Ermənistan Avrasiya İttifaqına Azərbaycanın şərti altında qoşuldu
Siyaset
Oxunub: 1 513
13 okt 2014 | 15:24
Ermənistan Avrasiya İttifaqına Azərbaycanın şərti altında qoşulduGözləntilər Minskdə özünü doğrultmadı. Ermənistanın Avrasiya İttifaqına qəbulu baş tutdu. Amma... Amması ondan ibarətdir ki, Rusiyanın təşəbbüskarı olduğu qurumda vassal ölkəkinin də təmsil olunması Azərbaycanın irəli sürdüyü şərt daxilində reallaşdı. Söhbət Ermənistanın mövcud sərhədləri daxilində, yəni Qarabağsız bu ittifaqa qoşulmasından gedir. Əgər xatırlayırsınızsa, bu ilin may ayında Astanada Avrasiya İttifaqı təsis olunarkən Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubunu elan edərək bildirmişdi ki, Azərbaycan prezidenti Ermənistanın ittifaqa üzvlüyünün ancaq indiki sərhədlər daxilində mümkün ola biləcəyini və bunun nəzərə alınmasının vacibliyini bildirir. Nazarbayevin bu bəyanatından sonra Serj Sarkisyan möhkəm pərt olmuşdu. Oxşar mövqeni elə digər ittifaqçı Belarus da sərgiləyirdi. İndi belə məlum olur ki, Sarkisyan Azərbaycan prezidentinin məktubunda vurğulanan şərtlə razılaşıb, nəticədə Ermənistanın üzvlüyünə yaşıl işıq yandırılıb. Lakin burada siyasilər vacib bir məqama toxunurlar. De-yure Azərbaycanın olan Qarabağın de-fakto geri qaytarılmasına başlanılır.
Qazaxıstan və Belarusun Ermənistanın üzvlüyünü bu dəfə də təxirə sala biləcəyinə dair gözləntilər doğrulmasa da Sarkisyan üçün sevinmək hələ tez ola bilər. Çünki Qazaxıstan və Belarus parlamentləri Ermənistanın üzvlüyünə dair sazişin ratifikasiyasını Putinin vurğuladığı kimi, ilin sonuna qədər həyata keçirməyə bilərlər. Digər tərəfdən, Ermənistanın Avrasiya İttifaqına üzv olandan sonra işğal altındakı Dağlıq Qarabağla sərhədinə gömrük postu yerləşdirmək öhdəliyinin də həmin sazişdə əksini tapdığı məlumdur. Bunu bir neçə gün əvvəl Ermənistan hökuməti də təsdiqləmişdi. Ermənistan bu öhdəliyi qəbul etdiyindən Azərbaycanın onun üzvlüyünə qarşı çıxmaq üçün formal olaraq əsası qalmır. Lakin Azərbaycanın Qazaxıstan və Belarusla münasibətləri imkan verir ki, bu dəfə parlamentlərdə ratifikasiya prosesi ləngisin. Bu, Azərbaycanın gücünü Ermənistanın nəzərinə çatdırmaq üçün daha bir imkandır. Eləcə də Nazarbayevin Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü razılaşdırılıb deməsi, Eyni zamanda bizim Ermənistanın hansı sərhədlər daxilində qoşulduğuna dair verdiyimiz həssas sual ətrafında kompromis əldə etmək mümkün olub kimi əlavəsini əksər şərhçilər birmənalı qarşılayır. Söhbət işğal altındakı torpaqların qaytarılmasına dair heç bir aydın perspektivin olmadığı şəraitdə 20 il əvvəl təmamilə itirdiyimiz Qarabağın qaytarılmasından gedir. Özü də müharibəsiz qaytarılmasından...

Ermənistanın Avrasiya İttifaqına Dağlıq Qarabağsız qəbul edilməsi o deməkdir ki, Ermənistanla işğal olunmuş Qarabağ arasındakı sərhəddə gömrük postları qoyulacaq.

Bu qərarın çarəsizlikdən və kasıblıqdan batıb gedən Qarabağa hansı ağır iqtisadi nəticələr, hətta sosial partlayış ehtimalı vəd etməsi məsələsini hələ bir kənara qoyaq. Azərbaycanın bu nəhəng geosiyasi uğurunun iqtisadi yöndən təhlilinə hələ sonra qayıdarıq. İndilik isə söhbət Azərbaycanın nəhəng siyasi-diplomatik uğurundan gedir. Azərbaycan hər halda Rusiya, Belarus və Qazaxıstanın birgə yaratdığı ittifaqa daxil olmadı. Bununla da öz suverenliyini bir daha isbatlamış, bloklara qoşulmamaq və bitərəflik siyasətinə sədaqətini bir daha ortaya qoymuş oldu. Ermənistan isə öz siyasi azadlığının və iqtisadi müstəqilliyinin sonuncu qalıqlarını da itirərək müstəmləkə asılılığı bataqlığına, boyunduruğa girdi.

Eyni zamanda İrəvan bununla Qarabağ üzərində nəzarət imkanlarını da itirdi. Özü də həm siyasi, həm də iqtisadi cəhətdən.

Yəni 2015-ci ilin yanvarından ittifaqın fəaliyyətə başlaması ilə Qarabağın İrəvandan kartof-soğan daşıyan ac-yalavac sakinləri indən belə Ermənistanla sərhəddə buna görə üstəlik hələ gömrük rüsumları da ödəməli olacaqlar. Heç də təsadüfi deyil ki, Sarkisyan rəsmi İrəvan üçün sadəcə rüsvayçılıq demək olan bu sənədi tərəddüd içində imzalayar-imzalamaz Ermənistan paytaxtını etiraz aksiyaları bürüdü. Ermənilər Sarkisyanı müstəqil erməni dövlətini məhv edib axırına çıxmaqda ittiham edirlər. Bu minvalla Sarkisyanın ermənilərin milli maraqlarını satmaqda ittiham olunacağı gün də elə də uzaqda deyil.

Qarabağı Ermənistandan hələlik gömrük divarları ilə ayırmaları Azərbaycanın gözəl və parlaq siyasi kombinasiya kimi dəyərləndirilir. Belə ki, Avrasiya məkanına girməyən Azərbaycan öz müstəqilliyini qoruyub saxladı. Lakin həm də ən əsas vəzifə həll edildi - Qarabağ Ermənistanın iqtisadi məkanından qoparılıb çıxarıldı. Siyasi, eyni zamanda hüquqi məkana gəlincə isə bunu demək lazımdır ki, Qarabağ siyasi cəhətdən Ermənistan məkanına daxil olmamışdı və indi də daxil deyil.
Azərbaycan Ukraynanın, Gürcüstanın, Moldovanın və etnosiyasi münaqişələr girdabına salınan digər əksər ölkələrin bacarmadığı, gücünün çatmadığı işi görməyə nail oldu. Yəni öz ərazilərinin ilhaq olunan hissəsini de-yure öz sərhədləri çərçivəsində təsdiqlədi. De-fakto olaraq isə bu anklavın işğalçı ölkədən ayrılması prosesini başlatdı.
Şübhəsiz ki, bu ciddi siyasi uğurun təməlində Kremlin Azərbaycana verdiyi dəstək də dayanır. Azərbaycan Ermənistanın vassal asılılığında olmasını qəbul edən Serj Sarkisyandan fərqli olaraq Rusiya ilə ağıllı və uğurlu qarşılıqlı faydalı münasibətlər sistemi qura bilib. Özü də bu münasibətlər siyasi və hərbi ittifaq çərçivəsində yox, ikitərəfli tərəfdaşlıq və əməkdaşlıq formatında qurulub.
Necə ki, qlobal layihələrdən tutmuş meqa enerji layihələrinin reallaşdırılmasına qədər hər bir məsələdə geosiyasi maraqları nəzərə alınan Azərbaycan üçün ən vacib, hətta həyati vacib qərarın qəbulu zamanı Putin də İlham Əliyevin maraqlarını nəzərə aldı.
Ermənistan Avrasiya ittifaqına daxil ediləndən və Kreml Qarabağı Ermənistandan ayırıb Azərbaycana bu bölgənin əsl sahibinin kim olduğunu göstərəndən sonra Azərbaycanın qarşısında yeni, çox aktual və yeganə bir sual dayanır: rəsmi Bakı Avrasiya İttifaqına daxil ola bilərmi? Axı Rusiyada da başa düşürlər ki, Azərbaycan olmadan Cənubi Qafqazda mütləq protektoratdan söhbət gedə bilməz.
İlham Əliyev bu quruma daxil olan ölkələrin dövlət başçılarının Minsk görüşündə iştirak etmədi. Amma Azərbaycan prezidenti MDB ölkələri dövlət başçılarının bu görüşdən azca əvvəl başa çatan sammitindəki çıxışında fikrini diplomatik dildə, çox aydın şəkildə ifadə etdi.
Bəs Kreml bu məsələdə Ermənistana təsir göstərə bilərmi? Buna şübhə yoxdur. Axı Ermənistan özünü rəsmi satellit səviyyəsinə endirib. Nazarbayevin də Ermənistanla bütün məsələlərdə razılaşma əldə etdik, deməsi isə qaranlıq məqamlara işıq salır. Görünür böyük ehtimalla Azərbaycan Rusiya ilə anlaşıb. Çünki Sarkisyan artıq oyundankənar vəziyyətdədir...

kepeztv.az
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!