Azərbaycanla Rusiya arasında 2015-ci il üçün Əməkdaşlıq Planı imzalanıb - FOTO
Siyaset
Oxunub: 1 652
13 okt 2014 | 13:54
Bu gün Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycanın Müdafiə naziri, general polkovnik Zakir Həsənov arasında görüş keçirilib. Məlumata görə, qonaq əvvəlcə nümayəndə heyəti ilə birlikdə Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib və əklil qoyub. Daha sonra oftolmoloq alim Zərifə xanım Əliyevanın məzarı ziyarət edilərək gül dəstələri düzülüb. Şəhidlər Xiyabanında da olan qonaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin məzarını ziyarət edib, Əbədi-məşəl abidə kompleksinin önünə əklil qoyub.
Daha sonra qonaq Azərbaycan Müdafiə Nazirliyində olub. Rəsmi qarşılanmadan sonra Azərbaycan və Rusiya müdafiə nazirləri arasında brifinq keçirilib və hər iki qurum arasında 2015-ci il üçün Əməkdaşlıq Planı imzalanıb.
Z. Həsənov imzalanma mərasimində deyib ki, sənəddə hərbi-texniki əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi və müdafiə sahəsində ixtisaslı kadrların hazırlanması nəzərdə tutulub.
Plana əsasən, Azərbaycan hərbçiləri 2015-ci ildə ixtisaslarını artırmaq üçün Rusiyanın hərbi məktəblərində təhsil almağa göndəriləcək.
Z. Həsənov qeyd edib ki, planda regional təhlükəsizliyə, xüsusilə Xəzər dənizində təhlükəsizliyə xüsusi diqqət ayrılıb: "Plana əsasən, gələn il iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında birgə hərbi - komanda-qərargah və strateji təlimlər keçiriləcək".
Onun sözlərinə görə, ordunun silahla təchizatı üzrə dövlət proqramına uyğun olaraq bu planda Azərbaycanın Rusiya istehsallı müasir hərbi silahlar alması nəzərdə tutulur.
S. Şoyqu dəvətə görə azərbaycanlı həmkarına təşəkkür edib və bildirib ki, hazırda iki ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi iş sahəsində çox güclü əməkdaşlıq qurulub: "Həştərxan və Minskdə yüksək səviyyədə keçirilmiş görüşlər bunu təsdiq edir".

Rusiyalı nazir ümid etdiyini bildirib ki, gələcəkdə də əməkdaşlıq səmərəli olacaq və imzalanmış plan bu əməkdaşlığın əsasını təşkil edəcək.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO