Qubad İbadoğlunun tərəfdarları ilə görüşündə İsa Qəmbərin ünvanına ciddi ittihamlar səsləndirilib
Siyaset
Oxunub: 1 517
6 okt 2014 | 14:51
Qubad İbadoğlunun tərəfdarları ilə görüşündə İsa Qəmbərin ünvanına ciddi ittihamlar səsləndirilibMüsavat Partiyasının başqanlığına sabiq namizəd Qubad İbadoğlu qurultayın yekunları ilə bağlı tərəfdarları ilə görüşüb.

APA-nın məlumatına görə, Q.İbadoğlu qurultaydakı pozuntular və tərəfdarlarının tələbi barədə danışıb.
O, haqqının tapdalanmasına imkan verməyəcəyini vurğulayıb: "Müsavat nə bir nəfərin, nə bir ailənin, nə də bir kəsimin partiyasıdır. Biz bu yolu qələbəyə kimi davam etdirəcəyik. Bizim seçkidəki fəaliyyətimiz də partiyanın güclənməsinə töhfə idi. Biz seçki prosesinə qoşulanda partiyanın maraqlarını üstün tutmuşuq. Biz haqqımızı kimlərinsə tapdamasına imkan verməyəcəyik. Elə məsələlər var ki, Müsavatdaxili məsələlərdir və biz bunları öz aramızda həll edəcəyik. Biz səviyyəli, müdaxiləsiz öz işimizi başa çatmış hesab etdik, ancaq bizim seçimimizə haram qatanlar oldu və seçkinin nəticəsinə təsir göstərdilər. Biz onları tanıyırıq. Biz öz dostlarımızdan belə münasibət gözləmirdik. Bu gün nəticə ondan ibarətdir ki, seçkiyə müəyyən müdaxilələr olub, ədalətlilik prinsipi pozulub. Həm də bizə seçkidən sonra atılan şər-böhtanları da qəbul etmirik, çünki biz partiyanın güclənməsini istəyirik".
Q.İbadoğlu partiyanın hazırkı rəhbərliyinə Müsavatın gələcək fəaliyyəti ilə bağlı konkret təkliflər irəli sürüb: Tərəfdarlarımızla müzakirələrimiz nəticəsində partiyanın güclənməsi üçün bir neçə təkliflə çıxış etmişik və biz bunu partiya rəhbərliyinə təqdim edəcəyik. Güman edirik ki, təkliflərimiz 3 ay müddətində reallaşacaq. Biz təkliflərimizin 2015-ci ilin yanvarın 1-nə kimi reallaşdırılmasını tələb edəcəyik.
O, qurultaydakı pozuntularla bağlı arayış hazırlandığını və araşdırılması üçün oktyabrın 10-da seçki komissiyasına təqdim ediləcəyini vurğulayıb: "Pozuntular varsa, buna yol verən insanlar cəzalandırılmalıdır. Bir ay müddətində bizə cavab verilməlidir".

Sonra qurultay zamanı baş verən bəzi seçki pozuntuları barədə videogörüntülər nümayiş etdirilib.
Mərkəzi Nəzarət və Təftiş Komissiyasının (MNTK) keçmiş üzvü Əlövsət Talışxanlı qurultaydakı pozuntulara görə İsa Qəmbəri ittiham edib. O, qurultayın nəticələrinin ləğv olunmasını tələb edib: "Qurultaya təsir göstərən adam İsa Qəmbər olub. İsa Qəmbər öz hərəkətləri ilə Arif Hacılının qələbəsinə şərait yaradıb. MNTK-nın təqdimatı olmadan onlarla rayon təşkilatı buraxılıb. İsa Qəmbər özünə lazım olanda MNTK-nı çağırır. Bu necə olur?"
Müsavatın Məclis üzvü Hikmət Hacızadə isə bütün pozuntu faktlarının araşdırılmasını və lazımi tədbirlərin görülməsini tələb edib.
Müsavat başqanının müşaviri, A.Hacılının tərəfdarı Səxavət Soltanlının çıxışı isə zalda narazılığa səbəb olub. O, toplantı iştirakçılarını qarşı tərəfə hörmətlə yanaşmağa, bir-birini bağışlamağa dəvət edib.
Vurğun Əyyub isə S.Soltanlıya "Sən kimsən ki, mənə nə danışmağı öyrədəsən" - deyə etiraz edib.

Toplantı iştirakçıları S.Soltanlının çıxışına imkan verməyib və o, iclası tərk edib.
Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli isə ədalətsizliyə görə bütün məsuliyyətin İsa Qəmbərin üzərinə düşdüyünü vurğulayıb.

Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə partiyanın başqanı seçilib. Qubad İbadoğlu 200 isə səslə ikinci olub.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb