Ərdoğanın İlham Əliyevdən “özəl xahişi”
Siyaset
Oxunub: 812
14 in 2016 | 12:19
Ərdoğanın İlham Əliyevdən “özəl xahişi”












İlham Əliyev vasitəçilik etməyə hazır olduğunu lap əvvəldən ifadə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misir və İsrailin ardınca Rusiya ilə pozulmuş münasibətləri qaydaya salmağa çalışır.

Türkiyədə nəşr olunan “Bir gün” qəzetinin yazdığın görə, Ərdoğan Putinlə münasibətlərin düzəldilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevdən və Belarus prezidenti Aleksandr Lukaşenkodan vasitəçilik etməyi xahiş edib.

Qəzetin yazdığına görə, Avropa İttifaqı ilə münasibətləri korlanan, ABŞ-la münasibətləri soyuyan Ərdoğan Rusiya ilə münasibətlərdəki gərginliyin aradan qaldırılması üçün çalışır.

“Ərdoğanın iki ölkə arasında vasitəçi olmaq üçün Azərbaycan lideri İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyindən istifadə edir. Mübahisəli ABŞ səfərini yarımçıq dayandırmalı olan Ərdoğan Kremllə yaxşı münasibətləri olan hər iki liderdən bununla bağlı “özəl xahiş” etdiyi bildirilir”, - qəzet yazır.

Xatırladaq ki, Azərbaycan Rusiya ilə Türkiyə arasında münasibətlərin korlanmasından ən çox narahat olan ölkədir. “Su-24” təyyarəsinin vurulmasından sonra başlayan bu gərginliyin aradan qaldırılması üçün Azərbaycan prezidenti İlham Əliyev vasitəçilik etməyə hazır olduğunu lap əvvəldən ifadə edib.

Ərdoğan son vaxtlar təyyarə insidentini yumşaltmağa çalışır və həmin hadisənin Rusiyanın Türkiyənin hava sahəsinə müdaxiləsinin nəticəsi deyil, “pilot səhvi” nəticəsində baş verdiyini deyir.

Boksçu Məhəmməd Əlinin dəfn mərasimi üçün ABŞ-a gedən, lakin bir sıra xoşagəlməz sürprizlərlə üzləşərək yarımçıq geri qayıdan Ərdoğan təyyarədə jurnalistlərə açıqlamasında deyib ki, Rusiya ilə münasibətlərin düzələcəyinə hələ də inanır.

“Arzu edirəm ki, ikitərəfli münasibətlərimiz qısa zamanda qaydasına düşsün, əvvəlki günlərimizə dönək”, - Ərdoğan deyib.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO