Müsavatın Gənclər Təşkilatının sədri partiyadan istefa verir
Siyaset
Oxunub: 1 438
12 okt 2014 | 14:22
Müsavatın Gənclər Təşkilatının sədri partiyadan istefa verirMüsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas partiyadan istefa verəcəyini açıqlayıb.

APA-nın məlumatına görə, o, bu barədə özünün "facebook" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Ə. Abbas istefa haqqında qərarının partiyadaxili qarşıdurmalar və qurultaydan sonrakı vəziyyətlə bağlı olduğunu bildirib. O, 2013-cü ilin noyabrından Müsavat Gənclər Təşkilatına sədrlik etdiyini, hazırda partiyadan ayrılmaqla bağlı qərarı olduğunu, gələn həftənin ortasına kimi ayrılmaqla bağlı rəsmi prosedurları yekunlaşdıracağını qeyd edib.
Əhliman Abbas istefa səbəblərini partiya içindəki "siyasi səviyyəsiz, qaragüruh qanadın hegemonluq qazanması" nəticəsində Müsavatda normal siyasi fəaliyyətin mümkünsüz vəziyyətdə olmadı ilə əlaqələndirib: "Bu qanadın böhtançı, mədəniyyətdən, insanlıqdan kənar, intriqaya, səmərəsiz gərginliklərə meylli davranışlarının nəticəsi olaraq vaxtilə nəhəng bir partiya olan Müsavat bir xeyli ziyalı, nüfuzlu insanın partiyadan ayrılması ilə siyasi ömrünün qaranlıq vaxtlarını yaşayır. Bu qanadın əxlaq və insani dəyərləri unutmasının pik nöqtəsi partiyanın 8-ci qurultayı ərəfəsində baş verdi. Mətbuatdan ictimaiyyətin xəbərdar olduğu kimi açıq ya da gizli şəkildə sosial şəbəkələrdə rəhbərləri və ilham mənbələri olduğu şəxslər tərəfindən böhtanla, təhqirlərlə, hikkə ilə silahlandırılmış bu şəxslər özlərindən fərqli olan hər kəsə qarşı linç kampaniyası qurmağa çalışırlar. Qeyri-demokratik seçkilər (əslində təyinat) sonrası bu adamların partiya rəhbərliyini ələ keçirməsi ilə sıraladığım siyasi xəttin partiyanın rəsmi xətti olması mənim qərarıma təsir edən faktorlardan biridir".

O, Müsavat Partiyasını mövqeyini dəyişməkdə ittiham edib: "Partiyanın müxtəlif səviyyələrində açıq və gizli şəkildə olan narahatçılıqlara baxmayaraq prinsipial müxalifətçilik mövqeyindən sapdığı aydındır".
"Bu gün Müsavat partiyasını Əli Əliyevin, Əhməd Orucun və sairə hökumətin oyuncağı olan siyasi partiyaların tərəfinə dartılıb aparılır və artıq bizim buna qarşı durmaq imkanımız yoxdur. Əgər bir neçə il bundan öncə İqbal Ağazadə ilə müttəfiqlik onun hökumətə bağlı olması səbəbi irəli sürülərək etiraz edilirdisə, bu gün müsavatçılara onun çıxışını dinlətmək siyasi riyakarlıqdır. Səmimi şəkildə mübarizəyə qoşulmuş insanların üzərindən siyasi biznes qurulması prosesində hesab edirəm ki, iştirak etmək mənim öz dəyərlərimə xəyanətim olardı" - deyə, Ə. Abbaslı bildirib.

Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO