Rusiyadan Azərbaycana qəfil Qarabağ jesti — Ermənistan təşvişdə
Siyaset
Oxunub: 903
11 in 2016 | 15:29
Rusiyadan Azərbaycana qəfil Qarabağ jesti — Ermənistan təşvişdə












Rusiya Dağlıq Qarabağ məsələsində diplomatik fəallığı yenidən artırıb. Xəbər verildiyi kimi, bu ayın sonunda Rusiyada üç ölkə prezidenti - Vladimir Putin, İlham Əliyev və Serj Sərkisyan arasında üçtərəfli görüşün keçiriləcəyi haqda məlumat yayılıb. Doğrudur, V.Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu yöndə iş gedir və görüş istisna olunmur. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə twitter səhifəsində görüşün iyunun sonunda olacağını əminliklə yazıb.

İstənilən halda Kremlin Qarabağ məsələsində diplomatik fəallıq içində olduğu ortadadır. Belə bir fəallıq Qərbin təşəbbüskarlığının nəticəsi sayılan Vyana görüşündən sonra gözlənilən idi. Bir sıra siyasi analitiklər rəsmi Moskvanın Qarabağ məsələsində tezliklə hansısa formada “revanş” götürəcəyini və “əzələ nümayişi”nə çalışacağını təxmin edirdilər.

Təxminlər doğrulmaqdadır - Kreml təzədən Qarabağ masası arxasına keçir. Özü də belə görünür ki, Rusiya məsələdə öz dominantlığını təkcə diplomatik yöndən deyil, hərbi aspektlərdən də nümayiş etdirmək əzmindədir.

***
Moskva-İrəvan hərbi işbirliyinin güclənməsi buna sübutdur. Təsadüfi deyil ki, məhz bu arada Rusiya və Ermənistan birləşmiş Raket Əleyhinə Müdafiə Sistemi haqqında sazişi ratifikasiya edib. Bu da o anlama gəlir ki, Ermənistanın xarici sərhədləri kimi hava məkanı da bundan sonra Moskvanın nəzarətində olacaq.

Sənəd eyni zamanda Ermənistana Rusiyanın Raket Əleyhinə Müdafiə sistemindən geniş istifadə imkanı verəcək. Lakin sazişdə Dağlıq Qarabağın hava məkanının adı çəkilmir. Bu haqda danışan Ermənistan parlamentinin vitse-spikeri və hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazonov belə də deyib ki, “sənəddə Qarabağla bağlı bir dənə də olsun hərf, vergül belə yoxdur”.

Məntiqlidir. Çünki Dağlıq Qarabağ hüquqi cəhətdən Azərbaycan Respublikasının tərkib hissəsidir. Bununla da əslində Rusiya və onun satelliti Ermənistan faktiki surətdə Azərbaycanın ərazi bütövlüyünü tanımış olub. Rəsmi İrəvan çox istərdi ki (məlumatlara görə, buna xeyli çalışıb da), sazişə Dağlıq Qarabağla bağlı da hansısa “hərf və ya vergül” salınsın, ancaq göründüyü kimi, istəkləri baş tutmayıb.

Bu, həm də o anlama gəlir ki, Azərbaycan öz ərazisində, beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində istənilən vaxt işğalçı qüvvələrə qarşı antiterror əməliyyatı keçirməkdə sərbəstdir və həmin əməliyyatlara Rusiya və “Rusiyanın NATO-su” - KTMT qarışmayacaq. Təbii ki, ta o vaxta kimi ki, əməliyyatlar Ermənistan ərazisinə keçəcək.

Ayrı sözlə, Moskvanın Bakıya son Qarabağ jesti həm də istənilən an Azərbaycanın əli ilə “sözə baxmayan” işğalçı ölkənin cəzalandırıla biləcəyi haqda İrəvana bir mesajdır. Aprel döyüşləri bunun bariz anonsu hesab oluna bilər. O üzdən Ermənistanın təlaşı anlaşılandır. Bəzi bilgilərə görə, İrəvan heç olmasa, bu sazişdən sonra Rusiyadan 200 milyon dollarlıq kredit həcmində silah-sursatı nəhayət, ala biləcəyinə ümid edir...

***

Dağlıq Qarabağla bağlı Rusiyanın bu yanaşması, daha doğrusu, Bakıya Qarabağ jesti başqa mənalarda da anlaşılandır. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiya arasında son illər ərzində strateji tərəfdaşlıq əlaqələri formalaşıb, Bakı Moskvanın mühüm silah alıcılırarından biridir, iqtisadi sahədə əməkdaşlıq genişlənir - bu ilin axırında istifadəyə veriləcək Şimal-Cənub dəhlizi buna əlavə sübutdur.

Rusiya həmçinin, Türkiyə faktoruna görə Azərbaycanla isti münasibətlər saxlamaq zorundadır. İş ondadır ki, “Su 24" insidentindən sonra Moskva müşahidə eləməmiş deyil ki, iki qardaş ölkə arasında hərbi və başqa sahələrdə əlaqələr nəinki Rusiyaya görə zəifləməyib, əskinə, güclənib (4 günlük müharibədə Azərbaycanın qazandığı uğurda bu amil də var!), üstəlik, Azərbaycan-Türkiyə-Gürcüstan hərbi alyansının əsası qoyulub. Beləcə, Türkiyə faktorunun Qarabağ məsələsinə təsiri, faktiki, artıb.

Bundan başqa, Kreml Putinin Avrasiya layihələrinə Bakının qoşulacağına ümidini hələ itirməyib. Bir neçə gün öncə isə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə bəyan elədi ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və iki dövlət arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. Nəhayət, Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olmasına habelə üç ölkə (Azərbaycan, İran, Rusiya) prezidentlərinin gözlənilən Bakı görüşü dəlalət edir.

***
Sadalanan amillər prezidentlərin qarşıdakı iyun görüşünə Azərbaycanı daha uğurlu mövqe ilə aparır. (Musavat.com)
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ