Prezidentimizin bu hərəkəti ermənistanı çökdürdü
Siyaset
Oxunub: 1 474
5 in 2016 | 00:28
Prezidentimizin bu hərəkəti ermənistanı çökdürdü










Prezident İlham Əliyevdən mühüm sərəncam - Ermənistan təşvişdə

Azərbaycan prezidenti İlham Əliyevin tranzit yük daşıyan TIR-lardan yol vergisinin tutulmasının 3 illiyə dayandırılmasına dair sərəncamından sonra Ermənistanın tranzit potensialından istifadəyə olan bütün ümidlər boşa çıxıb.

Ermənistan nəqliyyatçıları Azərbaycanın bu qərarından sonra Rusiyaya və geriyə yük daşıyan İran TIR-larının Ermənistan ərazisindən istifadəsinin tamamilə səmərəsiz olduğunu deyirlər. 168.jam qəzetinin yazdığına görə Ermənistan ərazisindən tranzit keçən İran TIR-ları 300 dollardan çox yol vergisi ödəyirlər. Geriyə qayıdanda da həmin məbləği ödəmək lazımdır. “Lakin sual yaranır-niyə? Biz onlara nə təqdim edirik? Yaxşı xidmət, yoxsa infrastruktur, keyfiyyətli yol? Heç biri. Üstəlik biz yol vergisi tətbiq etmişik və bu da Ermənistan ərazisindən istifadəni cəlbedici etmir. Azərbaycan bunu dərhal başa düşdü və yol vergisini ləğv etdi. Gürcüstan isə cəmi bir istiqamətdə yol vergisi alır, özü də 80 dollar. İndi bütün bunlardan sonra Ermənistan necə rəqabətə girə bilər?” - qəzet yazır.

Ermənistan nəqliyyatçıları etiraf edirlər ki, Azərbaycanın yol vergisini ləğv etməsindən sonra İran maşınları sadəcə olaraq Ermənistana gəlməyəcəklər. Əgər Ermənistanda kimsə İran TIR-ı görsə deməli o, Ermənistan üçün yük gətirib. Beynəlxalq yükdaşımalarla məşğul olan “Apaven” şirkətinin rəhbəri Qaqik Ağacanyan təsdiq edib ki, İran maşınları Ermənistandan tranzit kimi istifadə etmir. Onun sözlərinə görə, apreldə Moskvada nəqliyyatçıların iri toplantısı olmuşdu və orad deyilmişdi ki, Ermənistan İranla Rusiya arasında yükdaşımalarda tranzit bağa çevrilə bilər. Ancaq yol vergisi səbəbindən bu marşrutdan istifadə sərfəli deyil.

Qeyd edək ki, Ermənistan nəqliyyat blokadasından çıxmaq üçün dəmiryollarını İrana birləşdirməyə can atırdı. Lakin Azərbaycan, Rusiya və İran arasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin istifadəyə verilməsinin sürətləndirilməsinə dair əldə edilmiş razılaşmalar bu ümidləri də boşa çıxardı. Azərbaycan strateji qərar verərək bu dəhlizin İran hissəsinin tamamlanması üçün bu ölkəyə 500 milyon dollar kredit ayırıb. İlin sonuna qədər “Şimal-Cənub” dəhlizinin işə salınması nəzərdə tutulur və bundan sonra Ermənistanın regional nəqliyyat dəhlizlərindən tamamilə kənarda qalmaqdan başqa variantı olmayacaq.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...