Əli Həsənov: Azərbaycan məcburiyyət qarşısında müharibəni dayandırdı
Siyaset
Oxunub: 793
30 may 2016 | 10:22
Əli Həsənov: Azərbaycan məcburiyyət qarşısında müharibəni dayandırdı













“Bütün beynəlxalq təşkilatlar Azərbaycana və Ermənistana bəyanatla müraciət etdilər”

Bundan sonra Dağlıq Qarabağ münaqişəsi daha dinamik formada müzakirəyə çıxarılaraq həll olunacaq.

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-ə açıqlamasında deyib.

“Biz Azərbaycan olaraq beynəlxalq münasibətlərin tərkib hissəsiyik, dünya siyasətinin aktorlarından biriyik. BMT Təhlükəsizlik Şurasının və BMT Nizamnaməsinin müəyyən tələbləri var ki, onlara əməl etməliyik. Beynəlxalq hüququn normaları var ki, bu tipli münaqişələr dinc yolla həll olunmalıdır.

Amma eyni zamanda BMT-nin 4 qətnaməsi var ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmalıdır. Nə o yerinə yetirilir, nə bu yerinə yetirilir. Beynəlxalq münasibətlərin ikili standartları orada özünü nümayiş etdirir ki, məsələn, Küveytin işğalından sonra beynəlxalq hüquq normaları və beynəlxalq aləmin iradəsi qısa müddətə reallaşdırıldı, qısa müddətdə - bir həftə ərzində Küveyt işğaldan azad olundu. Və yaxud başqa ərazilərdə də belə hallar baş verib. Amma 20 ildən artıqdır ki, Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsi həyata keçirilmir. Bu, beynəlxalq münasibətlərin indiki eybəcər, fərqli-fərqli standartlara malik olmasının nümunəsidir”.

Cəbhədə aprel hadisələrinə toxunan Ə.Həsənovun sözlərinə görə, aprelin 4-ü olan kimi dərhal bütün beynəlxalq təşkilatlar Azərbaycana və Ermənistana bəyanatla müraciət etdilər ki, atəşi dayandırın:

“BMT TŞ-nin üzv dövlətlərindən müraciət daxil oldu. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin hər üçü israrla atəşin dayandırılmasını tələb etdilər. Və əlbəttə, buna haqları da var, beynəlxalq hüquq normaları onu tələb edir ki, münaqişə dinc yolla həll olunsun. Ona görə də Azərbaycan məcburiyyət qarşısında qalaraq müharibəni dayandırdı və bu işdə əsas rol Rusiya Prezidenti Vladimir Putinin rolu idi”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn hissəsi kimi, beynəlxalq hüquq normalarına və beynəlxalq aləmin tələblərinə də əməl etmək məcburiyyəti qarşısında qalır:

“Artıq Vyanada da proseslər göstərdi ki, Azərbaycan həmsədr ölkələrlə daha tələblə danışırdı. Bunu etməyə Azərbaycanın haqqı da var. Ermənistan isə sadəcə olaraq başqalarının iradəsini araşdırmaqla məşğul idi. Sadəcə ayrı-ayrı yollar, ayrı-ayrı kombinasiyalarla bu danışıqları uzadaraq, mövcud status-kvonu qorumaq mövqeyi burada da nümayiş olundu”.

Ə.Həsənov hesab edir ki, həmsədr ölkələr artıq bu status-kvonun uzun müddət qorunub saxlanılmayacağı fikrində qətidirlər və bundan sonra münaqişə daha dinamik formada müzakirəyə çıxarılaraq həll olunacaq:

“Əsas odur ki, burada görüşlərin daha tez-tez, daha çoxsaylı olması məsələni həll etmir, görüşləri təşkil edən həmsədr ölkələrin iradəsi ortaya qoyulmalıdır. Burada iradə deyiləndə, biz nə gözləyirik? Ermənistana təzyiq göstərməlidirlər, onu məcbur etməlidirlər ki, sülh danışıqları prosesinə ciddi yanaşsın”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO