Azərbaycanın gələcək inkişafı bu amildən asılıdır
Siyaset
Oxunub: 1 028
23 mar 2016 | 00:54
Azərbaycanın gələcək inkişafı bu amildən asılıdır










Ölkəmizin regiondakı vəziyyəti ilə bağlı Avropanın, Rusiyanın və ABŞ-ın bir-birindən fərqli maraqları var

Siyasi təhlilçilərin fikrincə, neft ixrac edən ölkələrdə "qara qızı"dan asılılıqla avtoritarizmin güclənməsi arasında birbaşa əlaqə mövcuddur. Vaşinqton demokratik dəyərlərin təminatı məsələsini nəzərdə tutanda bunu ilk növbədə öz vətəndaşlarına şamil edir. Digər ölkələrə bu dəyərlərin tətbiqi məsələsinə gələndə isə, burada maraqlar daha üstün gəlir.

Azərbaycana qarşı təzyiq cəhdləri demokratik prinsiplərə ziddir

Konkret Azərbaycana gəldikdə, ölkəmizdən bir çox layihələrdə tranzit ölkə kimi istifadə olunur. Bu da hakimiyyətə müəyyən dividendlər verməmiş deyil. Prinsipcə, tərəflər rəsmi Bakıdan nə istədiyini açıqlayıb.

Vaşinqton Qarabağla bağlı müharibə barədə fikirləşməmək, enerji layihələrində Qərbin yanında olmaq, Rusiya və İrana qarşı sərt mövqe ortaya qoymaq tələb edirsə, Moskva Avrasiya İttifaqı ilə bağlı tələblər irəli sürür. Rəsmi Bakı isə növbəti dəfə balanslaşdırılmış siyasətə dayanaraq, manevrlərini davam etdirmək fikrindədir.

İlk baxışdan Azərbaycan hakimiyyəti Qərbin təzyiqləri qarşısında geri çəkilir və enerji daşıyıcılarından yenə də "kozır" kimi faydalanmaq niyyəti güdür. Lakin bütün bunlar Qərbin təzyiqlərini azaltmır. Maraqlısı odur ki, bu dəfə rəsmi Bakını birmənalı mövqe sərgiləmək də geosiyasi böhrandan azad edə bilmir.

Geosiyasi reallıqlar isə Bakıdan bunu tələb edir. Moskvanın Suriyadan uzaqlaşmasından sonra Rusiya üçün Azərbaycan böyük önəm kəsb edir. Maraqların başqa bir qrupu isə regiondakı ciddi qarşıdurma ilə bağlıdır. Burada söhbət təkcə enerji maraqlarının toqquşmasından getmir. Azərbaycanın regiondakı vəziyyətiylə bağlı Avropanın, Rusiyanın və ABŞ-ın bir-birindən fərqli maraqları var.

Üçüncü maraqlar qrupu isə İranla bağlı olan məsələlərdir ki, Qərbin Tehranla münasibətlərində Azərbaycanın konkret yeri və rolu var. Sonuncu — dördüncü qrup isə bütövlükdə Qərbin regiona münasibətinin hələ qeyri-müəyyən olmasını göstərir. Qərb bu günə qədər müəyyənləşdirməyib ki, Cənubi Qafqaz regionu onun üçün hansı əhəmiyyəti daşıyır?

Yəni, Cənubi Qafqaz Qərb üçün bir xammal mənbəyidir, tranzit vasitəsidir, yoxsa vahid Avropanın tərkib hissəsidir. Bu məqəmlara aydınlıq gətirildikdən sonra, Qərb regionda baş verən proseslərə, o cümlədən ölkələrin daxilində cərəyan edən hadisələrə öz münasibətini dəqiq bildirəcək. Azərbaycanın gələcək inkişafı da məhz bu amil ilə bağlıdır…
Dünən, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Dünən, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Dünən, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 14:34
Akademik Zərifə Əliyeva
Dünən, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Dünən, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Dünən, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Dünən, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Dünən, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Dünən, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Dünən, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Dünən, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Dünən, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Dünən, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Dünən, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Dünən, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Dünən, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Dünən, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Dünən, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Dünən, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Dünən, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Dünən, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
15-04-2024, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
15-04-2024, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
15-04-2024, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
15-04-2024, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR