Nazir: “Ermənistan-Azərbaycan münaqişəsi regional təhlükəsizlik üçün əsas təhdiddir”
Siyaset
Oxunub: 918
6 apr 2016 | 19:36
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir: “Ermənistan-Azərbaycan münaqişəsi regional təhlükəsizlik üçün əsas təhdiddir”
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb və münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.
Həmçinin Azərbaycan və İranın regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfələri önə çəkilib, 5-6 aprel tarixlərində Xəzər dənizinin hüquqi statusuna dair Xəzəryanı dövlətlərin Bakıda keçirilmiş iclasının əhəmiyyəti qeyd olunub.
Azərbaycan və İran arasında iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, iki ölkəni birləşdirən nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəmir yolu xəttinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
E. Məmmədyarov İranda keçirilmiş Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin dördüncü görüşünün əhəmiyyətinə toxunaraq, üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə əməkdaşlığının regional inkişafa xidmət etdiyini qeyd edib. O, Ermənistan-Azərbaycan münaqişəsinin regional sülh və təhlükəsizlik üçün əsas təhdid doğurduğunu diqqətə çatdırıb. Nazir beynəlxalq ictimaiyyətin mövcud “status-kvo”nun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini bildirərək, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu vurğulayıb.
İ. Rəhimpur isə Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu söyləyərək, əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. O, ölkəsinin regional sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə İranın da öz töhfəsini verməyə hazır olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR