Qarabağda 2 erməni hərbçinin meyiti tapıldı – düşmən itkilərini gizlədir
Siyaset
Oxunub: 839
5 may 2016 | 00:47
Qarabağda 2 erməni hərbçinin meyiti tapıldı – düşmən itkilərini gizlədirErmənistan işğal altındakı Azərbaycan ərazilərində daha iki hərbçisinin öldüyü barədə məlumat yayıb. Məlumatdan belə aydın olur ki, erməni hərbçilərinin meyiti mayın 3-də aşkarlansa da, onların adları yalnız bir gün sonra açıqlanıb. Meyiti tapılanlar 19 yaşlı Koryun Arutyunyan və İqor Akopyandır.

Musavat.com-un erməni mediasına istinadən yaydığı məlumata görə, ölən hərbçilərin meyitinə baxış keçirilərkən onların üzərində sınıq əlamətləri ilə yanaşı, güllə və qəlpə yaraları da aşkarlanıb. Tibbi ekspertizanın ölümün səbəblərini araşdırdığı deyilir. Əsgərlərin qohumları isə deyib ki, hərbçilər köhnə tikilidə yerləşibmişlər və tikilinin damının çökməsi nəticəsində altına qalaraq ölüblər. Ancaq bədənlərində güllə və qəlpə yaralarının olması düşmən əsgərlərinin sadəcə qəza nəticəsində ölmədiklərini deməyə əsas yaradır. Erməni tərəf tikilinin hansı səbəbdən çökməsini isə ictimailəşdirməyə “ehtiyac görməyib”.
Qəribəsi odur ki, Ermənistanın rəsmi qurumları hərbçilərin Azərbaycan əsgəri tərəfindən məhv edildiyini açıqlamağa tərəddüd edir. Əgər düşmən əsgəri qəlpə və güllə yaralarından ölübsə, onların kim tərəfindən məhv edildiyi aydın olur. İstisna deyil ki, düşmən ölkə bununla onsuz da vahimə içində olan erməni ordu hissələrinin və ictimaiyyətinin diqqətini yayındımaq istəyir.
Yayılan xəbərdə hadisənin baş verdiyi ünvanın konkret göstərilməməsi də çox maraqlı məqamdır. Hərbçilərin Qarabağda öldüyü bildirilsə də, detallı məlumat verilməyib. Yalnız bu qeyd olunub ki, hadisə Djarkna adlı məntəqədə baş verib. Musavat.com-un araşdırmasından aydın olub ki, ermənilərin “Djarkna” adlandırdığı ərazi işğal altındakı Cəbrayıl rayonunun mərkəzidir. Ermənilər bir neçə il əvvəl burada yaşayış məntəqəsi salmağa başlamışdılar. Lakin Azərbaycan ordusunun 2-5 aprel əməliyyatlarından sonra düşmənin məskunlaşma siyasəti tamamilə alt-üst olub. Üstəlik, işğalçı Azərbaycan artilleriyasının zərbələri nəticəsində məhv olan əsgərlərini dağıntılar altından çıxarmaqla məşğuldur.
Yeri gəlmişkən, mayın 4-də Ermənistan parlamentinin qapalı dinləmələrinə çağırılan müdafiə naziri Seyran Ohanyan jurnalistlərə açıqlamasında cəbhədə vəziyyətin çox ağır olduğunu, hər an yeni döyüşlərin başlaya biləcəyini həyəcanlı şəkildə deyib.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO