Qubad İbadoğlu: "İqtisadiyyat həyəcan təbili çalır, hökumət - bayram təbili"
Siyaset
Oxunub: 923
22 mar 2016 | 15:35
İqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycan iqtisadiyyatında başlanan tənəzzüllə bağlı məqalə yazıb. İbadoğlunun Facebook səhifəsində dərc etdiyi məqaləsini təqdim edirik.

Azərbaycan iqtisadiyyatı bu ildən başlayaraq tənəzzülə qədəm qoyub. İlk iki ayda Ümumi Daxili Məhsul (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə bütövlükdə 3,2 faiz, o cümlədən qeyri-neft ÜDM-i 5,5 faiz aşağı düşüb. Bu dövr ərzində tikinti quraşdırma işləri ötən ilə nisbətən 33,4 faiz, nəqliyyatda yük daşıması 5,3 faiz azalıb. İlin ilk ayında dövlət büdcəsinin nəzərdə tutulan gəlirlərinin hər 5 manatından 4-ü toplanıb, planlaşdırılan xərclərin isə hər 5 manatından 2-si icra olunub.

Bu ilin ilk ayında xarici ticarət dövriyyəsinin həcmi ötən ilki səviyyəsinin dördə üçünü təşkil edib. Qeyri-neft ixracatı isə həmin dövrlə müqayisədə demək olar ki, yarıbayarı azalıb. Qərarlaşmış tendensiyalar arasında ən çox narahatlıq doğuran dərin tənəzzül meyllərinin daha çox qeyri-neft bölməsinin istehsalında və ixracatında müşahidə olunmasıdır.

Qubad İbadoğlu: "İqtisadiyyat həyəcan təbili çalır, hökumət - bayram təbili"Bu ilin ilk ayında xarici ticarət dövriyyəsinin həcmi ötən ilki səviyyəsinin dördə üçünü təşkil edib. Qeyri-neft ixracatı isə həmin dövrlə müqayisədə demək olar ki, yarıbayarı azalıb.
Dövr ərzində istehlak qiymətləri indeksi 11,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,8 faiz, qeyri-ərzaq məhsullarının 15,7 faiz artıb. Bunun qarşılığında isə əhalinin gəlirləri 10 faiz artıb. Artıq hətta ümumi inflyasiya səviyyəsi əhalinin hətta nominal gəlirlərinin artımını belə qabaqlamağa başlayıb. Bu müddət ərzində xidmətlər və pərakəndə ticarət dövriyyəsində qeydə alınan artımı da daha çox qiymətlərin bahalaşması şərtləndirib.

Kapital bazarında ilk 2 ayda kredit qoyuluşlarının 14 faiz artması müqabilində problemli kreditlərin artım sürəti onu 2 dəfə üstələyərək 27,5 faiz olub.

Göründüyü kimi,

ilin ilk iki ayının müxtəlif nəticələrində qərarlaşmış mənfi tendensiyalar milli iqtisadiyyatın cağdaş durumunun ağır vəziyyətdə olduğunu təsdiq edir. Təqdim olunan rəsmi göstəricilər iqtisadiyyatdakı böhranın getdikcə şaxələndiyini, daha çox qeyri-neft istehsal bölməsinə, kapital, investisiya və maliyyə bazarlarına sirayət etdiyini, nəticədə də əhalinin sosial vəziyyətinin pisləşdirdiyini göstərir.

Bu ilin start göstəricilərinin mənfi yöndə formalaşması Azərbaycan hökumətindən təxirəsalınmaz tədbirlər tələb edir. Hökumət isə həmişəki kimi gecikir, hələ də cari il üçün nə böhranı qabaqlayıcı proqrama və nə də böhran dövründə tədbirlər planına və çevik idarəetmə strukturuna malik deyil. Bununla yanaşı, hökumətin son zamanlar atdığı bir sıra addımlar kompleks islahat proqramının və sistemli yanaşmanın tərkib hissəsi olmadığına görə ciddi effekt vermir. Tənəzzül isə artıq üçüncü aydır ki, davam edir, hökumət isə müddətinə görə analoqu olmayan bayram tətili keçirir ("Amerikanın səsi").

musavat.com
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb