Müsavat Partiyasında da parçalanma qaçılmaz oldu
Siyaset
Oxunub: 1 549
4 okt 2014 | 16:17
Müsavat Partiyasında da parçalanma qaçılmaz olduTahir Kərimli: "Müsavatın parçalanması təkcə seçki ilə bağlı deyil"

Müsavat qurultayı bitsə də, başqan olmaq uğrunda söz-söhbət davam edir. Məğlublar yeni iddialar ortaya atırlar. Onların fikrincə, seçki zamanı ədalət prinsipi pozulub. Arif Hacılının başqan seçilməsindən narazı qalanlar artıq istefa anonslarını səsləndirirlər. Məsələn, qurultayda başqanlığa namizədliyini Qubad İbadoğlunun xeyrinə geri götürən Səxavət Əlisoy qurultayın şəffaf keçirilmədiyini iddia edir. Hətta o, bununla bağlı 7 əsas gətirib. Başqanlığa namizədlərdən Tural Abbaslı o qədər aqressiv görünməsə də, anası, veteran müsavatçı Başxanım Abbaslı Müsavatda Putin-Medvedyev variantının olduğunu deyir. Başqanlıq yarışında ikinci olan Qubad İbadoğlu da ədalətdən narazı qalan tərəfdir. Məlumatlara görə, Müsavat Partiyasının başqanlıq yarışında rəqibi Arif Hacılıya 28 səs fərqi ilə məğlub olan Qubad İbadoğlu tərəfdarlarını görüşə çağırıb. O, növbəti addımlar barədə qərar vermək üçün məsləhətləşməyə ehtiyac olduğunu bildirib: "Müzakirələrimiz göstərir ki, daha geniş formatda toplaşmağa ehtiyac var. Müsavatın bu gününü və gələcəyini müzakirə etmək, hər birinizi dinləmək, sizlərdən bu istiqamətdə fikirlər almaq və eyni zamanda mövqeyimizi bölüşmək, eləcə də növbəti addımlarımızı müəyyənləşdirmək üçün sizləri oktyabrın 6-da saat 15-də Müsavat Partiyasının mərkəzi qərargahında görüşə dəvət edirəm". Məhz burada onun və tərəfdarlarının Müsavatdan ayrılması istisna edilmir. Şərhçilərin də fikrincə, qurultay Müsavatda faktiki parçalanmanın əsasını qoyub. Bundan sonra qopmalar, hətta fərqli cəbhələrə bölünmələr istisna edilmir.
Qurultayın nəticələrini şərh edən Vəhdət Partiyasının sədri Tahir Kərimlinin fikrincə, Müsavatda parçalanmanı gözləmək mümkündür: "Ən azından Qubad İbadoğlu 6 oktyabrda öz tərəfdarlarını Müsavat qərargahına dəvət edib, müzakirələr aparacaq. Düzdür, özü bəyan edir ki, partiyada mübarizəni davam etdirəcək. Ancaq dərhal bildirir ki, verəcəyimiz kollegial qərar olacaq, tək mənim qərarım olmayacaq. Hətta Səxavət Əlisoy və digər namizədlər istefa vermək məsələlərini gündəmə gətiriblər. Hansı qərarın olacağı zamanın işidir. Güman ki, dərhal parçalanma olmasa da belə, gələcəkdə bu proses qaçılmazdır. Çünki, Tural Abbaslı da bir qədər təmkinli danışsa belə, anası açıqca narazılığını bildirdi. Yəni, qurultayın nəticələrindən əks tərəf narazı qalıb. Onlar öz arqumentlərini bildiriblər ki, seçkiöncəsi təbliğat olunub. İsa Qəmbərin adından istifadə edilib".
Tahir Kərimlinin sözlərinə görə, Müsavatın parçalanması təkcə seçki ilə bağlı deyil: "Yalandan qurultayın vaxtını uzadırdılar. Müsavat partiyasından uzaqlaşmağa bəhanə axtarırdılar. Əllərində əsas görmək istəyirdilər. Qurultay da belə bir əsas verdi. Hətta nəticə digər tərəfin xeyrinə olsaydı da, başqa cür aşınmalar baş verəcəkdi. Məlumdur ki, Arif Hacılı ilə İsa Qəmbər birgə Polşaya səfər edəcəklər. Guya ki, birgəlik nümayiş etdirirlər. lakin maraqlıdır ki, İsa Qəmbərin yaxın çevrəsində olan bir çox insanlar Qubad İbadoğlunu dəstəklədi. Eyni zamanda, elitada təmsil olunan Mehman Cavadoğlu, Hikmət Hacızadə və s. açıqca Qubad İbadoğlunu müdafiə ediblər. Bütün təşkilatı strukturlar əvvəldən Arif Hacılının rəhbərliyi ilə qurulduğundan kütləvi səsvemədə bu amil özünü göstərdi. Ancaq partiya elitasında Arif Hacılını qəbul etməyənlər də çoxdur. Ona görə də aşınmalar davam edəcək. Müsavatın, AXCP-nin duruşu isə onların liderlərinin səyinə görə deyil, biri əsl Müsavatın, digəri isə AXC-nin varisi olmasına görədir. Onlar hamılıqlı qurulub, tarixi təşkilatlar olub. Onların davamı olduqlarına görə bugünkü Müsavatla, AXCP ayaqda dura bilir.
Bütün hallarda kütləvi tərketmələr olacaq. Xüsusən də Müsavatın işində çox ciddi durğunluq var və olacaq. Çoxu özünü kənara çəkəcək. Heç AXCP də Arif Hacılını təbrik etmədi. Bu, bütünlükdə müxalifətin bir olmamasından xəbər verir. Bundan sonra isə müxalifətin ümumi aqibətinin bir hissəsinin daşıyıcısı olan Müsavatdakı passivlik bütün müxalifətə təsir edəcək. Onların susqunluğunu bələdiyyə seçkiləri də xilas edə bilməyəcək. Ola bilsin, gələn ilin bu vaxtlarında müəyyən aktivliyə cəhdlər olsun. Amma həmin dövrə qədər müxalifət və Müsavatda ciddi aşınmalar mütləqdir".

http://movqe.az/
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO