Qüdrət Həsənquliyev: “İndi birlikdə və güclü olmanın zamanıdır”
Siyaset
Oxunub: 878
14 mar 2016 | 20:09
Qüdrət Həsənquliyev: “İndi birlikdə və güclü olmanın zamanıdır”Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Ankarada baş vermiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyini bildirib.
BAXCP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiya sədri bu dəhşətli cinayətdən son dərəcə hiddətləndiyini və terrorizmi qətiyyətlə pislədiyini deyib: “Terror aksiyası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türk xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
Q. Həsənquliyevin sözlərinə görə, baş verən hadisə heç bir halda Türkiyə prezidentinin Azərbaycana səfərinin təxirə salınmasına səbəb olmamalıdır: “Artıq ikinci dəfədir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində Ankarada dəhşətli terror aksiyası həyata keçirilir. Baş verənlər terror aksiyalarının Azərbaycanla Türkiyənin yaxınlaşmasında maraqlı olmayan qüvvələr tərəfindən sifariş və icra olunduğu ehtimalını gücləndirir. Bu baxımdan indi Azərbaycan-Türkiyə əlaqələrinin gücləndirilməsinə və inkişaf etdirilməsinə daha çox ehtiyac var. Hesab edirəm ki, qardaş ölkə prezidentinin səfəri bütün hallarda gerçəkləşdirilməli və bu müstəvidə Azərbaycanla Türkiyənin yaxınlaşmasını istəməyən qüvvələrə tutarlı cavab verilməlidir. İndi birlikdə və güclü olmanın zamanıdır”.
BAXCP sədri hesab edir ki, Türkiyədə terror aksiyalarını gerçəkləşdirən PKK-PYD və digər bu kimi terror təşkilatları bölgədə maraqları toqquşan xarici güclər tərəfindən maliyyələşir və idarə olunur: “Təəssüf ki, belə terror təşkilatlarını müdafiə edənlərin sırasında Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına mane olmağa çalışan ölkələrlə yanaşı Türkiyənin ənənəvi müttəfiqləri də var. Buna baxmayaraq, Türkiyə bölgədə öz iyrənc ssenarilərini gerçəkləşdirməyə cəhd göstərən güclərin təzyiqləri qarşısında geri çəkilməməli, terrorçu qrupların məhv edilməsi istiqamətində daha sərt və güzəştsiz addımlar atmalıdır”.
Q. Həsənquliyev belə məsələlərdə demokratiya oyunlarının dövlətin təhlükəsizliyinə ciddi zərbə vuracağını və daha ağır nəticələrə yol aça biləcəyini vurğulayıb: “Təkcə terrorçulara deyil, eyni zamanda terror aksiyaları zamanı qətlə yetirilən yüzlərlə günahsız insanın qanı üzərindən siyasət yürütməyə çalışan, terror təşkilatlarının müdafiəsinə qalxan, onlara siyasi dəstək verənlərə qarşı da sərt, çevik və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir”.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO