Bu da CAVAB - RƏSMİ
Siyaset
Oxunub: 4 864
7 apr 2016 | 13:36
Bu da CAVAB - RƏSMİ











İsrail yenidən alovlanan Qarabağ münaqişəsinə münasibətdə bitərəf qalmağa çalışır. Bununla bağlı Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Jerusalem Post” qəzetinə müsahibəsində deyib ki, ölkəmiz İsrailin bu məsələ barədə öz mövqeyini bildirməsində maraqlıdır.

Jurnalistin “Siz hörmət və ehtiram bəslədiyiniz İsraildən nə gözləyirsiniz” sualının cavabında Əli Həsənov deyib: “Biz istərdik ki, İsrail burada baş verən hadisələrə münasibətini bildirsin. İsrail dünya birliyinin və ATƏT-in üzvü kimi Ermənistandan atəşi dayandırmasını, danışıqlara başlamasını və beynəlxalq hüquq normalarına hörmət etməsini tələb edə bilər”.

Əli Həsənov bildirib ki, İsrail Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan öz tərəfdaşlarından gözləyir ki, onlar ölkəmizin işğal edilmiş ərazilərində qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilmiş aqressiv hərbi provokasiya ilə bağlı son hadisələrə münasibət bildirsin.

Bəs İsrailə xüsusi önəm verilməsi nə ilə bağlıdır? İsrailin mövqeyi bu qədərmi əhəmiyyətlidir və hansı təsirləri ola bilər?

AZXEBER.COM xəbər verir ki, siyasi ekspert Bəxtiyar Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycan son günlərdə öz haqlı mövqeyinin dünyaya çatdırılması, Ermənistanın danışıqlar masasına oturması və konstruktiv mövqe göstərməsi üçün müxtəlif yollarla təzyiqlərə çalışır. Əli Həsənovun İsraildən Azərbaycanın strateji tərəfdaş kimi ortaya mövqe qoyması gözləntisi çox güman ki, İsrailin Ermənistana birbaşa təsir imkanlarına görə yox, İsrailin aparıcı Qərb dövlətlərində, xüsusilə ABŞ-da çox güclü lobbi təşkilatlarının olmasına görədir: “Heç kimə sirr deyil ki, ABŞ-da müxtəlif postlara, o cümlədən ABŞ prezidentliyinə namizədliyini irəli sürən siyasətçilər Amerikadakı AIPAC kimi yəhudi lobbi təşkilatlarının dəstəyini qazanmağa çalışırlar. Azərbaycan prezidenti İlham Əliyev də Vaşinqtona son səfərində AIPAC liderləri ilə görüşdü. Yəhudi lobbi təşkilatları dünyanın bir çox ölkələrində ictimai rəyə, siyasətçilərin qərarlarına təsir edə bilərlər. Bu baxımdan da Əli Həsənovun İsraildən Qarabağ münaqişəsi ilə bağlı mövqe gözləntisini birbaşa İsrailin Ermənistana təzyiqi kimi yox, İsrailin öz lobbi təşkilatları vasitəsilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, münaqişənin həlli istiqamətində addım atması xahişi kimi qəbul etmək lazımdır”.

Yeni AXCP-nin rəhbəri Razi Nurullayev isə bildirib ki, Azərbaycan tərəfi özündə haqq görməsəydi, İsrailin bizi müdafiə etməsi gözləntisini dilə gətirməzdi. Əli Həsənov da bu gözləntidən çıxış edərək, İsraili Dağlıq Qarabağda baş verən son olaylara münasibət bildirməyə səsləyib: “Bu da özünü çox gözlətmədi. İsrailin keçmiş xarici işlər naziri Aviqdor Liberman artıq münasibət bildirib və Azərbaycanı açıq şəkildə dəstəkləyib. Azərbaycanla İran arasında son zamanlara kimi davam edən soyuq münasibətin qayəsində dayanan məsələlərdən biri də Azərbaycanın İsrail dövləti ilə yaxşı münasibətlər saxlaması və dostluq etməsi olub. Ölkəmiz İsraillə həm hərbi, həm də digər sahələrdə çoxmilyardlıq işlər görüb. Bu, kiçik vəsait deyil. Əlavə olaraq, Azərbaycan Fələstin məsələsində Türkiyə qədər İsrailin üzərinə getməyib. Ümumiyyətlə, Azərbaycan qədər İsraillə isti və dostluq münasibəti saxlayan ikinci müsəlman dövləti yoxdur. Hətta Azərbaycan Türkiyə-İsrail münaqişəsində İsraillə kiçik bir körpünü belə yandırmadı. Azərbaycanın İsrail dövlətinə qarşı yaxşı münasibəti presedentsiz bir haldır. Ona görə də Azərbaycan tərəfi İsrail dövlətinə ərklə nəsə deyə bilir”.

İsrailin sabiq xarici işlər naziri, İsrail - “Bizim evimiz” Partiyasının rəhbəri Aviqdor Libermanın açıqlamasında isə deyilir ki, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi regionun tarixinə, coğrafiyasına, demoqrafik faktlara əsaslanır. Azərbaycan beynəlxalq birlik tərəfindən qəbul edilmiş normalar çərçivəsində özünü çox məsuliyyətlə aparır.

O vurğulayıb ki, qoşunların təmas xəttində istənilən provokasiyalar beynəlxalq hüquqların pozulmasıdır. Ermənistanın olayın ciddiliyini tamamilə anlayacağını deyən Liberman İrəvanın özünü hüquq normaları çərçivəsində aparacağına ümid etdiyini bildirib: “Mən çox ümid edirəm ki, beynəlxalq cəmiyyət, ATƏT-in Minsk Qrupu indiki halda obyektiv olacaq, faktlara əsaslanacaq, birtərəfli mövqe ortaya qoymayacaq”.

Onun sözlərinə görə, beynəlxalq cəmiyyətin dəqiq mövqeyi münaqişənin həllində çox əhəmiyyətli rol oynaya bilər: “Son hadisələr göstərdi ki, münaqişənin uzanması real faktlardan, obyektiv mövqedən uzaqlaşmağa, problemin həllinə yardımçı olmur. Biz sözsüz ki, Azərbaycan xalqını dəstəkləyirik. Azərbaycan rəhbərliyinin sərgilədiyi ədalətli mövqeni təəssüf ki, başqaları göstərmir”.
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO