İlham Əliyev: "Düşmən layiqli cavabını aldı"
Siyaset
Oxunub: 1 585
8 okt 2014 | 18:12
İlham Əliyev: "Düşmən layiqli cavabını aldı"Prezident Nazirlər Kabinetinin iclasında cəbhədəki son döyüşlərdən danışıb

Təmas xəttində iyulun sonu və avqustunda əvvəllərində tərəflərin ciddi itkisi və yaralanması ilə nəticələnən gərgin vəziyyətə bu gün prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında toxunub. İlham Əliyev bəyan edib ki, həmin hadisələr zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavabını verib. Dövlət başçısı çıxışında Nazirlər Kabinetinin toplantısında son 9 ayın hadisələri çərçivəsində "Cənub" qaz layihəsinin təməlinin qoyulmasından tutmuş bu müddət ərzində əldə edilən nəticələr və hədəflərə qədər toxunub.

ANS TV-nin məlumatına görə, Prezident İlham Əliyev bu ilin 9 ayının sosial-iqtisadi inkişafını uğurlu olduğunu deyərək, dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda daxili məhsulun 2,5 faiz, qeyri-neft sektorun isə 6 faiz artığını bildirib. Bu il də büdcə xərclərinin kifayət qədər böyük olduğunu deyən prezident İlham Əliyev, ilin əvvəlindən ölkəmizə 19 milyard dollar sərmayə qoyulduğunu, onun da 11 milyard dollarının daxili investisiyalar təşkil etdiyini bildirib. Prezident İlham Əliyev keçən ay təməli qoyulan "Cənub" qaz dəhlizi layihəsilə bağlı fikirlərini də bölüşərək bunu tarixi hadisə adlandırdı.

"Biz qonşu ölkələrlə, tərəfdaşlarla birgə bu layihəni icra edəcəyik və əminəm ki, yaxın gələcəkdə "Cənub" qaz dəhlizi tikilərək istifadəyə veriləcək. Və ölkəmizin bundan sonra 10 illiklər ərzində inamlı inkişafını təmin edəcək. Bizim siyasi çəkimiz artacaq. İqtisadi sahədə yeni imakanlar yaranacaq. Kəmərin tikintisi zamanı 10 minlərlə Azərbaycan vətəndaşı işlə təmin ediləcək", - deyə İlham Əliyev bildirib.

Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini deyən dövlət başçısı, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə Ermənistanın məhəl qoymadığını, bu fikri səsləndirən qüvvələrin isə təsirli addımlar atmadığını bir daha vurğuladı. O, həmçinin, bu ilin üçüncü rübündə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan ordusunun düşmənə layiqli cavabını verdiyini bildirdi.
Daha sonra müşavirədə nazirlər bu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər. İclasa yekun vuran prezident İlham Əliyev ilin sonunadək dövlət investisiya proqramının tam icra olunacağını, məktəblərin, uşaq bağçalarının və müasir səhiyyə ocaqlarının tikintisinin davam etdiriləcəyini dedi.
Dövlət başçısı gələn ilin büdcəsində də hərbi xərclərə xüsusi diqqətin göstəriləcəyini deyərək, texniki baxımdan Azərbaycan Ordusunun dünyada güclü ordular sırasında olduğunu bildirdi. İlk Avropa Oyunlarına hazırlıqla bağlı bütün işlərin cədvəl üzrə uğurla getdiyini, təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu deyən prezident İlham Əliyev bu oyunların Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcəyini bildirdi.
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...