GALLERY Prezident İlham Əliyev Vaşinqtonda Çexiyanın Baş naziri və ABŞ dövlət katibinin müavini ilə görüşüb
Siyaset
Oxunub: 834
2 apr 2016 | 19:59
 GALLERY Prezident İlham Əliyev Vaşinqtonda Çexiyanın Baş naziri və ABŞ dövlət katibinin müavini ilə görüşübAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Vaşinqtonda Çex Respublikasının Baş naziri Bohuslav Sobotka ilə görüşüb.

Azerinfo.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan-Çexiya münasibətlərinin indiki səviyyəsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın əlaqələrin daha da inkişafına töhfə verdiyini qeyd etdi. Azərbaycan ilə Çexiya arasında yaxşı dostluq münasibətlərinin mövcud olduğunu deyən dövlətimizin başçısı siyasi sahədə də əlaqələrin yüksək səviyyəsinin məmnunluq doğurduğunu vurğuladı. Prezident İlham Əliyev siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı Avropa İttifaqı ilə strateji əməkdaşlıq sənədi üzərində iş aparıldığını da dedi.

Çexiyanın Baş naziri Bohuslav Sobotka belə səfərlərin və görüşlərin mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Cənubi Qafqazda Azərbaycanı Çexiyanın əsas tərəfdaşı hesab etdiyini bildirən Bohuslav Sobotka ölkəsinin enerji və enerjinin şaxələndirilməsi sahələrində əməkdaşlığa böyük önəm verdiyini dedi. O, həmin istiqamətdə Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını vurğuladı. Bohuslav Sobotka Çexiyanın hərbi-texniki, müdafiə sənayesi sahəsində, həmçinin "Cənub Qaz Dəhlizi" layihəsinin icrası ilə bağlı Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini dedi. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirən Bohuslav Sobotka Çexiyanın bu əməkdaşlığa töhfə vermək imkanlarından danışdı.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Vaşinqtonda ABŞ dövlət katibinin müavini Tomas Şennon ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidenti ABŞ-a səfərinin yekunları ilə bağlı fikirlərini bölüşərək məmnunluğunu ifadə etdi, bu səfərin uğurla keçdiyini vurğuladı. Prezident İlham Əliyev səfərin və səfər zamanı keçirilən görüşlərin strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin artıq yeni mərhələyə qalxması işinə töhfə verdiyini bildirdi.

ABŞ dövlət katibinin müavini Tomas Şennon dövlətimizin başçısının Vaşinqtondakı uğurlu görüşlərinin maraqla izlənildiyini diqqətə çatdırdı. O, ABŞ-ın Azərbaycan ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd etdi və əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da uğurla genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, energetika, iqtisadiyyat, ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!