Prezidentin köməkçisi: “Ermənistan beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymur, atəşi davam etdirir"
Siyaset
Oxunub: 775
3 apr 2016 | 16:54
Prezidentin köməkçisi: “Ermənistan beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymur, atəşi davam etdirir""Hazırda Azərbaycan Ordusu birtərəfli qaydada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, o cümlədən Minsk Qrupuna həmsədr olan ölkələrin və digər beynəlxalq təşkilatların müraciətlərini nəzərə alaraq, aktiv hərbi əməliyyatları dayandırıb, öz mövqelərini möhkəmlədərək atəşkəs rejiminə əməl edir. Sadəcə, silahlı qüvvələrimiz ermənilərin hələ də davam edən hücum cəhdlərindən müdafiə olunur və lazımi cavab verir".
Bunu APA-ya müsahibəsində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, aprelin 2-də Ermənistanın Azərbaycan ordusunun mövqelərini, ətraf kəndləri, qaçqın düşərgələrini intensiv atəşə tutmasına cavab olaraq silahlı qüvvələrimiz hücuma keçmiş və vacib, strateji əhəmiyyət kəsb edən yüksəkliklərə nəzarəti ələ keçirmişdir. Hazırda isə ordumuz fəal hərbi əməliyyatları dayandırıb, yalnız müdafiə tədbirləri görür: "Amma ermənilər hələ də Azərbaycan mövqelərinə hücum edir, hətta bəzən daha intensiv şəkildə, bütün növ silahlardan atəş açırlar. Bu da onu göstərir ki, Ermənistan beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk Qrupunun çağırışlarına məhəl qoymur, mövcud qarşıdurmanı davam etdirmək istəyir".
Ə. Həsənovun sözlərinə görə, prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında da vurğulanıb ki, Ermənistan növbəti dəfə təxribata əl atıb və bu təxribat cəbhə bölgələrində silahlı qarşıdurmaya şərait yaradıb: " Azərbaycan ordusu müdafiə olunub, sonra da əks-hücuma keçərək bu təxribata kifayət qədər layiqli cavab verib. Azərbaycan ordusu bu gün işğal altındakı əraziləri azad etmək iqtidarındadır. Bu reallığı biz davamlı olaraq təxribatçı Ermənistana nümayiş etdirmişik və gələcəkdə də nümayiş etdirəcəyik. Azərbaycan bütün lazımi tədbirləri görməklə bərabər, ATƏT çərçivəsində danışıqların bərpa olunmasına və məsələnin sülh yolu ilə həllinə hazırdır".
Prezidentin köməkçisi onu da bildirib ki, Azərbaycan son proseslərlə bağlı həm beynəlxalq medianın, həm də sosial şəbəkə istifadəcilərinin obyektiv məlumat alması üçün zəruri tədbirlər görür: "Biz Azərbaycanın mövqeyi, baş vermiş hadisələrin təfsilatı ilə bağlı lazımi informasiyaları hər yerə çatdırırıq. Biz ermənilərin həm cəbhədəki, həm də informasiya məkanındakı təxribatına layiqli cavab veririk”.
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır