Azərbaycan XİN xarici media jurnalistlərinə müraciət edib
Siyaset
Oxunub: 974
12 apr 2016 | 14:00
Azərbaycan XİN xarici media jurnalistlərinə müraciət edibAzərbaycan XİN xarici media jurnalistlərinə müraciət edib
Xarici İşlər Nazirliyi xarici medianın ermənilərin nəzarət etdiyi Azərbaycan ərazilərinə getmələri üçün Azərbaycanın rəsmi orqanlarından icazə almasını vacib sayır.
Musavat.com-un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir:
“Rəsmi Yerevan 2 aprel tarixindən etibarən “Ermənistan silahlı qüvvələrinin təxribatçı və təhrikçi əməlləri ilə cəbhədə yaranan gərginlik, təmas xətti boyunca sıx yaşayan Azərbaycan əhalisinin artilleriya və digər ağır silahlardan atəşə tutulması və nəticədə mülki insanlar arasında ölüm və yaralanma hallarına görə daşıdığı siyasi-hüquqi məsuliyyətdən diqqəti yayındırmaq və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə işğal olunmuş Azərbaycan ərazilərinə xarici media nümayəndələrinin səfərlərini təşkil etməyə cəhd edir”, mətbuat xidməti qeyd edir.
Məlumatda deyilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi xarici medianın qoşunların təmas xəttində yaranmış gərginliyə marağını və peşəkar fəaliyyətini həyata keçirmək zərurətini anlayaraq, aşağıdakı qaydalara əməl edilməli olduğunu bildirir:
- Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində jurnalist fəaliyyətini həyata keçirmək niyyətində olan xarici media nümayəndələri əvvəlcədən Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Müraciətlər XİN-in internet saytı vasitəsilə elektron akkreditasiya formasında göndərilə bilər.

- Obyektivliyi və tarazlığı təmin etmək, birtərəfli yanaşmaya yol verməmək və beynəlxalq ictimaiyyəti düzgün məlumatlandırmaq üçün Ermənistan silahlı qüvvələrinin əməlləri nəticəsində qoşunların təmas xətti boyunca mülki Azərbaycan əhalisinə və obyektlərə dəymiş zərər də işıqlandırılmalıdır.

- Xarici mediaya Ermənistan tərəfinin beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş dezinformasiya, yalan və təxribat xarakterli məlumatlarına, tərtib etdiyi qurama səhnələrə və yaydığı materialların səhihliyinə diqqətlə yanaşmağı tövsiyə edirik.

Öz növbəsində, rəsmi Yerevan Azərbaycan XİN-nin bu xəbədarlığına hələ münasibət bildirməyib.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO