Siyavuş Novruzov: “Biz siyasi partiyalarla istənilən məsələnin müzakirəsinə hazırıq”
Siyaset
Oxunub: 759
1 apr 2016 | 18:47
Siyavuş Novruzov: “Biz siyasi partiyalarla istənilən məsələnin müzakirəsinə hazırıq”““Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi partiyaların YAP-a görüşlə bağlı müraciətində konkret müzakirə mövzuları göstərilməyib”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, bəzi müxalif partiya rəhbərlərinin YAP-a müraciətində konkretlik yoxdur və bu haqda hər hansı sənəd təqdim edilməyib: “Konkret bir proqram, plan, layihə ortada yoxdur. Biz nəyi müzakirə edəcəyik?! Yeni Azərbaycan Partiyası və iqtidar istənilən məsələnin müzakirəsinə hazırdır. Bilirsiniz ki, YAP-ın tərkibində Dialoq Komissiyası fəaliyyət göstərir və buna da Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov rəhbərlik edir. Keçən il Azərbaycanda qeydiyyatdan keçmiş partiyaların böyük əksəriyyətinin iştirakı ilə 4 dəfə görüş keçirilib, müxtəlif təkliflər irəli sürülüb və bunlar ardıcıl şəkildə müzakirə olunub. Amma hər bir müzakirənin əsasında bir sənəd dayanmalıdır. Məsələn, parlamentdə qanun layihəsi olmalıdır ki, onu müzakirə edəsən. Bu gün də hər hansı bir siyasi partiya, ya da koalisiya bir məsələ qaldırırsa, ekspertlərin hazırladığı konkret bir sənəd ortaya qoymalıdır ki, bununla bağlı müzakirə getsin. Yenə təkrar edirəm ki, ortada konkret məsələ olmalıdır. Təəssüflər olsun ki, onlar belə bir sənəd ortaya qoymayıblar”.
Xatırladaq ki, Azərbaycanda bəzi müxalifət partiyalarının iştirakı ilə yaradılan “Anti-böhran koalisiyası” ölkədəki ictimai-siyasi vəziyyətin birgə müzakirəsi üçün YAP-a müraciət edib. Koalisiyaya Böyük Azərbaycan, (BAP), Klassik Xalq Cəbhəsi (KXCP), Azadlıq, “Gələcək Azərbaycan”, Milli Konqres MKP), Azərbaycan Liberal Demokrat (ALDP), Azərbaycan Xalq (AXP), Aydınlar, Ümid, Dünyəvi Bozqurd, Vətəndaş və İnkişaf (VİP) partiyaları, “Ağ Blok” daxil olub. ADP isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak etməyə üstünlük verib.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ