İcra başçılarına əlavə səlahiyyət verildi - Dəyişiklik qüvvəyə mindi
Siyaset
Oxunub: 931
14 in 2016 | 20:50
İcra başçılarına əlavə səlahiyyət verildi - Dəyişiklik qüvvəyə mindi












Milli məclisin plenar iclasında "Notariat haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişiklik notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının apardığı notariat hərəkətləri ilə əlaqədardır.

Dəyişiklik notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının apardığı notariat hərəkətlərinin sayının artırılmasını nəzərdə tutur. Dəyişiklik müvafiq icra hakimiyyəti orqanlarına sahəsi beş hektardan çox təşkil etməyən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq etmək hüququnun verilməsini ilə bağlıdır.

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna da anoloji dəyişiklik təklif edilib. Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov ucqar dağ kəndlərində icra nümayəndələrinə hətta kəbin kəsmək səlahiyyəti verildiyini bildirib: "Məncə, yerli icra hakimiyyəti orqanlarına sahəsi beş hektardan çox təşkil etməyən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq etmək hüququnun verilməsi normal haldır”.

Gənclər və idman komitəsinin sədri Fuad Muradov isə icra orqanlarına belə səlahiyyət verilməsini məqbul saymayıb: "Ziyafət müəllim, mən bilmirəm ki, sizin dediklərinizin bu məsələyə nə aidiyyəti var. Torpaq kifayət qədər ciddi məsələdir, bunun icra nümayəndəsinə həvalə edilməsi çox həssas məqamdır. Əgər ucqar rayonlarla bağlı problem varsa, bu səlahiyyəti "ASAN Xidmət”ə vermək olar. Ayda bir dəfə mobil qaydada gedə və sənədlər təsdiqlənə bilər”.

Z. Əsgərov isə F. Muradovun bu qanun layihəsindən xəbərsiz olduğunu söyləyib: "Siz Yardımlının ucqar kəndlərindən seçilsəydiniz, bunun nə demək olduğunu bilərdiniz”.

Hər iki qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi