Vaqif Dərgahlı: Erməniləri hələ çox “sürprizlər” gözləyəcək
Siyaset
Oxunub: 1 010
7 apr 2016 | 12:00
Vaqif Dərgahlı: Erməniləri hələ çox “sürprizlər” gözləyəcək











“Torpaqlarımızı işğaldan azad etməklə qələbə çalacağıq”

Ermənistan prezidenti Serj Sarkisyan, eləcə də bu dövlətin yüksək çinli hərbi rütbəliləri və müxtəlif ekspertlərinin son döyüşlərdən sonra Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüvvəsini, əsgərinin rəşadətini etiraf etməsi həqiqətən düşmənin nə qədər qorxu və vahimə içində olmasını bir daha göstərdi və sübut etdi.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın gücü barədə fikirlərinə münasibət bildirərkən deyib.

“Ordumuz həqiqətən bu gün ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin və dövlətimizin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunub.

Silahlı Qüvvələrimiz ən müasir silah-sursat, döyüş texnikası, elmin ən son nailiyyətləri ilə hazırlanmış yüksək dəqiqlikli döyüş sursatları, düşmənlə birbaşa kontaktda olmadan onu uzaq məsafədən məhv etməyə qadir olan digər hərbi vasitələrlə təchiz edilib.

Silahlı Qüvvələrimiz son döyüşlərdə düşmənə qarşı tətbiq etdiyi vasitələr hələ hərbi potensialımızda olanların yalnız cüzi bir hissəsidir.

Əgər erməni tərəfi bizə qarşı təxribatları yenə də davam etdirərsə və işğal etdiyi əraziləri tərk etməzsə, onları hələ çox “sürprizlər” gözləyəcək. Ordumuzun silahlanmasında olan döyüş texnikası, silah və sursatlar imkan verir ki, düşmənə qarşı daha dəqiq, dağıdıcı gücə malik vasitələrlə onu sülhə məcbur edərək torpaqlarımızın azad edilməsini təmin edək.

Silahlı Qüvvələrimizin, o cümlədən xalqımızın döyüş ruhu, qələbə əzmi yüksək səviyyədədir və biz düşmənin istənilən təxribatına layiqli cavab verməklə bu haqq işində onu məhv edib torpaqlarımızı işğaldan azad etməklə qələbə çalacağıq!” – deyə, V.Dərgahlı bildirib.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...