” etməsi haqda da danışmaq istəyirik. Qoy “feyk” profillə deyil, debata gələrək canlı-canlı, üzbəüz şəkildə fikirlərini bildirsinlər və dediklərini əsaslandırsınlar. Əgər bizim səhvimiz varsa, birbaşa özümüzə desinlər və nəyi düz etmədiyimizi izah etsinlər. Həmçinin özlərinin də nəyi düz etdiklərini hamıya elan etsinlər. Yəni hər bir tərəfin fikri xalqın iştirakı ilə səsləndirilsin, müzakirə edilsin. Nədən çəkinirsən, Əli Kərimli? Nədən qaçırsan? Əgər sən haqlısansa, insanlar səni dəstəkləyəcək. Biz onu yalnız öz üzvlərimizdən ibarət olan debata çağırmırıq ki. Tədbir açıq olacaq və xeyli sayda ürəyi istəyən vətəndaş iştirak edəcək. AXCP fəallarını və üzvlərini də ora qatılmağa dəvət etmişik. Həm onların mətbuat orqanı, həm də digərləri gəlib tədbiri işıqlandıra bilər. Hamının gözü qarşısında təşkil olunan debatda heç kim cığallıq edə bilməyəcək və bütün deyilən sözlərin arxasında kimin dayandığı hər kəsə məlum olacaq. Bizim məqsədimiz budur”.

Partiya sədri hesab edir ki, AXCP debata qatılarsa, çox maraqlı söhbətlər olacaq və müxalifətdaxili münasibətlərə xeyli aydınlıq gətiriləcək: “Əgər razı olmasalar, deməli, gizlənirlər, açıq müzakirədən qaçırlar. Əgər sənin mövqeyin düzdürsə, bunu gəlib böyük toplantıda, hamının içində səsləndirməkdən niyə çəkinirsən? Bildiyiniz kimi, Müsavat və Yeni Azərbaycan Partiyasına da müraciət göndərmişik. YAP təklifimizə demokratik münasibət göstərdi. Hətta biz məktub göndərməmişdən öncə debata hazır olduğunu açıqladı. İndi onlardan rəsmi cavab gözləyirik. Amma AXCP demokratik ola bilmədi və gənclər vasitəsilə ironik münasibət sərgilədi. Burada ironiya etməli nə var ki? İntellektual debata çağırılmağına o adam lağ edər ki, öz-özünə “mən hara, intellektual debat hara” sualını verib. Səni dəvət edən tərəf də lağlağı obyekti deyil. Orada vaxtilə Əli Kərimliyə rəhbərlik edən şəxslər təmsil olunur. Onlar nə intellektual səviyyələrinə görə, nə də vətənə, dövlətə bağlılığına görə Əli Kərimlidən aşağı adamlardır ki, durub bizə ironik cavab versinlər. Sən Pənah Hüseynin yanında işləyən adam olmusan. İndi partiya sədri olmaqla Allahın yanına qalxmamısan ki. Əsassız lağlağı, ironiya edən adamlar özləri gülünc durumda olanlardır. Biz onu debata dəvət etməklə istəyirik ki, digər müxalifət partiyalarında nəyi bəyənmədiyini gəlib hamının içində söyləsin. Özünü hamıdan ağıllı sayır. Gəl bunu əsaslandır. Kimi niyə satqın hesab etdiyini gəl debatda söylə və dediklərinin arxasında dur. Orada hamının bərabər sayda tərəfdarı olacaq”.

Həmsöhbətimiz məqsədlərinin indiyə qədər problem kimi görünən məsələlərə aydınlıq gətirmək olduğunu bildirdi. Dedi ki, problemlərin əmələ gəlməsinin səbəblərindən biri konfliktlərin birgə müzakirə olunmamasıdır: “Partiyalararası deyişmələr siyasət deyil. İnsanların siyasi səviyyəsini yüksəltmək lazımdır. Partiyalar hamısı bir-birindən küsüb. Ortada ancaq qeybət və narazılıqlar var. Bu, siyasət deyil. Təəssüf ki, insanların siyasi səviyyəsi getdikcə daha da aşağı düşür. AXCP müxalifətdaxili inteqrasiyadan niyə yayınır? Debatda bu suala cavab tapmaq istəyirik. Qoy gəlib öz səbəblərini səsləndirsinlər. Üzümüzə desinlər ki, sizin ağlınız çatmır və ya siz xəyanətkarsınız. Düşündüklərini bildirsinlər və cavablarını alsınlar. “Mən hamıdan yaxşıyam, qalan hamı pisdir” deməklə adam yaxşı olmur. Biz müxalifətdaxili münasibətləri müzakirə etmək istəyirik. Burada çəkinəsi nə var ki? Hamının gözü önündə debat təşkil olunsun və hər kəs partiya sədrlərinin həm mövqeyini, həm də nə cür davrandıqlarını görsün. Bildiyiniz kimi, bu günlərdə Müsavat Partiyası sədri Arif Hacılı ilə görüşdüm. Çünki o, mənimlə əlaqə saxladı və müraciətdə onun üçün qaranlıq qalan məqamların olduğunu bildirdi. Ona görə də üzbəüz görüşüb danışmağımızı istədi. Mən də etiraz etmədim. Əgər AXCP sədri də öncədən görüşüb nəyəsə aydınlıq gətirilməsini istəsə, onunla da görüşə bilərəm. Və yaxud da YAP tədbirin mahiyyəti ilə bağlı hər hansı bir sual ünvanlayarsa, biz onlara hər şeyi izah etməyə hazırıq. Kimsə bu cür tələblə çıxış etməyibsə, biz heç kimlə zorla görüşə bilmərik. Baş tutacaq debatın canlı yayımını da təşkil etmək istəyirik. Tədbirə internet televiziyaları ilə yanaşı, digər media qurumlarının da nümayəndələri gələ bilər. Zalda xeyli sayda vətəndaşın iştirak etməsini istərdik. Onlar tədbirə qatılmaqla istənilən partiya sədrinə açıq suallarını verə bilərlər. Artıq neçə ildir ki, bu cür debatlar təşkil olunmur. Partiyalararası münasibətlərlə bağlı bir çox suallar var. Onlara da aydınlıq gətirməyə çalışacağıq”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO