Millət vəkilləri "dalaşdılar"
Siyaset
Oxunub: 1 601
12 okt 2014 | 18:39
Etibar Hüseynov: "Həddinizi və yerinizi bilin Aydın Mirzəzadə"

Milli Şuranın keçirdiyi mitinqlə bağlı Milli Məclisin 2 deputatı arasında mübahisə yaşanıb.
Millət vəkilləri "dalaşdılar"
ANS PRESS-in məlumatına görə, deputat Etibar Hüseynov yazdığı "Facebook" statusunda millət vəkili Aydın Mirzəzadəyə sərt cavab verib:

"Artıq neçənci dəfədir ki, jurnalistlər arasında "hərşeyşünas" kimi tanınan Aydın Mirzəzadə mənim çıxışlarımı şərh edir, ağıl verir, yol göstərir. Bu adam hələ də anlamır ki, Etibar Hüseynov YAP üzvü deyil, müstəqil deputatdır və onun da öz fikrini müstəqil şəkildə ifadə etmək hüququ var. Elə isə bu adamın hansı haqla mənə təkidlə ağıl verməyə cürət etməsini anlaya bilmirəm. İndiyə qədər bir dəfə də olsun Aydın Mirzəzadənin hansısa YAP üzvünün barəsində bir tənqidi çıxışının və ya iradının şahidi olmamişam. Baxmayaraq ki, YAP üzvləri arasında da müxalifət düşərgəsini məndən də sərt şəkildə tənqid edənlər var.
Əksinə, bu adam əksər hallarda bir çox vəzifə sahiblərinin, deputatların nəinki özlərini, hətta onların ərköyün, dəymədüşər balalarının bir çox xoşagəlməz əməllərini belə riyakar və yaltaqcasına müdafiə eləyib. Ona görə də dərinə getmək istəmirəm. Sadəcə yerinizi və həddinizi bilin Aydın Mirzəzadə.
Qeyd edək ki, bu gün E. Hüseynov "Facebook"dakı səhifəsində bir sürü qoyun şəkli paylaşaraq "Məhsul stadionuna getməyi unutma..." sözlərini yazaraq Milli Şuranın keçirdiyi mitinqə gedənləri hədəf seçmişdi.
Aydın Mirzəzadə isə deputat həmkarının bu hərəkətinə etiraz edərək bildirmişdi ki, siyasi əqidəsindən asılı olmayaq insanları təhqir etmək olmaz:

"Bu gün həmkarım Etibar Hüseynov saat 15:00-da "Məhsul" stadionunda mitinqdə iştirak edən şəxslər barədə aşağılayıcı şərh yazıb. Mən onun bu sözlərinə etirazımı bildirirəm. Kimin nə siyasi əqidədə olmasından asılı olmayaraq onun şəxsiyyətinə toxunmaq, onu aşağılamaq olmaz. Mən mitinqçilərin fikri və şüarları ilə razı deyiləm və həmişə onlarla siyasi polemikada olacağam.

Ancaq Azərbaycan hüquqi, demokratik ölkədir və hər kəsin sərbəst düşünmə və qanunla qadağan edilməyən siyasi mövqe tutmaq hüququ vardır. Dövlətimiz bu hüquqların təminatçısıdır, məhz belə aksiyada hər kəsin həm hüququ qorunur, həm də hər bir iddialı siyasi qüvvənin gücü görünür".
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...